Ana səhifə

Cinlərdən qorunmaq üçün oxunan, Rabbi ənnî məssəniyə'ş-şəytânu binusbin və əzab, .. duasının üç yüz dəfə oxunması məsələsini izah edərsinizmi?


YazdırSend to friend

Bu dualar Qur'an'ın bir ayəsidir:

a. Hz. Əyyub`un duası:

"Rabbi ənnî məssəniyə'ş-şeytânu binusbin və əzab." (Sad, 38/41). Tərcüməsi: "Həqiqətən, şeytan mənə bir yorğunluq və işgəncə toxundurdu."

b. Hz. Peyğəmbər (sallallahu aleyhi və səlləm.) 'in duası:

"Rabbi əuzu bikə min həməzâti'ş-şəyâtıyni və əuzu bikə rabbi ən yəhdurun." (Mu`minun, 23/97-98). Tərcüməsi: "Ya Rəbbi! Şeytanların vəsvəsələrindən, onların yanıma soxulmalarından Sənə sığınıram."

c. Allah'ın göyü qoruması:

"Və hifzan min külli şəytanim mərid." (Saffat, 37/7). Tərcüməsi: "Və oranı / dünya səmasını hər cür şeytandan qoruduq."

Bu ayələrdə şeytanlardan söz edilməkdədir. Şeytanlarla cinlər eyni soydandır. Bu səbəbdən, cinlərin şərindən qorunmaq üçün bu ayələrin oxunması uyğun görülməkdədir.

Bunların üç yüz dəfə oxunmasıyla əlaqədar sayı isə, qüvvətli bir ehtimalla "şeytan" sözünün əbcəd dəyəri 300 olan ilk hərfi "Ş" nın, bu riyaziyyat dəyərinə uyğunluğu baxımından seçim edilmiş ola bilər.



24-07-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz