Ana səhifə

Cinlrdən və şeytanlardan qorunma, şərlərindən Allah`a sığınma necə olmalıdır?


YazdırSend to friend

Görmədiyimiz və bilmədiyimiz bir canlı növü ilə qarşı-qarşıyayıq. Bu halda, geriyə onları da bizi də yaradan Allah`a sığınıb onların şərindən və edə biləcəkləri pisliklərdən qorunmaq qalır. Bunun da bir tək yolu var: Dua və Münacatlar. Onsuz da normal olaraq həyatımızın bir parçası olması lazım olan dua və münacat eyni zamanda bizi Allaha yaxınlaşdıracağı üçün, cinlər və şeytanlar da yaxınımıza soxula bilməyəcəklərdir. Çünki onların da bizim kimi qrupları, camaatları və təşkilatları vardır. Bizim dualarımızdan şübhəsiz onların xeyirliləri da istifadə edəcəkləri üçün, narahatlıq vermək istəyənlərə qarşı onlar da öz içlərində mübarizəyə girişəcəklər və pislərə əngəl törətməyə çalışacaqlar, hətta döyüşəcək və cəzalandıracaqlardır. Bu səbəblə dua və münacatın cinlərdən və şeytanlardan qorunmada əhəmiyyətli bir yeri vardır.

İnsan gündəlik həyatında dəstəmazlı olması halında, onlardan qismən qorunacağı kimi, buna namazı və digər duaları da əlavə edərsə, qorunma xüsusunda özünü bir az daha möhkəmləndirmiş olacaq.

Haris əl-Əşari`dən (Allah ondan razı olsun)  nəql edilən bir hədis-i şərifdə Rəsulullah sallallahu aleyhi və səlləm`in belə buyurduğu rəvayət edilməkdədir:

"... Allah sizə, Allah`ı zikr etmənizi əmr etdi. Bunun da misalı, arxasından sürətlə düşmənin gəldiyi bir adamdır. Bu adam möhkəm bir qalaya gəlib, düşməndən özünü qoruyar. Qul da belədir. Şeytana qarşı özünü yalnız Allah`ı zikr etməklə qoruya bilər. “ (Tirmizi, Bənzər, 3, (2867).)

İndi bu barədə Əfəndimiz (sav) və səhabələrinin oxuduğu dualardan nümunələr təqdim etmək istəyirik.

Əuzu - bəsmələ

Bu mövzuda Qur`an-i Kərimdə belə buyurulmaqdadır: "Əgər sənə şeytandan bir vəsvəsə (şeytani bir çağırış) gələcək olarsa, dərhal Allah'a sığın." (41:36). Yəni, "Əuzu billahi minə'ş-şeytani'r -racim "də. Bununla birlikdə, Muminun surəsindəki bu ayələrlə də Allaha sığınmaq yerində olar:

 

"Rəbbi əuzu bikə min həməzəti'ş-Şəyatin və əuzu bikə Rəbbi ən yahdurun" Yəni; "Ey Rəbbim, şeytanın vəsvəsələrindən sənə sığınıram və onların mənim yanımda olmalarından da sənə sığınıram." (23: 97-98.)

Evdən çıxarkən

Evə girərkən oxunan Bəsmələ, şeytanın şərini bizdən və onu da evdən uzaqlaşdırdığı kimi, insanın küçəyə çıxdığı zaman da qorunmağa möhtac olduğu məlumdur. Bunun üçün də Əuzu-Bəsmələ çəkilər. Ancaq, Rəsulullah sallallahu aleyhi və səlləm, küçəyə çıxarkən yalnız Əuzu - Bəsmələ ilə kifayətlənməmiş və ayrıca dua etmişdir. Bu mövzuda Ənəs`dən (Allah ondan razı olsun) nəql edilən hədis-i şərifdə, Hz. Peyğəmbər aleyhissalâtu vəssəlâm`ın belə buyurduğu rəvayət edilməkdədir:

"Evindən çıxınca kim: "Allahın adıyla, Allaha təvəkkül etdim, güc qüvvət Allah`dandır" desə ona: "İşində ol, sənə hidayət verildi, kifayət edildi və qorundun da" deyilir, ondan şeytan üz çevirər." ( Tirmizi, Daavat, 34, (3422)

Bəqərə surəsi: ayətu'l-kursi və əmənə'r-rasulu

Mövzumuzla əlaqədar olaraq, Əbu Hüreyrə`dən (Allah ondan razı olsun) nəql edilən bir hədis-i şərifdə, Rasulullah aleyhissalâtu vəssəlâm  belə buyurmuşdur:

 "Evlərinizi qəbirlərə çevirməyin, içərisində Bəqərə surəsi oxunan evdən şeytan qaçar." (Müslim, Misâfirin, 212, (780)

Başqa bir hədis-i şərifdə isə bu iki ayənin, Bəqərə surəsinin son iki ayəsi olan "Əmənə'r-rasulu" olduğu açıqlanmaqdadır. (Tirmizi, Səvabu'l-Qur'an, 4/2882)

Yatmaq üçün yatağa girincə

Rəsul-i Əkrəm Əfəndimizin yatağa girdiyi zaman oxuduğu müxtəlif dualar vardır. Bu mövzuda Hz Bürəydə`dən nəql edilən bir hədis-i şərifdə Hz. Peyğəmbər aleyhissalâtu vəssəlâm, bu duanı tövsiyə etmişdir:

"Ey yeddi qat səmanın və onların kölgələdiklərinin Rəbbi, ey yerlərin və onların daşıdıqlarının Rəbbi, ey şeytanların və onların azdırdıqlarının Rəbbi! Bütün bu məxluqatının şərinə qarşı, məni himayə et! Et ki, heç biri, üzərimə birdən hücum etməsin. Sənin qoruduğun əziz olar. Sənin tərifin ucadır, səndən başqa ilah da yoxdur; ilah olaraq yalnız sən varsan." (Tirmizi, Daavat, 96, (3518).

Yuxuda qorxunca

İmam Malik`dən rəvayət edildiyinə görə, Xalid İbnu Vəlid (Allah ondan razı olsun), Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm`ə: "Mən yuxuda ikən qorxuduluram. (Nə etməyimi tövsiyə edərsiniz?)" deyə soruşdu. Hz. Peyğəmbər aleyhissalâtu vəssəlâm  ona bu duanı oxumağı tövsiyyə etdi:

"Allah`ın əskiksiz, tam olan kəlimələri ilə Onun qəzəbindən, şiddətli əzabından, qullarının şərindən, şeytanların vəsvəsələrindən və bərabərliklərindən Allah`a sığınaram! də!" (Muvatta, Şeir, 9, (2, 950).)

Tualetə girərkən

Tualetlərin, zibilliklərin, hamamların, qəbirlərin, xarabaların cinlərin və şeytanların məskənləri mahiyyətində çox gəldikləri və yerləşdikləri yerlərdir.

"Rasulullah sallallahu aleyhi və səlləm ehtiyac üçün tualetə girdiyi zaman bu duanı oxuyardı:

"Allahummə inni əuzu bikə minə'l xubsi vəl-xəbais. (Allahım, pislikdən və (cin və şeytan kimi) pis varlıqlardan sənə sığınaram. " (Buxari, Vüdu, 9)

Təkbir (Allahu Əkbər), təsbeh (subhanallah), tahmid (Əlhamdulillah)

Namaz təsbihatı, məsciddə və namaz qıldığımız hər hansı bir yerdə edilə biləcəyi kimi, yolda-küçədə gedərkən, maşın sürərkən; yataqda və yatmadan əvvəl də edilə bilər. Qur`an-i Kərimdə də bu mövzuya işarə ilə;

"Onlar ki, ayaqda, oturanda və uzananda Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünərlər. Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan..." (Al-i İmran, 3/191.) buyurulmaqdadır.

Tesbihat, heç bir vaxt tərk edilməməli və harada olursa olsun mütləq edilməlidir. Necə ki Hz. Peyğəmbər aleyhissalâtu vəssəlam, şeytanın namazda adama gündəlik işlərini xatırladıb vəsvəsə verdiyini və namazı tələm-tələsik qıldırıb təsbihatı etdirmədən iş gücə saldığını və ya yatırtdığını bildirir.

Lə iləhə illallahu vahdəhu lə-şərikə ləh,

Bu da yenə, dua hesab olunan namaz təsbihatından biridir.

Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm, Əbu Hureyrə`dən (Allah ondan razı olsun) nəql edilən hədisi şərifdə, belə buyurmaqdadır:

"Hər kim: ‘Lə iləhə illallahu vahdəhu lə-şərikə ləh, ləhu'l mulku və ləhu'l-hamdu və huvə alə kulli şəy`in qadir' duasını, bir gündə yüz dəfə söyləsə, ona on kölə azad etmiş kimi savap verilər, ayrıca lehinə yüz savab yazılar və yüz günahı da silinər. Bu, ayrıca üç gün axşama qədər onu şeytana qarşı mühafizə edər. (Buxâri, Daavât, 54)

Şeytanın təlqinlərinə qarşı ixlas surəsi

Bir hədis-i şərifdə şeytanın bir vəsvəsəsindən söz edilmiş və buna qarşı ixlas surəsinin oxunub sol tərəfimizə doğru üç dəfə tüpürməmiz tövsiyə edilmişdir.

Muavvizətəyən (Nas və Fələq surələri)

Cinlərin şərindən xilas olmaq üçün də, Hz. Peyğəmbər aleyhissalâtu vəsəlam, Fələq və Nas Surələrini oxuduğu, səhabələrinə və şəxsən Hz. Aişə anamıza da oxumağı tövsiyə etdiyi bildirilməkdədir.

Hz.Âişə`dən (radıyallahu anhâ) rəvayət edilən bir hədis belədir:

"Hz. Peyğəmbər aleyhissalâtu vəssəlam yatağına girdiyi zaman, əllərinə üfləyib Muavvizeteyni  və Qul huvallahu əhadı oxuyar, əllərini üzünə və bədəninə sürtər və bunu üç dəfə təkrar edərdi. Xəstələndiyi zaman eyni şeyi özünə etməmi mənə əmr edərdi." (Buxari, Fəzailü'l-Qur'an, 14)



21-08-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz