Ana səhifə

Cinsiyyət nədir? Onu necə qiymətləndirmək lazımdır?


YazdırSend to friend

Bu günün şəhvətə daynan pozğun həyat dərklərinin çoxu, cinsiyyət məfhumunu səhv qiymətləndirməkdən qaynaqlanır.

 

Məsələni yalnız şəhvət planında qiymətləndirmək, heç olmasa dar düşüncəsizlik olar. Çünki bu vəziyyət insanı həm ömür sərmayəsini səhv istifadə etməyə, həm də bilərək və ya bilməyərək bəzilərinin oyuncağı olmağa aparar.

 

Əxlaqsızlıq, kişilərdən şəxsiyyət və təmkini, qadınlardan iffət soyub atmaq istəyən bəzi qaranlıq güclərin ən təsirli keyitmə alətidir. Dünyanı cinsiyyət pəncərəsindən seyr etdirən və bu fitri qanunu, insanın yeganə məqsədi kimi göstərən böyük bir oyun.

 

Cinsiyyət mövzusunu araşdırarkən, məsələni ən geniş dairədə ələ almaq lazımdır. Bir şimşək çaxır; buxardan nur doğulur. Bu yeni məxluqun, belə demək olarsa, bir ana-atası mövcud: Müsbət və mənfi qütblər. Bütün buludlar müsbət (və ya mənfi) yüklü olsalar, şimşək meydana gəlməyəcək.

 

 

Yer kürəsi də iki hissəyə ayrılır: Dənizlər və qurular.

 

Düşüncəmizi davam etdiririk. Bitki və heyvan növlərinin hamısında, iki ayrı cins görürük: Kişi və qadın. Və nəhayət ailənin təməli iki adama dayanır: Qadın və kişi.

 

Bunu söyləmək istəyirik: İnsandakı cinsiyyət İlahi bir qanun olan "cüt cüt yaratmanın" yalnız bir halqasıdır. Onu, beləcə qiymətləndirməli və ona o ölçüdə qiymət verməliyik.

 

Qurani Kərimdə belə buyrulur: "Yerin bitirdiklərindən, (insanların) öz nəfslərindən və daha bilməyəcəkləri nə qədər şeylərdən, bütün cütləri yaradan Allah uzaqdır. (Onun şanı nə qədər ucadır.)" (Yasin Surəsi, 36)

Başqa bir ayədə də belə: "Hər şeydən cüt cüt yaratdıq, ta ki düşünəsiniz." (Zariyat Surəsi, 49)

Bu iki ayənin işarə etdiyi cütlərdən, yalnız bir neçəsini saymış olduq. Bunları beləcə təqdir edən biri var. O, bütün cütlərin yeganə Rəbbi, tək yaradıcısı olan Allahdan başqası deyil.

O halda Allah, cinsiyyəti nə üçün təqdir etmişsə insan onu eləcə qiymətləndirdiyi zaman həqiqi olar. Əks halda, şəhvət əsiri bir avara olmaqdan kənara gedə bilməz.



15-11-2009 12:00:00