Ana səhifə

Cismaniyyəti buraxmaq, ruhun və qəlbin həyat dərəcəsinə çıxmaq necə olur?


YazdırSend to friend

Bilindiyi kimi, insanın həm bitki, həm heyvan, həm də insan həyatı haqqında danışmaq olar. Böyüyüb inkişafı bitkilər kimi, yeyib içməsi və şəhvəti heyvan həyatından xəbər verir. Düşünməsi, inanması, ibadət etməsi, təqvası, saleh əməlləri, gözəl əxlaqı onun insanlıq cəhətini ifadə edir. Ruh və ürəyin qidaları, tərəqqi və təkamülləri bu cəbhədə reallaşır. Ömrünü bu sahədə keçirən insan ruh və qəlbin həyat dərəcəsinə girib deməkdir.

İnsanların və heyvanların, bir şifrəli toxumla başlayan səfərləri, onların cismani istiqamətlərini ifadə edər. Bu cisimlərdən bir qisminə yalnız şüur və hiss, bir başqa qrupuna isə bunlara əlavə olaraq ağıl lütf edilmişdir. Heyvanlarda yalnız hiss və şüur vardır. İnsan isə həm hiss və şüur, həm də ağıl sahibidir.

İnsan, bir çəyirdək kimi ana rəhminə atılmış və orada bir cücərti kimi böyüməyə başlamışdır. O qaranlıq mənzildə, qırx gün qədər, bir bitki kimi böyüdükdən sonra bədəninə ruh ilqa edilmiş, beləcə heyvani həyata keçmişdir. Doqquz aylıq dövrdə bu iki mərhələni keçirən insanoğlu, bu səfərin sonunda, ona verilən ağıl sərmayəsini ən gözəl şəkildə istifadə edə biləcəyi bu geniş aləmə çıxarılmışdır.

Böyüməsini davam etdirməsinə, yeməsinə, içməsinə baxmayaraq onda artıq insani istiqamət ön plandadır. Hələ danışmağa hazırlandığı körpəlik çağında, əşyanın adlarını öyrənməyə başlayar. Heyvanlar bundan məhrumdurlar. Bir az böyüyüncə, adlarını öyrəndiyi əşyanın hikmətlərini araşdırır, onların nə işə yaradıqlarını soruşmağa başlayır.

Bu suallar onu, "Mən nəyəm? Kimin məxluquyam? Hara yolçuyam? Bu dünya həyatında əsl vəzifəm nədir?" suallarını soruşmağa aparmalıdır. Bunu bacaran insanların ruhları iman ilə nurlanar. Gerçək insani həyat da elə o zaman başlayar. İnsan cismani və heyvani həyatı ikinci plana atdığı, əsl hümmətini qəlb və ruhun inkişafına yönəltdiyi təqdirdə "qəlb və ruhun dərəce-i həyatına" girmiş olar. Allahın seçmə qullarında, bu yeni həyat təbəqəsində bir sıra möcüzəvi hallar görülər.

Nur Külliyyatından, qəlb və ruhun necə həyat tapacağını və kamala çatacağını dərs verən bir cümlə:

“Həyat-ı qəlbî və ruhîyə mədar olan marifət-i İlahîyə və məhəbbət-i Rabbaniyə və ubudiyət-i Sübhaniyə və marziyat-ı Rahmaniyə cəhətiylə bu dünyadaki fani ömür, baqi bir ömrü təzəmmün edər (içinə alar) və əbədi və baqi bir ömrü intac edər (nəticə verər) və baqi və layemut bir ömür hökmünə keçər.” (Ləmalar, Üçüncü Ləma)

Bu cümlədən aldığımız dərsə görə, qəlb və ruhun dərəce-i həyatına çıxmanın pillələri: “marifət-i İlahiyə, məhəbbət-i Rabbaniyə, ubudiyət-i Sübhaniyə, marziyat-ı Rahmaniyə”-dir. O halda, qəlb və ruhun həyat tapması üçün, "insan, Allahı tanıma və Onu sevmə vadisində var gücüylə çalışmalı, inanc, düşüncə və fel aləmlərini qulluq şüuruyla tənzimləməli və tək məqsədi, O Rəhman Rəbbinin razılığına çatmaq olmalıdır. "



26-04-2011 12:00:00