Ana səhifə

Cümə, Cənazə (meyit), Təravih, Bayram, Səfər Namazları ve Namazların qəzası


YazdırSend to friend

Cümə namazı

Ey iman edənlər! Cümə günü namaza çağırıldığınız zaman, Allahı zikr etməyə tələsin və əllərinizdəki alış-verişi tərk edin. Bilin ki, bu sizin üçün daha xeyirlidir. (Cümə surəsi, 9-10-cu ayət)

Günlərin ən xeyirlisi olan cümə bütün müsəlmanlar üçün müqəddəs bir gündür. Hz. Məhəmməd (sav) bu günün dəyərini bir hədisdə belə izah edir: “Dəstəmaz alıb cüməyə gələn və susaraq imamı dinləyən şəxsin 3 gün də əlavə olmaqla bu cümədən növbəti cüməyə qədər olan günahları bağışlanır.”

Cümə namazı cümə günləri zöhr namazının vaxtında, camaatla 2 rükət olaraq qılınan və zöhr namazının yerinə keçən bir fərz namazıdır. Ağlı başında olan, həddibüluğa çatmış, bədəni sağlam olan və səfərdə ol­mayan hər müsəlman kişiyə bu namaz fərzdir. Cümə namazı qadınlara, səfərə çıxanlara, korlara, xəstələrə fərz deyil. Bu insanlar cümə günü zöhr namazı qılmaqla kifayətlənirlər. Cümə namazına imkan daxilində tez, imam minbərə çıxmadan getmək, azan oxunarkən məsciddə olmaq daha yaxşıdır. Məscidə girərkən ayaqqabıları çıxardıb, öncə sağ ayağı içəri ataraq daxil olmaq lazımdır. Girişdə aşağıdakı duanı oxumaq, günahların bağışlanması və rəhmət qapılarının açılması üçün yaxşı fürsətdir:

“Allahumməğfirli zunubi. Allahumməftəh aleynə əbvabə rəhmətik”

Azan oxunubsa və ya oxunmaqdadırsa azandan sonra 4 rükət cümə namazının ilk sünnəti qılınır. (Eynilə, zöhr namazının sünnəti kimi). Bundan sonra xətib (imam) minbərə çıxıb oturur. Müəzzin isə ikinci dəfə azan ox­uyur. Bu, iç azan adlanır (yalnız cümə günü). Daha sonra imam ayağa qalxaraq xütbə oxuyur.

Qeyd: İmam xütbə oxuyarkən namaz qılmaq məkruhdur. Xütbə əsnasında səs salmaq, yanında oturanla danışmaq bəyənilmir. Xütbə əsnasında danışan insana yanındakı şəxslərdən biri “sus” və ya “danışma” deyərsə, cümənin fəzilətindən məhrum olmuş olur. Xütbə bitdikdən sonra müəzzin “İqamə” oxuyur. Daha sonra isə imama tabe olaraq cümə namazının fərzi qılınır.

Cümə namazının fərzi

“Niyyət etdim Allah rizası üçün Cümə namazının fərzini qılmağa, ima­ma tabe oldum.”

Sonra imamla birlikdə başlanğıc təkbiri (Allahu Əkbər) deyib əllər bağlanır. Hər kəs ürəyində “Sübhanəkə” oxuyub, “Əuzu-Bismillah” deyir, sonra sakit halda imamı dinləməyə başlayır. İmam “Fatihəni” oxuyub qurtardıqdan sonra hərə özü eşidəcək tərzdə “amin” deyir. 

Daha sonra imam Allahu Əkbər deyərək rüku edir. Arxa səflərdə ima­ma tabe olanlar da asta səslə Allahu Əkbər deyərək rüku edirlər. Rükuda 3 dəfə “Subhanə Rabbiyəl Azim” deyilir. Sonra imam “Səmiallahu limən həmidəh” deyib rükudan qalxır. Arxa səfdə duranlar da “Rabbənə va ləkəl həmd” deyərək rükudan qalxırlar. Ardınca imam və camaat Allahu Əkbər deyərək səcdə edirlər. Namazlar bəhsində izah edildiyi şəkildə səcdələr yerinə yetirildikdən sonra imam, ardınca isə camaat təkbir gətirir (Allahu Əkbər) 2-ci rükətə qalxırlar. 2-ci rükət də eyni qayda ilə qılınır. Ancaq səcdələrdən sonra hamı oturur. “Əttəhiyyatu” və digər dualar oxunaraq salam verilir. Bu şəkildə cümə namazının fərzi tamamlanmış olur.

Sonra ayağa qalxaraq cümə namazının 4 rükət son sünnəti qılınır. Son sünnət eynilə cümənin ilk sünnəti kimi qılınır. 

Qeydlər:

• Cümə namazına gedərkən soğan və sarmısaq kimi pis qoxulu şeylər yemək olmaz.

• Paltarlar, xüsusən də corablar təmiz olmalıdır. Yaş corabla və yaş ayaqla məscidə girmək olmaz.

• Uşaqları məscidə aparanlar, məscid ədəb və əxlaq normalarını on­lara başa salmalıdırlar.

• Məscidə girərkən boş cərgələrin birində yer tutmaq lazımdır. İnsanların başları üzərindən adlayaraq onları narahat etmək və ön cərgələrə doğru getmək günahdır.

Cənazə (meyit) namazı

Cənazə namazı ölən hər bir müsəlmana qarşı digər müsəlmanların son borcudur - fərzi-kifayədir. Yəni bir neçə müsəlmanın bu namazı qılmaqla digər müsəlmanların qılmasına ehtiyac qalmır. Cənazə namazı ölü üçün bir duadır. Digər namazlardan bəzi yönləri ilə fərqlənir:

• Cənazə namazı üçün azan oxunmur.

• Cənazə namazı üçün müəyyən bir vaxt yoxdur, kərahət vaxtları xaricində hər zaman qılına bilər.

• Cənazə namazında rüku və səcdə edilmir.

Cənazə namazına başlamadan əvvəl meyit imamın önündə yerə qoy­ulur. Ölünün sinə hissəsinə imamın yaxın durması sünnətdir.

Hər kəs imamın arxasında səf tutur. Niyyət edərkən ölünün kişi və ya qadın, qız yoxsa oğlan uşağı olmasına diqqət etmək lazımdır. Niyyət belə edilir:

“Niyyət etdim Allah rizası üçün cənazə namazı qılmağa (ölü kişıdırsə) bu kişi üçün duaya, tabe oldum imama, ölü qadındırsa: “bu qadın üçün duaya” oğlan uşağıdırsa: “bu oğlan usağı üçün duaya” niyyət edilir. Arxada duranlardan ölünün kişi və ya qadın olduğunu biməyənlər bu şəkildə dua etdirlər: “Niyyət etdim Allah rizası üçün imamın namazını qılmağa, ölü üçün duaya, tabe oldum imama.

Niyyət etdikdən sonra imam uca, camaat isə asta səslə Allahu Əkbər deyərək - əlləri qulaq səviyyəsinə qaldıraraq göbək altında bağlayırlar. Həm imam, həm də camaat asta səslə “Sübhanəkə” duasını “Va cəllə sənəukə”cümləsini artırmaq şərtilə oxuyurlar:

“Sübhanəkəl-Ləhummə va bihəmdikə və təbərəkəsmukə və təala cəddikə va cəllə sənəukə va lə iləhə ğayruk.”

Cənazə namazı ölən hər bir müsəlmana qarşı digər müsəlmanların son borcudur-Fərzi-kifayədir. Yəni bir neçə müsəlmanın bu namazı qılmaqla digər müsəlmanların qılmasına ehtiyac qalmır. Cənazə namazı ölü üçün bir duadır.Digər namazlardan bəzi yönləri ilə fərqlənir :

• Cənazə namazı üçün azan oxunmur.

• Cənazə namazı üçün müəyyən bir vaxt yoxdur, kərahət vaxtları xaricində hər zaman qılına bilər.

• Cənazə namazında rüku və səcdə edilmir.

Cənazə namazına başlamadan əvvəl meyit imamın önündə yerə qoy­ulur. Ölünün sinə hissəsinə imamın yaxın durması sünnətdir.

Hər kəs imamın arxasında səf tutur.Niyyət edərkən ölünün kişi və ya qadın, qız yoxsa oğlan uşağı olmasına diqqət etmək lazımdır.Niyyət belə edilir :

“ Niyyət etdim Allah rizası üçün cənazə namazı qılmağa(ölü kişıdırsə) bu kişi üçün duaya, tabe oldum imama,ölü qadındırsa: “bu qadın üçün duaya” oğlan uşağıdırsa:”bu oğlan usağı üçün duaya” niyyət edilir. Arxada duranlardan ölünün kişi və ya qadın olduğunu biməyənlər bu şəkildə dua etdirlər :”Niyyət etdim Allah rizası üçün imamın namazını qılmağa,ölü üçün duaya,tabe oldum imama.

Niyyət etdikdən sonra imam uca,camaat isə sakitcə “Allahu Əkbər” deyərək,- əlləri qulaq səviyyəsinə qaldıraraq göbək altında bağlayırlar.Həm imam həm də camaat asta səslə “Sübhanəkə” duasını “Va cəllə sənəukə”cümləsini artırmaq şərtilə oxuyurlar:

“Sübhanəkəl-Ləhummə va bihəmdikə və təbərəkəsmukə və təala cəddikə va cəllə sənəukə va lə iləhə ğayruk.”

Sübhanəkə duası oxunduqdan sonra əllər qaldırılmadan , imam uca cammat isə sakit səslə ikinci təkbiri-”Allahu Əkbər” deyirlər.Bu təkbirdən sonra yenə də imam və camaat sakit səslə “Allahummə salli” və “Allahummə barik” dualarını oxuyurlar.

Yenidən əlləri qaldırmadan “Allahu Əkbər” deyib üçüncü təkbir alınır.Bu təkbirdən sonra cənazə duası oxunur.Cənazə duasını bilməyənlər onun yerinə qünut dualarını oxuya bilər.(vitr namazına bax) Qünut dualarını bilməyənlər isə bu duanı oxumalıdırlar :”Allahummə Rabbəna atina fid-dunya hasənətən va fil-axirəti hasənətən va qina azəbən-nar”.

Ardınca imam əlləri qaldırılmadan dördüncü (son) təkbir-”Allahu Əkbər”i deyir. Heç bir şey oxunmadan əvvəlcə sağa sonra isə sola salam verir.Tabe olanlar da eyni qayda ilə salam verib cənazə namazını bu şəkildə tamamlamış olurlar.

 

Təravih namazı

Təravih namazı Ramazan ayında İşa (gecə) namazından sonra qılınan sünnət bir namazdır. Bu namaz 20 rükətdən ibarətdir. Əsasən, ca­maatla, o cümlədən təkbaşına da qılmaq olar. Təravih namazı 2, yaxud 4 rükətdən bir salam verilərək qılınır.

4 rükətdən bir salam verilərək qılınsa, 2-ci rükətdən sonrakı oturuşda, “Əttəhiyyatu” və ondan sonrakı dualar da oxunur. Daha sonra Allahu Əkbər deyib 3-cü rükətə qalxdıqda Sübhanəkə oxumaq və Əuzu-bismillah demək lazımdır. 

Bayram namazları

Müsəlmanların il ərzində iki müqəddəs bayramı vardır:

a) Ramazan bayramı.

b) Qurban bayramı.

Cümə namazı fərz olan hər bir kəsə, bayram namazı da vacibdir. Bayram namazı 2 rükətdir, camaatla qılınır. Digər namazlardan fərqli olaraq bayram namazı üçün azan və iqamə oxunmur. Bayram namazından sonra bayram xütbəsini dinləmək sünnətdir. Bayram namazı gün doğduqdan təxminən 50 dəqiqə sonra qılınır. 

Bayram Namazı Necə Qılınır?

1. Niyyət: “Niyyət etdim Allah rizası üçün vacib olan Ramazan (Qur­ban) bayramı namazını qılmağa. İmama tabe oldum.

2. Başlanğıc təkbir: İmam Allahu Əkbər deyərək təkbir alıb əllərini bağlayır. Arxa səfdə (cərgədə) olanlar da eyni şəkildə Allahu Əkbər deyərək əllərini bağlayırlar. Bundan sonra Sübhanəkə oxunur. Sonra imam əllərini qulaqlarına tərəf qaldırıb Allahu Əkbər deyir və əllərini yanına salır. Tabe olanlar imamın hərəkətlərini təkrar edərək bir dəfə Allahu Əkbər deyib əllərini yanlarına salırlar. Bu hərəkət bir dəfə də təkarlanır. İmam 3-cü dəfə Allahu Əkbər deyərək bu dəfə əllərini bağlayır. Arxa cərgədə olanlar da 3-cü dəfə əllərini qaldıraraq Allahu Əkbər dedikdən sonra əlləri izah olunan qaydada bağlayırlar. Bundan sonra imam surə və ayətləri oxuyur. Hər kəs onu dinləyir.

İmamla rüku və səcdələr yerinə yetirildikdən sonra 2-ci rükət üçün təkrar ayağa qalxır və əllər bağlanır. İmam surə və ayətləri oxuyur. Hər kəs onu dinləyir. Bundan sonra imam hündürdən, camaat isə asta səslə 1-ci rükətdə olduğu kimi 3 dəfə dalbadal qısa fasilələrlə Allahu Əkbər deyir. Hər təkbirdən sonra əllər yuxarıya qalxır və yana salınır. Sonra imam 4-cü dəfə Allahu Əkbər deyib rüku edir. Arxadakılar da ona tabe olaraq 4-cü dəfə Allahu Əkbər deyərək rüku edirlər. Ardınca səcdə və son oturuşdakı dualar oxunaraq salam veri­lir.

Bundan sonra imam minbərə çıxır. Bayram xütbəsi oxunur, dualar edilir.

Qurban bayramından bir gün əvvəl “Ərəfə” gününün sübh namazından etbarən bayramın 4-cü gününün əsr namazınadək, hər fərz namazından sonra təşriq təkbirləri deyilir.

Təşriq təkbiri belədir:

“Allahu Əkbər, Allahu Əkbər, La ilahə illallahu vallahu Əkbər, Allahu Əkbər va lillahil-həmd”. 

Səfər namazı

Daimi yaşadığı yerdən ən azı 90 km uzaqlıqda məsafə qət etmiş şəxs getdiyi yerdə 15 gündən az qalacaqsa, müsafir sayılır. Əgər getdiyi yerdə 15 gündən çox qalmağa niyyət edərsə, müsafir sayılmır. Dinimizdə səfərin çətinliklərini nəzərə alaraq müsafir üçün bəzi rahatlıqlar mövcuddur:

a) Namazın qəzaya qalma təhlükəsi varsa, avtobusda və ya başqa nəqliyyat vasitələrində namaz ima ilə qılına bilər.

b) Səfərdə 4 rükətli fərz namazı 2 rükət qılınır. (Bu Allahın əmridir) Axşam namazı isə 3 rükət olaraq qalır. Sünnətlərin qılınması isə sərbəstdir.

c) Cümə və bayram namazları da səfərdə olan şəxsə vacib deyildir.

e) Ramazan ayında səfərə çıxan şəxs oruc tutub-tutmamaqda sərbəstdir. Əgər tutmazsa, evinə qayıtdıqdan sonra qəzasını tutmalıdır.

İma (işarət) ilə qılınan namaz

İslam dinində məcburiyyət yoxdur. İbadətlər insanın gücünə görə ver­ilib. Namazı ayaq üstə qıla bilməyən oturaraq qıla bilər. Belə halda, namazda ayaq üstə ediləcək hərəkətlər oturaq halda icra edilir. Sonra əyilərək rüku və səcdələr edilir. Əgər alnını yerə qoymağa taqəti yoxsa, baş ilə işarət edilərək namaz qılınır. Buna “İma ilə namaz” deyilir. Yəni rüku və səcdələrdə işarətlə, başı isə əyməklə namaz qılınır. İma ilə namaz qılan rükuda başını bir az, səcdədə isə bundan daha çox əyməlidir. Xəstənin durmağa taqəti yoxdursa, o zaman uzanaraq ima ilə (baş işarəti ilə) namaz qılır. Buna da gücü çatmayanlar, namazı sonradan qıla bilərlər. 

Namazların qəzası

Namazı vaxtında qılmağa “əda”, vaxtı çıxdıqdan sonra qılmağa isə “qəza” deyilir.

Yataraq, unudaraq və həyatı təhlükə halını çıxmaq şərtilə, namazları vaxtında qılmamaq günahdır.

Vaxt çıxdıqdan sonra ancaq fərz və vitr namazının qəzası qılınır.

Kərahət vaxtları çıxmaq şərtilə namazlar istənilən vaxt qılına bilər. Qəza namazının niyyəti belə edilir: “Niyyət etdim Allah rizası üçün sübh namazının (zöhr,əsr....) fərzinin qəzasını qılmağa.



14-04-2010 12:00:00