Ana səhifə

Dəccal nə zaman çıxacaq?


YazdırSend to friend

   Bu suala daha dəqiq bir cavab verə bilmək üçün Dəccalın çıxacağı atmosferi bilməkdə fayda vardır. Bu bilinsə onun nə vaxt çıxacağını anlamaq asanlaşar.

   Bilindiyi kimi, zibilliklər, bataqlıqlar həşərâtların mənbəyidir. Dəccal da çıxmaq üçün özünə mənəvî bir bataqlıq tapacaqdır.

    Mikrobların zəif bünyədə at oynatdığı kimi Dəccal da zəif bir mənəvî atmosferi gözləyər, ortaya çıxar və fəaliyyətini davam etdirər.

    Bir hədis-i şərifdə bu həqiqətə belə diqqət çəkilir:

"Dəccal dinîn gücsüzləşdiyi, elmin yetərsiz hala gəldiyi bir anda ortaya çıxar. "(1)

    Bəli, Dəccal dinî duyğuların zəiflədiyi, sülhün sakitliyin qalxdığı, insanların ixtilafa düşdüyü, kin və düşmənlik duyğularının hər yerə yayıldığı bir anda zühur edəcək. (2)

   O günlər, îman və küfrün açıqca düşərgələşdiyi, dəqiq xəttlərlə bir-birlərindən ayrıldıqları günlərdir. (3)

   O günlər, ağılların sapdırıldığı günlərdir. İnsanlar bir-birlərini öldürərlər. Belə ki adam qonşusunu, qohumunu, yaxınını öldürər də(4) öldürən də,öldürülən də nə üçün olub bitdiyini bilməzlər.(5)

   Başqa bir hədisdə isə bu mühit belə izah edilər:

"Kitab və Sünnət nə tərəfə dönərsə siz də o tərəfə dönün. Xəbəriniz olsun kitab ilə hökumət bir-birlərindən ayrılacaq. İşdə o zamanlar sizlər əsla Kitabın əmrindən ayrılmayın.

Xəbəriniz olsun, bu şübhəsizdir ki başlarınıza bir sıra âmirlər və dövlət başçıları gələcək də, onlar (siz köməyə möhtac olduğunuz halda, dövlət xəzinəsindən ) sizlərə verməzkən, (haqqları olmadıqları halda) özlərinə verilməsini hökmə bağlayacaqlar. Əgər sizlər onlara qarşı çıxsanız sizi öldürərlər, onlara itaət edib tabe olsanız sizi (Şəriət yolundan) sapdırarlar. "(6)

   Dəccal və Süfyan Aleyhissalâtü Vəssəlâmın insanlarıdır. Dövrlərində hər şey alt-üst olar, pozular; hələ insanlar görülmədik dərəcədə pozularlar. Bir rəvayətdə bildirildiyinə görə, o dövrdə bir qisim kəslər dinlə dünyanı tələb edərlər. İnsanlara qarşı yumşaq, dindar görünmək üçün qoyun dərisinə bürünərlər. Dilləri şəkərdən şirindir, lakin ürəkləri canavarların ürəklərinə bənzər. Allah onlara içlərindən elə bir fitnə göndərər ki, təkcə pislik işləyənlər yox,yaxşılar belə çaş-baş qalarlar. Nə onu uzaqlaşdıra bilərlər və nə də canlarını ondan qurtara bilərlər. (7) İşdə Dəccal və Süfyan belə anları gözləyərlər.

     Bir rəvayətdə Dəccalın böyük bir savaşdan sonra çıxacağı bildirilir. (8)

   Hər əsr böyük savaşlar görmüşdür və özlərinə görə dəccalları da olmuşdur. Məsələn zamanlarının böyük savaşlarının baş aktyorları olan Çingiz və Hülakü bir dəccal idilər.

   Amma yaşlı dünyamız, daha nə qədər böyük döyüşlərə səhnə olacaq, ağrımayan başını ağrıdacak, saçlarını ağardacaq, ölüm fərmanını tezləşdirmək üçün Aleyhissalâtü Vəssəlâmın dəhşətli şəxslərinə meydan açacaqdı.

   Birinci və ikinci Dünya Müharibələri, çağların ən böyük döyüşləri arasında yerlərini almışdır. Görəsən belə bir anda Dəccal və Süfyan çıxmazmıydı?

    Bədiüzzaman, İkinci Dünya Müharibəsinə qatılan dövlətləri ələ alarkən, Böyük Dəccalın çıxdığının siqnallarını verir. Bu savaşda, "Allah`a dayanıb dinsizliyi qaldıracağam. İslâmiyyəti və İslâmları himayə edəcəyəm" deyən Almaniya, Böyük Dəccalın mənəvî şəxsiyyətini təmsil edən dinsizliyi yaymağa çalışan Rusiya, Çin və müttəfiqlərinə qarşı qəhrəmancasına mübarizə aparmış, Böyük Dəccalın çıxışının dəyişik mənâlarından bir mənâsının mu'cizanə xəbərini həqiqətən də göstərmişdir." (9)

    "Din tiryəkdir" Şüârıyla ortaya çıxıb bütün dinlərə savaş açan, 1917`də Rusiya`da mövcud olan, sonra da ətrafına qol-budaq salan kommunizmin çıxış zamanı da başqa min böyük savaş olan Birinci Dünya Müharibə illərinə dəng gəlməkdədir. Bu da yenə Rəsûlullahın qeybi bir xəbərinin, mu'cizanə bir tərzdə gerçəkləşməsindən başqa bir şey deyil.

İslâm Dəccalı Süfyanın çıxış illəri də Böyük Dəccalın çıxışıyla təxminən eyni illərdədir.

   Hz. Əlinin (Allah ondan razı olsun) gələcəkdən xəbər verən məşhur Qəsidə-i Ərcûzə'sində Süfyanın çıxacağı zamanı bildirdiyini görürük. Şeyx Ahməd Ziyaüddin Gümüşhanəvî Həzrətləri, Məcmuatü'l-Ahzab adlı  əsərinin 582-597 səhifələri arasında yer alan bu qəsidənin Süfyandan bəhs edən hissəsinə tarix belə düşmüşdür.

   Bədiüzzaman Həzrətləri, Kaside-i Ercûze haqqında məlumat verərkən, bu xüsusdan da bəhs edər: "1350 il əvvəl Həzrəti Peyğəmbər Əleyhissalatu Vesselamın bir şâgirdi və esrar-ı Kur'âniyenin dərsini şəxsən Peyğəmbər Aleyhissalâtü Vesselâmdan alan Hz. Ali (Allah ondan razı olsun) məşhur və çap olunmuş qəsidəsində demiş ki:

...... İşdə bu qəsidədə Peyğəmbər Aleyhissalâtü Vesselâmdan aldığı dərsə görə deyir ki:

Huruf-u Arabiyə (Ərəb hərifləri) Acemî, yəni Frengî (avropa) hurufuna dəyişdirildiyi zaman Dəccalı intizar edin [gözləyin]."(10)

    Bu ifadələrə görə İslâm Dəccalı Süfyanın çıxmış olması gərəkir.

   Öncədən siyasəti İslâma(İslâmı siyasətə yox) âlət edib o yolla da önəmli xidmətlər edən Bədiüzzaman’ın, gün gəlib siyasəti tərk etdiyini və işini tamamilə îman xidmətinə təsis etdiyini görürük. Səbəbini isə belə açıqlayır:

"Beşinci Şüâ’nın əslinin verdiyi xəbərin bir qisimini, orada bir adamda gördüm. Məcburiyyətlə o çox əhəmiyyətli vəzifələri buraxdım. Və bu adamla başa çıxılmaz, qarşılıq verilməz deyə, dünyanı və siyasəti və içtimayi həyatı tərk edib yalnız îmanı  qurtarmaq yolunda vaxtımı sərf etdim. "(11)

   Bu vəziyyət tələbələrinin qələmə aldığı və öz düzəlişindən keçən Tarixçə-i Həyat adlı əsərində isə belə qeyd olunur:

"Bədiüzzaman, rəvayətlərdə gələn âxirzaman şəxslərinə [hədislərdə âxirzamanda çıxacağı ifadə edilən şəxslərə] aid xəbərlərin mühüm bir qisimini və Azadlıqdan əvvəl İstanbulda şərhini söylədiyi hədislərin xəbər verdiyi âxirzamanın dəhşətli şəxslərinin âlem-i İslâm və insaniyyətdə zühur etdiyini görür. Və yenə gələn rəvayətlərdən, onlara qarşı çıxacaq və qarşılıq verəcək olan Hızb-i Qur'ân haqqında, 'O zamana çatdığınız zaman, siyasət vasiyəsilə onlara qalib gəlinməz; ancaq mənəvî qılınc hökmündə i'caz-ı Qur'ân'ın nurlarıyla qarşılıq verilə bilər tövsiyəsinə tabe olaraq Van`a gedər." (12)

   Bu ifadələr, bir tərəfdən açıqca Süfyanın çıxdığını bildirərkən, digər tərəfdən da ona qarşı siyasətlə deyil, maddi güclə də deyil, ancaq mənəvi qılınc hökmündəki îman  və Qur`an həqiqətləriylə durula biləcəyini göstərməkdədir.

   Böyük Dəccal, İkinci Dünya Savaşında dünyanı alt-üst edərkən, İslâm Dəccalı da âlem-i İslâmda hiyləgər planlarını tətbiq edəcək.Tefekkürnâme-Mârifetnâme adlı əsərində Bədiüzzaman, "Allah, bu ümmətin üzərində Dəccalın qılıncıyla böyük hərb qılıncını bir yerdə tutmayacaq" hədis-i şərifi altına düşdüyü bir qeydlə bu nöqtəyə işarə edər:

   "Melhame-i Kübrâ [Böyük Savaş] olan İkinci Dünya Savaşı âlem-i İslâmı hırpalamadığı işarəsiylə İslâmlar içində bir Dəccal, âlem-i İslâmı başqa bir tərzdə hırpalayacaq. "(13)

 

 

Qalacağı müddət

   Dəccalın yer üzündə qalacağı müddətlə əlaqədar olaraq fərqli rəvayətlər vardır. Qırx gün, (14) qırx gecə, (15) qırx il(16) kimi.

   Dəccalın uzun və ya qısa müddət qalması o qədər əhəmiyyətlidirmi? Əslində bundan daha əhəmiyyətli olan onun, istər uzun, istər qısa müddət qalsın, etdiyi təxribatdır. Çünki o çox qısa zamanda çox böyük təxribat edəcək. Yıxmanın asan, qurmanın  çətin olduğu düşünülsə(biri bir ilə bir ev tikər,biri də onu  bir dəqiqəyə kibritlə yandırar),bərpasının illər alacağı da özlüyündən ortaya çıxar.

   Dəccalın dörd gününün olduğu; birinci gününün bir il, ikinci gününün bir ay, üçüncü gününün bir həftə, dördüncü gününün də normal günlər kimi olduğu şəklindəki rəvayət, (17) eyni zamanda Dəccalın fəaliyyətinin dəhşətini də xəbər verməkdədir.

   Şuâlar'da ifadə edildiyinə görə həm böyük Dəccalın, həm İslâm Dəccalının üç despotizm(istibdat) dövrü mənasında, üç günləri var: Birinci gün və dövrəsində üç yüz ildə, ikinci dövrəsində otuz ildə, üçüncü gün və dövrəsində bir ildə etdiyi dəyişikliklər on ildə edilməz. Dördüncü günü və dövrəsi âdîləşər, bir şey etməz, yalnız vəziyyəti mühafizəyə çalışar. (18)

   Dəccalın dövrü uzun gələr insanlara. Tez bitməz. Çünki yoxsuluqlar, çətinliklər, əziyyətlər dövrüdür. Bəli, səxıntılı günlər tez keçməz.

 

 

---------------------------------

 

(1) Müsnəd, 3:367.

(2) Abdülkadir Badıllı, Risalə-i Nur'un Qutsî Qaynaqları (İstanbul: Envar Nəşriyyat, 1992), s. 561.

(3) Əbû Davud, Fiten: 1.

(4) İbni Mâcə, Fiten: H. 3959.

(5) Müslim, Fitən: 55.

(6) Şârânî, Ölüm, Qiyamət və Âxirət və Aleyhissalâtü Vəssəlâm Əlamətləri (İstanbul: Bədir Yayınları), s. 350.

(7) Tirmizî, Zühd: 60.

(8) Tirmizî, Fiten: 58; İbni Mâcə, Fiten: 35; Əbu Davud, Melahim: 7, 9.

(9) Nursî, Kastamonu Lâhikası (Germany: 1994), s. 53-54.

(10) Rumuzât-ı Semâniye, 4. Remiz.

(11) Şüâlar, s. 314.

(12) Nursî, Tarixçə-i Həyat (Germany: 1994), s. 131-132.

(13) Nursî, Bedüzzaman Said, Tefekkürnâme-Mârifetnâme, çev. Dr. Abdüləziz Hatip (İstanbul: Gənclik Yayınları, 1993), s. 248.

(14) Müsned, 5:364, 434-435.

(15) Müsned, 3:367

(16) İbni Mâcə, Fiten: 33.

(17) Müslim, Fiten: 110; Əbu Davud, Melahim: 14; Tirmizî, Fiten: 59; Müsned, 6:455-456.

(18) Nursî, Şüâlar, s. 506.



13-04-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz