Ana səhifə

Dəstəmaz(subha) namazı haqqında məlumat verərsinizmi?


YazdırSend to friend

Dəstəmaz namazı: Dəstəmazdan və ya qüsl dəstəmazından sonra vaxt əlverişli isə, yaşlıq quruyacaq qədər bir müddət keçmədən iki rükət namaz qılınması məndubdur (müstəqil). Hədislərdə belə buyurulmuşdur:

"Hər kim dəstəmaz alar, dəstəmazı gözəl edər, sonra qalxıb iki rükət namaz qılarsa və bu iki rükətə qəlbi ilə yönələrsə, o kimsəyə cənnət vacib olar." (Buxari, Vudu, 24; Müslim, Təharə, 5, 6,17; Əbû Dâvûd, Təharə, 65).

"İçinizdən hər kim, dəstəmaz suyunu hazırlayıb ağzına burnuna su alar və burnunu təmizləyərsə, mütləq üzünün, ağzının və burnunun günahları tökülər! Sonra Allah`ın əmr etdiyi kimi üzünü yusa, üzünün günahları su ilə birlikdə saqqalının ətrafından tökülər. Sonra dirsəkləriylə birlikdə əllərini yusa, əlinin günahları su ilə birlikdə barmaq uclarından axar gedər. Sonra başını məsh edərsə, başının günahları su ilə birlikdə saçlarının ucundan tökülər. Sonra topuqlarıyla birlikdə ayaqlarını yusa, ayaqlarının günahları su ilə birlikdə ayaq barmaqlarının ucundan axar. Əgər (belə dəstəmaz alan) bu adam, qalxıb namaz qılar, Allah`a hamd və səna edər, Onu layiq olduğu vəsflərlə ucaldar və könlünü tam mənasıyla Allah'a bağlayarsa, mütləq anasından doğulduğu günkü kimi günahlarından təmizlənmiş olar "(Müslim, Musafirin 294)

Əbu Hüreyrə radıyallahu anh`dan rəvayət edildiyinə görə Rəsulullah sallallahu əleyhi və səlləm Bilal`a (Allah ondan razı olsun):

"Bilal! Müsəlman olduqdan sonra etdiyin ibadətlər arasında ən çox savab gözlədiyin hansıdır? Çünki mən cənnətdə, sənin ayaqqabılarının tıqqıltısını önümdə eşitdim " deyə soruşdu.

Bilâl də: “Gecə və ya gündüz dəstəmaz aldıqdan sonra bu dəstəmazla qılabildiyim qədər namaz qılaram. Ən çox savab gözlədiyim ibadət budur”, dedi. (Buxari, Təhəccüd 17, Tövhid 47; Müslim, Fəzailü's-səhabə 108)

Rəsuli-Əkrəm sallallahu əleyhi və səlləm Əfəndimiz, digər insanların dözə bilməyəcəyi qədər çox ibadət etdiyi halda, yenə də Cənab-ı Haqq`ı ən çox məmnun edəcək, bu səbəbdən insana ən çox savab qazandıracaq ibadətləri araşdırmaqdan geri qalmamışdır. Onun bu davranışı, edilən ibadətləri və xeyirləri heç bir zaman kafi görməmək, daha çox savab gətirəcək xeyirləri və ibadətləri öyrənmək və onları etməyə çalışmaq lazım olduğunu göstərir.

Peyğəmbər aleyhissalam`ın, eynilə bir müəllimin şagirdini yanına çağırıb onun dərsləriylə maraqlanması və vəziyyətini bəyəndikdə onu təqdir və təşviq etməsi kimi, səhâbələrinin ibadətləriylə də maraqlanması və onları bu mövzuda cəsarətləndirməsi nə xoş və təşviq edici bir davranışdır. Əfəndimizin bu cür hərəkətləri, onun nə gözəl bir mürşid və pedaqoq olduğunu göstərməkdədir.

Buna görə, mənəvi təmizlikdən, yəni dəstəmaz, qüsl və ya təyəmmümdən sonra ən az iki rük `ət namaz qılmaq, Cənab-ı Haqq`ın rizasını qazanmağa vəsilə olan nafilə bir ibadətdir.



27-07-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz