Ana səhifə

Dəstnamaz alan yerlərə "su israfı haramdır" kimi yazılar yazırlar. Bu doğrudur?


YazdırSend to friend

Suyu boşuna açıq saxlamaq israfdır və dolayısilə haramdır. Bu baxımdan dəstəmaz alarkən də ehtiyac olmadıqda bağlamaq lazımdır. Suyun əhəmiyyətinə görə Hz. Peyğəmbər Əfəndimiz (s.ə.v.) də suya çox dəyər vermiş, dəstəmaz alarkən belə lazım olandan çox su istifadə edilməsini məkruh sayaraq qadağan etmişdir. Beləcə, dəstəmaz kimi Allahın hüzuruna çıxılacaq bir işdə də, çox su istifadə etməkdən insanları çəkindirmişdir. Mövzuyla əlaqədar olaraq nəql edilən bir hədis belədir:

Bir gün Peyğəmbərimiz (s.ə.v.), əshabələrdən birinin dəstəmaz alarkən suyu israf etdiyini görür. "Bu israf nədir?" deyə soruşur. Bunun üzərinə əshabə, "Dəstəmazda israf olarmı?"-deyə cavab verir. Peyğəmbərimiz: "Bəli, axan bir çayın kənarında belə olsan, lazımi miqdardan çox su istifadə etməyin israf olar."- buyurur.

İslamın israf və bədxərcliyi bu qədər şiddətlə qadağan etməsinin əlbəttə ki səbəbləri vardır. Belə düşünək: Bu gün dünyamızda təxminən beş-altı milyarda qədər insan yaşayır. Hər biri, əl yuyarkən, diş fırçalayarkən, dəstəmaz alarkən və ya duş qəbul edərkən lazımından artıq gündə 1 litr su xərcləsə, bu miqdar gündə 5-6 milyard litr və ya 5-6 milyon ton su israfı deməkdir.



04-05-2011 12:00:00