Ana səhifə

Determinizm düşüncəsini Allaha iman əqidəsilə əlaqəli dəyərləndirmə bilərik?


YazdırSend to friend

 

Əvvəlki dövrlərdən XX əsrin başlanğıcına qədər inkişaf edərək və dərinləşərək gələn elmi düşüncədə və elmi nəzəriyyədə keçərli olan səbəbiyyət anlayışı və ya səbəbiyyət məfhumunun qavranılması tanınmış elm adamı Albert Eynşteynin məşhur “Tanrı zər atmaz” ifadəsində əks olunur. Hər şeyin bir-birinə bağlılığını, hər inkişafın və ya nəticənin özündən əvvəlki hadisənin və ya təsirin məhsulu olduğu düşüncəsi geriyə doğru hərəkət etdikdə sonsuz bir səbəb-nəticə əlaqəsinə gətirib çıxarır. Bu düşüncəyə görə elmin əsas sualı “Nə üçün?” sualıdır.

Bundan başqa, oxşar səbəblərin oxşar şərtlərdə eyni nəticə verəcəyini iddia etməsi də səbəbiyyət prinsipinin əsas iddialarından biridir. Frensis Bekon təbiət elmlərindəki irəliləyişlərlə səbəbiyyət prinsipinin açıq şəkildə elmin təməli olduğunun sübut edildiyini irəli sürmüşdür. Xüsusilə, fizika elmi uzun illər səbəbiyyət prinsipi altında tərif edilmiş və dəyərləndirilmişdir. Kvant fizikasının inkişafından bəri elmin bütün prinsiplərilə bərabər ən çox müzakirə edilən prinsipi səbəbiyyət prinsipi olmuşdur.

Səbəbiyyət anlayışı da determinizm çərçivəsində dəyərləndirilir.

Biz də Albert Eynşteyn kimi düşünür və “kainatda mövcud olan dəyişməz prinsiplər, mükəmməl nizam-intizamlar, hikmətli davranışlar, hikmətli səbəblər zəncirinin”şahidliyi ilə “Tanrı zər atmaz” deyirik, Rəbbimizə iman edirik.

Təbii ki, determinizm yönündən işi səbəblərə həvalə edərək küfrə girənlər də var. Məlumdur ki, qoyun su içir, süd verir, arı su içir, bal verir, ilan su içir, zəhər qusur.

 



08-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz