Ana səhifə

Din Nədir?


YazdırSend to friend

    Ərəbcə bir kəlmə olan “din” lüğətdə “adət və ənənə, cəza, mükafat, itaət, hesabat, hakim olma və üstün olma, səltənət, hökm və fərman, millət, şəriət" kimi mənalara gəlir. Müasir avropa dillərində din mənasında işlədilən “religion” kəlməsinin əsli, latınca olub, ”öhdəlik götürmək, təkrar etmək və oxumaq" mənası ilə yanaşı ”insanı Tanrıya bağlayan vasitə" mənasını da daşıyır. Əksər mədəniyyətlər din təsəvvürünü “yol, əqidə, adət, qulluq" kimi ortaq məxrəcə gələn sözlərlə ifadə etdiklərini demək mümkündür.

     Qurani-Kərimdə “din” ilə eyni kökdən törəyən və “borc“ mənasına gələn “deyn” kəlməsi və törəmələrini istisna etsək, din kəlməsi və törəmələri 95 yerdə qeyd olunur. Din kəlməsi Quranda əksər hallarda “mütləq itaət, boyun əymə, ibadət; qiyamət və cəza (hesabat) günü, Allahın dini, İslam, tövhid, qanun, hökm və şəriət(Bax: Fuad Əbdülbaqi. Mücəmül-Müfəhrəs lı Əlfazıl–Quran. "Dyn" mad; Beşır Eryarsoy, 'Din" mad. Ş/A.) mənalarında işlədilmişdir. 

    Məkkədə nazil olan ayələrdə din kəlməsi daha çox din (qiyamət) günü, yeganə doğru din, İbrahimin dini kimi insanları tövhid əqidəsi çərçi vəsində cəmləşdirmə məqsədi güdən mənalarda istifadə edilir.(Fatihə, 1/14; Zariyat. 51/6; Ənam, 6/161). Mədinə dövründə nazil olan ayələrdə həmin kəlmə, artıq iman gətirənləri vahid İslam cəmiyyəti olmağa yönəltmiş, (Bax. Həcc. 22/78.) “haqq din" ifadəsi ilə təhrif olunmuş və batil dinlərin fövqündə olacağı müjdələnmişdir. (Tövbə, 9/29, 33; Fəth, 48/28; Saf, 61/9). Bu ayələrlə də üstünlük açıq–aydın qeyd  edilir:

“Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır.” (Ali-Imran, 3/19; Beqere, 2/193)

“Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!” (Ali-Imran, 3/85)

    Din kəlməsi Quranda təkcə müsəlmanların yox, başqalarının da əqidələrini ifadə etməklə yanaşı, xüsusi mənada İslamla dinin adətən eyni mənalı iki kəlmə sayıldığı və bütün peyğəmbərlərin gətirdiyi dinin İslam olduğunu ifadə edir. (Bax. Ali–Imran, 3/85, 99; Nisa, 4/125; Maidə. 5/3; Şura, 42/13.)

   Hədisi–şəriflərdə də “din” kökündən törəyən sözlərin ümumiyyətlə “boyun əymək, itaət və ibadət etmək” mənalarında istifadə edildiyi nəzərə çarpır.

Ağıllı insan nəfsinə qalib gələn və onu (Allaha) ibadət etdirəndir." (Tirmizi,Qiyamə, 25: İbn Macə, Zühd, 31.)

    Bu hədisdə “danə” feili “boyun əydirən, hesaba çəkən" mənasına gəlir. İnanmaq və ibadət etmək; “Qüreyş ve onlar kimi inanıb ibadət edənlər (danə dinəhum) Müzdəlifədə vəqfə edərdilər.” (Buxar,Təfsir–surə 3, Bab, 35; Müslim, Насс, 151)

    Xeyir olsun, şər olsun qarşılığını görmək; “Etdiyinin əvəzini görərsən.(Buxari, Təfsir–surə 1, Bab, 1.)

    Məhv etmək, məcbur etmək mənasında; Allahın “Dəyyan”-hökmranlıq edən mənasına gəlir. (İbnul–Əsir. ən-Nihayə fi Qəribli–Hədis. Beyrut 1399/1979, Il. 148, 149.)

    Quran və Hədisdə din kəlməsi ilə eyni mənada istifadə edilən sözlər də mövcuddur. Millət və şəriət belə sözlərdəndir. Peyğəmbərlər gətirdikləri dini ümmətlərinə yazdırdıqları və daima eyni yolu təqib etdikləri üçün, millət sözü şəriət mənasında da istifadə edilmişdir. “Küfr tək millətdir” sözündə olduğu kimi “batil din” haqqında da istifadə edilir. Rağib əl-İsfəhani bu mövzuda belə demişdir:

    Millət mənaca dinə oxşayır, aralarındakı fərq isə budur: Millət kəlməsi ümumiyyətlə peyğəmbərlərə şamil edilir. “Mən ata–babalarım İbrahim, İshaq və Yaqubun dininə tabe oldum(Yusuf, 12/38) ayəsində bu məna müşahidə olunur. Məsələn, “Allahın milləti, Zeydin milləti” deyilməz. Millət Allahın peyğəmbərlər vasitəsi ilə göndərdiyi şəriətin adıdır. (İsfəhani, Müfrədat, Qahirə 1381/1961. s. 471, 472; Əbul–Bəqa, Külliyyat, Amirə, 1287. s. 327-328)

     Yuxarıda qeyd olunan ümumi məlumatdan sonra haqq din məfhumunu tərif etmək asan olar. Belə ki, din Allah-Təalanın insanları yaxşılığa yönəltmək və pisliklərdən çəkindirmək üçün peyğəmbərləri vasitəsilə bildirdiyi əmr və hökmlərdir. Başqa bir ifadə ilə din ağlı başında olan insanları öz ixtiyarı ilə xeyirli olan şeylərə aparan ilahi qanundur. Bu mənada din həm etiqada, həm də əmələ dair mövzulan əhatə edir. İnsanla Uca Rəbbi arasındakı münasibətləri tənzimləməklə yanaşı, insanla insan, insanla digər varlıqlar arasındakı əlaqələri də nizamlayır. Hər bir insan ağıl ilə bu kainatın bir yaradanı olduğunu dərk edə bilər. Insana bu qabiliyyət bəxş olunmuşdur. Çünki onun fitrəti təmizdir və yaradanını tapmağa qadirdir. Hz. İbrahim hələ uşaq ikən aya, günəşə və ulduzlara baxaraq əvvəlcə bunların Rəbb ola biləcəyini düşünmüş, lakin onların bəzi vaxtlarda qeyb olduqlarını gördükdə, bütün bunların arxasındakı Uca Allahın varlığını dərk edərək həqiqəti tapmışdır.(bax. Ənam, 6/75-78)

    İnsan əqli təbiət hadisələrini təfəkkür etdikdə. bunların öz–özlüyündən əmələ gələ bilməyəcəyini və təbiət qüvvələri arasındakı həssas münasibətlərin özbaşına qurula bilməyəcəyini dərk edər. Beləliklə ağıl kainatda pərdə arxasındakı yaradanın sirli gücünü qavramağa qadirdir. Bunun üçün hər hansı elmi səviyyəyə də ehtiyac yoxdur. İkinin birdən çox olduğunu, çoxluq məfhumunu bilən hər bir kəs- əvvəlcədən bunu heç ifadə etməsə də– məntiqlə bilər. Çünki onun daxili bununla doludur, bunu təsdiq və qəbul etməkdədir. Məhz, Allah–Təalanı bilmək də bunun kimi insanın fitrətində mövcuddur.

     Qurani-Kərimdə bu məntiqin reallığına belə işarə edilir:

(Ya Rəsulum!) Həqiqətən, əgər sən (müşriklərdən): “Göyləri və yeri kim yaratmışdır?”- deyə soruşsan, onlar mütləq: “Allah!”- deyə cavab verəcəklər”  (Loğman, 3105)

    Başqa bir ayədə;

      (Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut” (Rum.3o/30)

  buyurulur. Qüreyş müşriklərindən As bin Vailin Allahın Rəsuluna; “Çürümüş. parçalanmış bu sümükləri kim dirildə bilər?"“ sualına cavab verilən bu ayədə də, sözü gedən mövzu diqqəti cəlb edir:

(Ya Peyğəmbər!) De: Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışından əvvəl də. sonra da) çox gözəl tanıyandır!(Yasin, 36/78-79)

   Çətin olan ilk yaratmadır. Bir şeyi ilk dəfə maydana gətirən onu ikinci dəfə də meydan gətirməyə əlbəttə qadirdir. İnsanı dünyaya gətirən qüvvə, onu qiyamət günü nə üçün yenidən dirildə bilməsin?

    İnsanın xilqətində mövcud olan paklıq, ətraf mühitin təsiri və şeytan tərəfındən pisliyi təlqin etməsi nəticəsində təhrif ola bilər. Insanın qəlbi əvvəlcə ilahi mənzərələrə açıq, təmiz bir güzgü kimi ikən, dünya hərisliyi, məhdudiyyət qoyulmayan ehtiras, şəhvət və günahlann üstün gəlməsi nəticəsində kirli, paslı bir qəlbə çevirilir. Hədisdə belə buyurulmuşdur: 

Hər insan fitrət üzrə doğular. Sonra ata–anası Onu yəhudi, xristian və bütpərəst edər” (Buxari, Cənaiz. 30. 80)

    Bununla yanaşı insanın ağıl ilə Rəbbinin varlığını düşünərək dərk edib təsdiq etməsi kifayət deyil. Onu həqiqəti və xüsusiyyətləri ilə tanımalıdır. Bunun yolu da ilkin mərhələdə özünü tanımaqdan keçir. Məhz elə bu səbəblə “nəfsini, öz həqiqətini bilən və tanıyan, Rəbbini də dərk edər” deyilmişdir. Bu mövzuda Uca Allah belə buyurmuşdur:

“Onun (Quranın) haqq olduğu onlara (müşriklərə) bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onlann öz daxilində mütləq göstərəcəyik. (Ya Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olma(sənin dediklərinin doğruluğuna) kifayət deyilmi?!” (Füssilət, 41/53)

    Dini duyğulardan məhrum olan insanın özü haqqında bildiyi şeylər bədənində görə bildiyi üzvlər və daxili orqanlarla bağlı kənardan öyrəndiyi məlumatlardan ibarətdir. Ruh həyatı ilə bağlı bildiyi isə acdıqda yemək, əsəbləşdikdə hücüm etmək, cinsi arzusu artdıqda onu təmin etməkdən ibarətdir. Bu kimi duyğular digər heyvanlarda da mövcuddur. Belə olan halda insan öz həqiqətini araşdırrnalıdır. “İnsan kimdir, haradan gəlmiş və haraya gedəcəkdir, bu dünyaya nə üçün gəlmiş və nə üçün yaradılmışdır, dünyada və axirətdə xoşbəxt olmağın yolu nədir?” Bütün bu suallara cavab axtaran bəşər bunların cavablarını öz ağlı ilə tapa bilməz. Odur ki, bunlarn cavabını “din” verir. Həqiqi mənada dinin sahibi və mənbəyi də əlbəttə ki, Uca Allahdır. Ancaq insan bilavasitə Allah-Təala ilə ünsiyyət etmə, onunla danışma qabiliyyətinə malik olmadığı üçün Allahın ona nəyi əmr edib, nəyi qadağan etdiyini bilməsi qeyri–mümkündür. Məhz bu səbəblə Uca Allah insanlarla özü arasında elçilik etmək üçün peyğəmbərlər göndərmişdir. Beləliklə də peyğəmbərlər vasitəsi ilə insanlara göndərilən ilahi əmr və hökmlərə “din" adı verilir.

Müəllif: 


12-07-2017 03:38:22