Ana səhifə

Din qardaşlarımızı dəstəkləmək məqsədiylə alış-verişlərimizi mümkün olduqca yalnız onlarla etməmiz üçün nümunələriylə, hədislərlə məlumat verə bilərsiniz?


YazdırSend to friend

Bu mövzunu qısa bir neçə maddə halında izah etməkdə fayda vardır:

- Əgər mömin qardaşımız, başqasından daha bahalı və ya keyfiyyətsiz bir mal verib bizi aldadırsa, lütfən ondan almayaq. Necə ki Hz. Peyğəmbər (s.ə.v) bazarda yaş buğdanı, çuvalın altında quru buğda ilə örtərək, satdığı malın qüsurunu gizləmək surətiylə xalqı aldatmağa çalışan adama: “Bizi aldadan bizdən deyil.” (Müslim, İmam, 164; Əbu Davud, Büyü, 50; Tirmizi, Büyü, 72) deyə xəbərdarlıq etmişdir .

- Dini istismar edərək, ticarətini qazanmağa çalışan mömin qardaşlarımızdan da alış-veriş etməməyi prinsip qəbul edək. Çünki, Allahın ayələrini, Allahın dinini dəyərsiz dünya əmtəəsinə satanların mallarında bərəkət olmaz.

 

 “ Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın.” (Maidə, 5/2)  

 

 məalindəki ayədə, din ayrımı edilmədən -kim olursa olsun- səhv edən kimsədən uzaq durulması və ona dəstək çıxılmaması əmr edilmişdir.

- “Mömin iki dəfə eyni dəlikdən sancılmaz.” (Buxari, Ədəb, 83) məalindəki hədisi-şərif, bizi diqqətə dəvət edir.

“Adamın namazına, orucuna baxmayın; danışdığında, doğru danışıb danışmadığına, etibar edildiyində , etibarlılığını ortaya qoyub qoymadığına; dünya özünə güldüyündə, təqvanı əldən buraxıb buraxmadığına (mənfəət anındakı rəftarına) baxıb elə qiymətləndirin. “(Kenzul-Ummal, h. No: 8435), “Adamın namazı, orucu sizi aldatmasın. Diləyən oruc tutar, diləyən namaz qılar. Lakin etibarlı olmayanın dini də olmaz.” (a. g. e, h. No: 8436) mənasını verən hədisi şəriflərdə isə diqqət yetirilməsi lazım olan çox şey izah edilir.

- “Mənfəət üzərində dönən siyasət canavar olduğu” kimi, mənfəət üzərində cərəyan edən qardaşlıq da tülkücə bir hiyləgərlik olmalıdır.

Əsas mövzuya gəlincə, yuxarıda qısaca şərhə çalışdığımız mövzularla və bənzəri davranışlarla Allaha qarşı hörmətsizlik içinə girməmiş, dürüst mömin qardaşlarımızla alış-verişi seçmək əlbəttə gözəl niyyətimizi əks etdirən əhəmiyyətli parametrdir.

 

 “Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. “ (Maidə, 5/2)

 

məalindəki ayədə bu xüsus açıqca ifadə edilmişdir.

- Aşağıdakı hədisi şəriflərdə möminlərin köməkləşmələrinin nə qədər əhəmiyyətli olduğu vurğulanmışdır:

“Möminin möminə qarşı tutumu, bir-birlərini möhkəm saxlayan binanın daşları kimidir. “(Buhari, Ədəb, 36).

 “Möminlərin bir-birlərini sevmədə, birlərinə mərhəmət etmədə, birlərinə qarşı şəfqət göstərmədəki misalı, bir orqanı xəstə olduğunda, digər bütün orqanlarının da -gecəni yuxusuz və qızdırma ilə keçirib- eyni iztirabı paylaşdığı bir cəsəd kimidir.” (Buxari, Ədəb, 27; Müslim, Bir, 77).

- Allaha qarşı həqiqətən hörmətli, Qurana içdən bağlı, səmimi bir möminin malı, ən halal mal deməkdir. Bu səmimiyyəti göstərməyənlərin mallarının şübhəli olma ehtimalı qüvvətlidir. Bu baxımdan da səmimi möminlərlə alış-veriş etmək, “Şübhəli olanları buraxın, şübhəsiz olanlara baxın” (Buxari, Büyu, 3) məalindəki hədisi-şərifin əmrinin gərəyidir.

- Bununla birlikdə, bir qruplaşma mənasını verən rəftarlardan mütləq qaçmaq lazımdır. Həm də, alış-verişi halal olan malları, müsəlman olmayanlardan belə olsa, almaq halaldır. Qalanını fərasətinizə həvalə edirik.



07-06-2011 12:00:00