Ana səhifə

Din tiryəkdir?


YazdırSend to friend

Dinin tiryək olduğunu söyləyənlər Allaha, peyğəmbərlərə inanmayan kəslərdir. Bu durumda olan kimsələrlə “dinin tiryək” olup olmadığı barəsində mübahisə etmək yersizdir. Çünki  bunların bu ifadələrinin altında materyalist fəlsəfənin təsiri var. 

Bunlarla mücadilə edərkən  Allaha, Hz. Məhəmmədə (s.ə.s) və Qurana iman etmələrinə şərait yaradcaqbiliklərə sahib olmaq və bu bilgilərini gözəl bir üslubla -qarşı tərəfin xətrinə dəymədən-bölüşmək lazımdır. 

“Din tiryəkdir.” iddiasına gəlincə bu ifadədə yanlış və xətalı düşüncələr yatır: 

"Din qurumu həqiqətdə varlıların kasıbları, əzənlərin əzilənləri, idarəçi heyətin idarə olunanları uyuşdurmaq, beyinlərini yumaq və beləlikləonların həqiqətləri görmələrini əngəlləmək üçün uydurduqları bir nağıldır. Həmçinin, din dünya üçün çalışmağı əngəllədiyindən tərəqqiyəmane olduğu üçün bir tiryək vəzifəsini görür." 

Bu iddiaların və iftiraların heç birisinin doğru olmadığını göstərən minlərlə dəlil var. Ancaq burada ümumi yanaşma ilə ümumbəşəri bir din olan İslamın bəzi meyarlarını nəzərdən keçirib mövzunu açmaqla kifayətlənəcəyik:

a. Quranda dəfələrlə küfrün qaranlıq, imanın isə bir nur / aydınlıq olduğu vurğulanmışdır. Bunun mənası budur: İslam dininə iman edənlərin ağılları, könülləri, bəsirətləri, duyğuları həqiqətləri görüb qavrayacaq bir hal alır. İnkar edənlərin bu cür qabiliyyətləri korlaşıb, kortalıb çalışmadığı üçün onlar qaranlıqda qalmağa məhkumdur. Deməli, din deyil, dinsizlik  tiryəkdir.

b. İslama görə insanlığa faydalı olan hər cür çalışma ibadətdir. “Qiyamət qopmaq üz olsa belə əlinizdən gəlirsə, bir ağac əkin.” tövsiyəsinə sahib bir din mi tiryək, yoxsa axirətə inanmadığı üçün –şəxsin öz mənfəətinə uymayan- heç bir şeyi etməyə təşviq etməyən dinsizlik mi tiryək? 

c. İlk ortaya çıxdığı gündən etibarən məzlumları, kasıbları qoruyan, zəkat qurumunu qurarak varlıların mallarının bir qismini möhtac olanlarla bölüşməyi əmr edən, məzlumların haqlarını axtararkən, mallarını müdafiə edərkən ölənləri şəhid qəbul edən, hər cür haqsızlığı, despotluğu, zalimliyi şiddətlə lənətləyən İslam dini mi, yoxsa öz mənfəəti üçün başqasının ayaqlarını öpəcək qədər alçaqlığı qəbullanan, mükafat yeri olan axirətə inancı olmadığı üçün “Mənədəyməyən ilan min yaşasın..  Mən tox olduqdan sonra bütün insanlar acından ölsə, mənə nə!” fikrini təlqin edən dinsizlik mi tiryəkdir? 

d. Bəşəriyyət  tarixi boyunca insanlara yardım əlini uzadan, mərhəmət edən, şəfqət eden, “haqsız yerə bir tək adamı öldürməyi bütün insanları öldürmək” qədər çirkin bir cinayət qəbul edən Hz. İbrahim, Hz. Musa, Hz. İsa və Hz. Muhamməd (Əleyhissalatü vəssəlam əcmain) kimi peyğəmbərlərin yolu olan din mi; yoxsa tarix boyunca Qabil kimi qatilləri, Firon kimi zalimləri, Qarun kimi -əsla bölüşməyi istəməyən- var-dövlət sərxoşları, hakimiyyət uğrunda yüz minlərlə insanı öldürən Lenin, Stalin, Mao və bənzəri çağdaş despotları yetişdirən dinsizlik mi bir tiryəkdir?

e. Allahdan gəldiyinə dair minlərlə möcüzə və dəlilləri ortaya qoyan, mənsublarına hər zaman ölüm sonrası axirət həyatını vəd edərək ölüm narahatlığını aradan qaldıran və ya nisbətən  yüngülləşdirən din mi; yaxud hər zaman oyun,əyləncə və narkotik vasitələrlə mənsublarının beyinlərini dumanlandıran, ölümün yaxınlaşdığını hiss etdikləri  andan etibarən addım-addım dar ağacına aparılırmış kimi duyğuları yaddaşlarına həkk edən, xüsusilə də, qırx yaşlarından sonra hər gün biraz daha torpaq altına girib yox olacaqlarını təlqin edərək insanları insanlıqdan çıxaran dinsizlik mi tiryəkdir?

f. Son olaraq bunu da bildirək ki, “Din tiryəkdir.” sözünü ortaya atanların bir qismi də bir çox sosyolojik qurumlar kimi din həqiqətinin toplumları idarə etmək və diktatorluqlar qurmaq üçün işlədilən bir xalq uyuşdurucusu olduğunu eyham edirlər. Zaman-zaman inanclı kəslər də bu ifadəni bu mənada işlətsələr də, əlbəttə, sözün əsl məzmunu “din” anlayışını layiq olduğu gözəllik məqamından salmaq olduğundan, biz bu suala yuxarıdakı tərzdə cavab verməyi uyğun gördük. Yoxsa dinin özü dindən itifadə edərək qurulan riyakar diktatorluqları yerlə-yeksan edib, Qarunların, Fironların səltənətini yıxıb, zalimlər yerinə məzlumların və zəiflərin haqlarını müdafiə etmək üzərinə qurulmuşdur. Dinin həqiqətini başa düşən (həqiqi başa düşən) hər adam bu sözün haqlılığını təsdiq edəcəkdir.

Qeyd: Bu mövzuları ən qısa yoldan -çox gözəl bir şəkildə- öyrənmək üçün Risaleyi-Nur Külliyatını oxumağın çox faydalı olacağını düşünürük.



12-09-2013 12:00:00