Ana səhifə

Dindən dönməyi təkrarlamanın bir sayı vardır? Yoxsa buna dair qəti dəlil göstərə bilərsiniz?


YazdırSend to friend

Bildiyimiz qədəriylə, İslamda dindən dönmənin müəyyən bir  təkrar sayı yoxdur. Hər hansı bir ayədə və ya hədisdə belə bir məhdudlaşdırma göstərilmir. Mühüm olan, dindən döndükdən sonra adam, həqiqətən səmimi olaraq tövbə edib, İslama olan inancını ciddi olaraq yeniləmiş olsun. Tövbə qapısı, günahkarlar üçün olduğu kimi, dindən dönüb kafir olanlar üçün də ardına qədər açıqdır. Bu xüsus, Allahın sonsuz rəhmətinin bir təzahürüdür.

Ancaq adamın içində olduğu küfr anında ölməsi xüsusu çox əhəmiyyətlidir. Kafir olaraq ölən kimsənin əfvi mümkün deyil. Digər kafirlər kimi, dindən dönən kimsənin də yeri əbədi olaraq cəhənnəmdir.  Bu həqiqəti bu ayədə açıqca görməkdəyik:

"Şübhəsiz inkar edib kafir olaraq ölənlərin heç birindən, fidyə olaraq dünya dolusu qızıl verəcək olsa  da, qəbul edilməyəcək. Onlar üçün can yandırıcı bir əzab vardır. Və onların heç bir köməkçiləri də yoxdur"(Əli İmran, 3/91).

Mövzumuzla əlaqəli bir iki ayənin şərhini vermək. Çünki bu ayələrdən ilk etapda, dindən dönənlərin tövbəsinin əsla qəbul edilməyəcəyi xüsusunu aydın ola bilər. Ancaq gerçəyin elə olmadığını görmək də mümkündür:

Birinci ayənin tərcüməsi:

"Şübhəsiz iman etdikdən sonra inkar edən, sonra da inkarçılıqda daha da irəli gedənlərin tövbələri əsla qəbul edilməyəcək. Və onlar, pozğunların da özləridir. "(Ali İmran, 90).

Alimlər, bu ayə haqqında çox dəyişik şərhlər etmişlər. Bu şərhlərin hamısının hədəfində "Tövbə qapısının hər kəs üçün son nəfəsdən bir az əvvəlinə qədər açıq olduğu" tezisini təsdiqləmək vardır.

Bütün bu şərhlərə yer vermənin bir faydası olmadığını düşünürük. Bu səbəblə, bu şərhləri verdikdən sonra, öz seçimini ortaya qoyan Taberinin bu fikirini köçürməklə kifayətlənəcəyik:

Buna görə; bu ayədə əsas mövzu  İman etməyən Yəhudilərdir. Ayədə sanki belə deyilir: "Peyğəmbərliyindən əvvəl  Hz. Məhəmmədin Peyğəmbərliyinə iman edən, lakin gəldikdən sonra onu inkar edərək küfrə girən, sonra da bu inkarçılıq əsnasında başqa günahlar işləməklə küfrlərini daha da artıran Yəhudilər, hər şeydən əvvəl Hz. Məhəmmədi inkardan imtina edib, tövbə etmədikləri müddətcə, başqa günahlardan edəcəkləri tövbələri əsla qəbul edilməyəcək. "(Taberi, əlaqədar ayənin təfsiri).

İkinci ayənin tərcüməsi:

"İman edib sonra inkar edənləri, sonra yenə iman edib təkrar inkar edənləri, sonra da inkarlarında irəli gedənləri Allah, nə bağışlayacaq nə də doğru yola çatdıracaq. "(Nisa, 4/137).

Bu ayənin şərhlərinin hədəfində də "Tövbə qapısının hər kəs üçün son nəfəsdən bir az əvvəlinə qədər açıq olduğu" tezisini təsdiqləmənin var olduğu gerçəyi görülür.

Bəzi alimlər, bu ayənin ifadəsinə baxaraq, dindən dönənlərin bu günahlarını üç dəfə təkrarlama və üç dəfə tövbə etmə haqqının olduğunu söyləmişdir. Hətta bu mövzuda Abdullah b. Ömərdən də bir rəvayət deyilmişdir. (bax. Taberi, əlaqədar ayənin təfsiri)

Digər bəzi alimlər isə, bu fikiri qəbul etməmiş və dindən döndüyü hər dəfə yenidən tövbə edib İslama girmə şansının var olduğunu söyləmişlər. (a.k.ə.).

Bu ayədə olanların Peyğəmbər Əfəndimizə (s.ə.s.) inanmayan Yəhudilər ilə iman etmədiyi halda iman etdik deyən münafiqlər olduğu deyilmişdir. (İbn Kəsr, əlaqədar ayənin təfsiri).

Arxadan gələn ayədə münafiqlərin göstərilməsi, bu ayənin də münafiqlər haqqında  olduğuna dair fikiri gücləndirməkdədir.

Bəzi alimlərə görə,  həmsöhbətlər kim olursa olsun, ayədə vurğulanan, "tövbələrinin qəbul edilməyəcəyinə" tövbələrindən məqsəd, ölənə qədər tövbə etməyib imansız olaraq ölənləri və ya tövbə qapısının bağlandığı ölüm anında tövbə edənlərdir. (bax. Taberi, İbn Kəsr, Alısi, əlaqədar ayənin təfsiri).

Alimlərin böyük əksəriyyətinin qəbul etdiyi görüşə görə, bu ayədə vurğulanan xüsus, tez-tez dindən dönənlərin səmimi, məqbul bir tövbə edə bilməyəcəkləridir. Sanki -ağılı, ürəyi və ruhi mexanizmlərinin pozulmasından ötəri- yenidən məqbul bir tövbə edib doğru yola girmələri, qeyri-mümkün hala gəldiyi həqiqətidir. Yoxsa ayənin vurğusu, səmimi olaraq etdikləri tövbələrinin qəbul edilə bilməz olduğunu göstərməz. (bax. Alusi, əlaqədar ayənin təfsiri).

Bütün bu şərhlər, mövzunun başında vurğuladığımız xüsusun həqiqətini ortaya qoymaqdadır. Ölüm anı gəlmədən iman edən və o iman ilə ölən hər insan mömindir.



07-11-2009 12:00:00