Ana səhifə

Dini İqamə Etmənin Əhəmiyyəti Və Forması


YazdırSend to friend

     Dinimizdə iqamə etmək ilə məsuluq. İqamə etmək ayaqda tutmaq, mühafizə etmək, davam etdirmək, şərtlərinə və hökmlərinə riayət etmək, güdmək, mənalarına gəlir. (Asim Ef., Qamus Tərc., 3/545)

Quran-i Kərimdən möminlərdən bəhs edilərkən

الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ وَيُقِيمُونَ الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ

 "O kəslər ki, qeybə iman gətirir, namaz qılır (namazı iqamə edir) və Bizim onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər." əl-Bəqarə, 3) buyurulmaqdadır. Namazın iqaməsi əgər:

a) Namazın fərzləri, sünnələri və ədəblərində heç bir əskiklik olmadan, tədili ərkan ilə və davamlı qılmaqdan ibarətdir,

b) Namaza rəğbət edilməsi deməkdir. Çünki namaza davam edildiyi zaman o, arzuların özünə təmayül edib çox rəğbət görən bir şey kimi olar. Namaz qılınmadığı zaman isə, sanki özünə rəğbət edilməyən və rəvac tapmayan bir şey kimi olar.

c) Namazın iqaməsi, onu əda etmək üçün, hər şeydən özünü təcrid edib, ədasında bir zəiflik göstərməməkdən ibarətdir ... (Təfsiri Kəbir tərcüməsi, 1/459)

أَنْ أَقِيمُوا الدِّينَ ...

"Dini iqamə edin" (əş-Şura, 13)

Allah`ın-subhanəhu təala-peyğəmbərlərə vəsiyyət etdiyi şeylərdən biri də dinin hüququna riayətlə iqamə edib, əhkamını yerinə yetirməkdir. (Xulasətul Bəyan, 13/5118) Dinin doğrusu

اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ

 صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ

 "Bizi doğru yola yönəlt –nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) deyil!" (əl-Fatihə, 6-7)

deyə bəyan edilənn ( الصِّرَاطَ الْمُسْتَقِيمَ) sıratal müstəqim, tövhid ilə Allah Təala`nın hökmünə iman və itaət, yəni İslam`dır. Onu doğru tutmaq, ədəb-ərkanını xələldən (pozulmaqdan) mühafizə edərək ayət və ədilləsindən doğrunu anlayıb iman və əməldə ixlas ilə tətbiq etməkdir.

    Peyğəmbərlərin bu iki vəzifə üçün göndərilmiş olduqlarını söyləyə bilərik:

1. Dinin hakim olmadığı yerdə dini iqamə etmək;

2. Əgər din iqamə olunmuşsa onu ayaqda tutmağa çalışmaq. (Mevdudi, Təfhimü'l-Quran, 5/212-2l3.)

    Bu dini doğru tutmaqdan məqsəd; Allah`ı tanımaq, Ona itaət etmək, peyğəmbərlərinə, kitablarına, axirət gününə inanmaq və bir müsəlman nə ilə müsəlman olursa onları etmək, qısaca mömin və muslim olmaqdır. (Məcmuatun-Min ət-Təfasir, 5/401.)

    İslam`ın iqaməsi; İslamın həyatın hər nöqtəsinə hakim olması deməkdir. Bu gün, İslam`ı iqamə etməyib, dağılmaya tərk edən birliklərlə qarşı-qarşıyayıq! Müsəlman ola bilmək üçün yalnız;

a) Müsəlman adı daşımaq,

b) Ölüncə cənazə namazı qılınmasını,

c) Müsəlman qəbiristanlığına dəfn,

d) Şəxsiyyət vəsiqəsində (əksər yerlərdə bu da yoxdur-mütərcim) dini İslam yazılmış olması kafi hala gəlmişdir!

    Xristianların dini yalnız bir sıra inanclardan ibarət görüb, həyatı maraqlandıran, həyata istiqamət verən inzibati xüsusları rədd edib dini pozduqları kimi, qərbin təsiri altında qalan İslam torpaqlarında yaşayanlarda da eyni xəstəlik görülməkdədir ... Qərbin çöküşə getdiyi kimi, bunların nəticəsi də eynidir ... Nəticələr müqəddimələrdən asılıdır. Sağlam təməllər üzərinə qurulmayan bir şeyin davamlı olması düşünülməz, davam etsə də dağılması tez və asan olar ...

  Həzrəti Ali-radıyallahu anhu-belə buyurur:

 Dörd şey davam etdikcə din və dünya davam edəcək, ayaqda dayanacaq:

1) Varlılar, malları ilə comərdlik etdikcə,

2) Alimlər elmləriylə əməl etdikcə,

3) Cahillər, bilmədikləri məlumatlarla kibirlənmədikcə,

4) Kasıblar dinlərini dünyaları uğruna satmadıkça ... (11)

    Yenə Hz. Ali (ra) "belimdən Buke şey; cahil abid ilə ədəbsiz alimdir. Çünki cahil, ibadəti ilə başqalarını aldadır, alim də ədəpsizliyi ilə xalqda nifrət oyandırar "buyurmuşdur. (İbn Həcər əl-Asqalani, Münəbbihat, 59/12)

    Yalnız bilmək kifayət deyil və ya şüursuzca əməl də kifayət etməz. Mütləq bilərək və şüurlu hərəkət edilməlidir. Bilmədiklərimizlə və ya əməl etmədiklərimizlə öyünmək, bizə heç bir şey qazandırmaz! Təəssüf ki, bilmədikləri və etmədikləri ilə övunən bir cəmiyyət halına gəlmişik ... Bilindiyi kimi heybənin iki gözü vardır. İnsan boxçanı çiyininə alınca bir gözü önə, digər gözü arxaya qoyular ... Biz, başqalarının səhvlərini boxçanın həmişə ön gözünə qoyuruq, həmişə onları görürük, həmişə onları danışırıq, boxçanın gözünü dəyişdirib, öz günahlarımıza baxmağa fürsət tapa bilmirik. Bu isə özümüzü həmişə təmizə çıxarmağa, səhvlərimizi görməməyə sövq edir. Belə bir vəziyyət; sözü özünə uyğun gəlməyən, əməlləri dediklərini yalanlayan kompleks bir cəmiyyət ortaya çıxarmaqdadır!

    Həzrəti Peyğəmbər-sallalahu aleyhi və səlləm-belə buyurur:

"Mömin, sonu cənnət olana qədər, xeyirdən doyub, geri qalmaz, xeyr işləməyə davam edər." (Tirmizi, Elm, 19)

    Edilməsi Lazım olan nədir?

    İslamı iqamə etmək üçün yaxşılıq və təqva barəsində bir-birləriylə yarışan insanlar nə etməli, necə hərəkət etməli və səhvlərdən necə xilas olmalıdır?

    Məşhur təfsir alimi Hamdi Yazır deyir ki: "Elm, insanların islahı üçün kafi deyildir. Nəfsi əmmarənin elə pis duyğuları vardır ki, insanları bildiklərinin əksinə açıq-açıq pisliklərə sövq edir. Onun üçün insanların əxlaqını düzəltmə işində, elmdən başqa, duyğuların islahı üçün əməli bir tərbiyə də əhəmiyyətlidir. "(Əlmalılı Təfsiri, 6/4230)

    Duyğularımızı islah edəcək əməli tərbiyəyə də əhəmiyyət vermək məcburiyyətindəyik. Əvvəl özümüzdə və ailəmizin İslamı iqaməsini edə bilməsək, cəmiyyətdə iqamə etmək çox çətindir. Ruh tərbiyəsinə laqeyd yanaşmış insanlar, hər zaman nəfslərinə və şeytana tabe ola bilərlər. Hesab şüuruna sahib olmayan fərdlər, mənfəətlərini və arzularını həmişə ön plana çəkə bilərlər. Bütün bunlar isə, həyatımızın İslam`dan uzaqlaşmasına səbəb olar ...

    Böyük təfsir alimi Zəməxşəri belə deyir:

   "Alim üçün elmi ilə əməl etmək necə vacib (lazımlı) isə, xalq üçün də elm qazanma gücünə sahib olduqca zənn və təqlid girdabında qalmağa razı olmamaq da eləcə vacibdir." (Əbdül Əziz Cavis, Anqlikan Kilsəsinə cavab, 38)

    Bildiklərimiz,öyrəndiklərimiz başqaları üçün olduğu qədər, özümüz üçün də olmalıdır. Yəni özümüzü tanımalı, əsl vəzifəmizi unutmamalıyıq. Həmişə başqalarını irşad etmək və ya tanımaq üçün oxuduğumuz İslami hökmləri özümüzü tanımaq üçün də oxumalıyıq. Rəbbimizin Kitabında, Rəsulunun-sallalahu aleyhi və səlləm- Hədisi Şəriflərində bəyan edilən xüsusiyyətləri, təriflənmiş xüsusiyyətləri qazana bilmək üçün səy göstərməliyik, qınanmış, tənqid edilmiş şeylərdən də mümkün mərtəbə uzaklaşmalıyıq

   İnsanlar dörd qisimdir:

1) Bilən və bildiyini də bilən insandır ki alim budur, buna tabe olun.

2) Bilən və lakin bildiyinin fərqində olmayan insandır ki, bu insan yuxudadır, onu xəbərdar edin

3) Bilməyən, lakin bilmədiyini biləndir ki, bu doğruya çatmağı istəyər, siz onu haqqa çatdırın.

4) Bilməyən və lakin bilmədiyini də bilməyən insandır ki, şeytandır, ondan qaçın. (Razi, Təfsir-i Kəbir, 2/283.)

   Cəmiyyət həyatında hər tip insanla qarşılaşırıq, həmsöhbətimiz bu siniflərdən hansına daxildirsə ona görə davranılmalıdır ...

حَتَّىٰ إِذَا أَتَوْا عَلَىٰ وَادِ النَّمْلِ قَالَتْ نَمْلَةٌ يَا أَيُّهَا النَّمْلُ ادْخُلُوا مَسَاكِنَكُمْ لَا يَحْطِمَنَّكُمْ سُلَيْمَانُ وَجُنُودُهُ وَهُمْ لَا يَشْعُرُونَ

"Nəhayət, onlar (Taifdəki, yaxud Şamdakı) qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa (qarışqaların padşahı) dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər!" (Nəml, 18)

     Qarışqalar fauna həvəskarları tərəfindən çox tədqiq olunmuş və bir çox qaraib (təəccüblü) izah edilmişdir. Toplu şəklində yaşadıqları hər kəsə məlum olduğu kimi qüvvələri və fəaliyyətləri da məlumdur. Əmr ilə hərəkət etdikləri və digərlərinə təbliğat apardıqları və poçtalyonları və müfəttişləri olduğu qeyd edilmişdir. (Əlmalılı Təfsiri, 5/3667). Qarışqa heyvanların içində ən kiçik heyvan olduğu halda rəhbərlərinin yaxınlığından xeyirlə nəsihət və zərərdən mühafizə olunmalarının düşündüyünü Allah`ın Quranda bizə bəyan etməsi insanları ibrətə dəvət və insan oğlunu xeyir yola sövq etmənin lazım olduğuna və xeyirə çağırmayan və xeyirli nəsihəti olmayan insanların qarışqadan daha aşağı olduqlarına işarə üçündür. Bu halda bütün insanlara lazım olan; yaxınlarını (idarə və himayəsi, məsuliyyəti altında olanları) xeyirə şövqlə zərərdən qorumaqdır. Bundan görə də, ailə rəhbəri ailəsinə, qəsəbə rəhbəri qəsəbə əhalisinə, şəhər rəhbəri də kənd əhalisini nəsihət və xeyirə dəvət etməklə mükəlləfdirlər. (M. Vehbi, Xulasatul-Bəyan, 10/3991)

    Qarışqalar da bir-birlərinə sahib çıxıb, gələ biləcək təhlükələrə qarşı xəbərdar edərkən, zərərvericiləri qorumağa çalışarkən, yaradılmışların ən şərəflisi olan insanın insanlara zərərli olması, bir-birlərinə köməkçi olmaması, şərlilərdən qorumaması və yaxşılıqlara sövq etməməsi düşünülə bilərmi?



11-05-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz