Ana səhifə

Dinin təməl ünsürləri nələrdir izah edərsiniz?


YazdırSend to friend

Şəri dəlillərin əsası Allahın kitabı ilə Peyğəmbərin sünnəsidir. Dinimizin başlıca hökmləri bu iki qaynaqdan alınmışdır. Peyğəmbərimiz zamanında şəri hökmlər şəxsən Peyğəmbərimizdən alınar, öyrənilərdi. Dinin təməl ünsürləri olan ayələr endikdən sonra bu ayələr şəxsən Peyğəmbər Əfəndimiz tərəfindən izah edilərdi. Rəsulullah Əfəndimizin (s.ə.s.) etdiyi bu izahlardan və içtihatlardan şəri dəlillərin ikincisi olan sünnə təşəkkül etdi. Peyğəmbərimizin axirətə təşrifindən sonra meydana gələn yeni hədislərdən ötəri icma və müqayisə kimi iki dəlilə daha ehtiyac söz mövzusu oldu. Bəli zamanın yenilənməsi ilə hadisələrin işıqlanması bu ehtiyacı zəruri etdi. Necə ki bir hökm əgər Kitabda açıqca mövcud isə onunla əməl olunar. Kitabda yoxsa sünnəyə müraciət edilər. Orada da olmazsa icma və müqayisəyə müraciət edilər.

 

1-) Qurani Kərim:

 

Dinin təməl ünsürünün birincisi, Qurandır. Qurani Kərim bütün bəşəriyyətin rəhbəri olan İlahi bir kitab və əbədi hidayət qaynağıdır. İnsanın əbədi səadət və salamatlığı bu qutsi kitabın hökmlərinə, əmr və tövsiyələrinə uyğun gəlməklə mümkündür. Çünki İslam dini, Quran ilə kamal tapmışdır. İslam şəriətinin əsası və təməli Odur. Dinə aid prinsiplər Onda xülasə halında iştirak etmişdir. Zaman və məkanın dəyişməsiylə Ondakı hökmlər dəyişməz. Əzəldən gəldiyi kimi əbədə gedəcək.

 

 

2-) Sünnə:

 

İslam dininin Qurani Kərimdən sonra ən böyük təməli hədislər və sünnədir. Sünnə qüvvətini Qurandan alar və Onun birinci təfsiridir. Müçtəhitlər Qurandan hökm çıxardıqları kimi hədislərdən də Şəri hökmləri çıxarmışlar. Buna görə İslam dininin Qurandan sonra ən böyük əsas qaynağı Sünnədir.

 

  

Demək ki, Quran da hədis də vəhyin səmərəsidir. Ancaq Quran vəhyin ən yüksək mərtəbəsində gəlmişdir. Çünki Quranın həm ləfzi, həm mənası Allahdan olduğu üçün Quran birinci dərəcədə isə də Quranı anlama və həyata tətbiq nöqtəsində hədis və sünnə ön plana çıxmaqdadır. Çünki Quranın gətirdiyi öz halındakı həqiqətləri anlamaq ancaq sünnə ilə mümkündür. Bu səbəblə hədis və sünnənin gətirdiyi hökmlərə də sıx sarılmaq və fərdi və ictimai həyata tətbiq etmək zəruridir. Çünki sünnə, kitabın təfsir və bəyanıdır.



19-11-2009 12:00:00