Ana səhifə

Dövlət adına çalışıram, deyərək, insanlara zərər vermək günahdır? “Qurdlar Vadisi”ndəki Polad kimi dövlətə çalışmaq günahdır?


YazdırSend to friend

İslamın ədalət anlayışı, mühakimə olunduqdan sonra ölüm cəzasına layiq olmuş bir cinayəti təsbit edilən kimsədən başqa heç bir surətdə insanların öldürülməsinə/cəzalandırılmasına icazə verməz.

 

Heç bir günahkar başqasının günah yükünü daşımaz.

 

məalindəki ayədə İslamın ədalət fəlsəfəsi ifadə edilmişdir.

Bundan aydın olur ki, İslama görə haqq haqdır, kiçiyinə, böyüyünə baxılmaz. Bir tək fərdin haqqı-hüququ, bütün insanların haqq-hüququna fəda edilməz. İnsanların fədakarlıq etmələri ayrı bir məqamdır.

Rəsmi mühakimə tərəfindən mühakimə olunmadan “dövlətin ali mənfəəti” maskası altında edam edənlər, qətiliklə zülm etmiş və cinayət törətmiş olarlar. Axirətdə hesabları çox çətin olacaq.



04-05-2011 12:00:00