Ana səhifə

Doğru iman


YazdırSend to friend

İman Allah tərəfindən Muhamməd sallallahu aleyhi və səlləmə endirilən hər şeyi təsdiq etməkdir. Yəni iman Qur`anı təsdiq etməkdir. Burada “təhqiqi” və “təqlidi” iman yəni düşünərək iman etmək və başqasının təsiri ilə inanmaq arasındakı fərqi izah etməyə çalışacam. “Təhqiqi” və “təqlidi” iman bir-birindən fərqlənir.

Mövzunu bir tanışımın həyatından nümunə verərək izah etməyə çalışacam. Həmin tanışım deyir ki, “kiçik yaşlarımda bir neçə qohumumun ölümünə şahid olmuşdum. Ölüm haqqında düşünürdüm. Fikirləşirdim ki, görəsən insanlar niyə ölür? Bu haqda düşündükcə həyat mənə çox darıxdırıcı və mənasız gəlirdi. Madam ölümlə həyat sona çatacaq, onda yaşamağın nə mənası var? Niyə insan bu qədər əziyyət çəkməlidir? Axı həyat çətinliklərlə doludur. Varlı insanlar belə nədənsə korluq çəkir. “Heç bir problemim yoxdur, hər şey qaydasındadır”, deyə düşünərkən birdən başlayan baş və ya diş ağrısı bütün əhvalımızı pozur. Çünki bu dünyada tam rahat həyat yaşamaq mümkün deyil. Madam ki, ölüm insanın bütün çətinliklərinə son qoyacaq, onda ölümü tezləşdirmək lazımdır.”

Həqiqətən də #axirət_inancı olmayan insan asanlıqla həyatdan bezər və intihara meyl edər. #Düşünən insanın qarşısında iki yol var: İnsan ya birinci yola yönəlməli – Rəbbini tanımalı, Onun istədiyi kimi yaşamalı, yaradılış qayəsini anlamalı, həqiqi xoşbəxtliyə sadəcə bu dünyada yox axirətdə nail olacağını bilməli, ya da bütün bunlardan bixəbər məqsədsiz, nizamsız halal-haram düşünmədən, “həyatdan daha çox necə zövq ala bilərəm” düşüncəsi ilə yaşamalıdır. İnsana məqsədsiz, üzərində düşünülmədən, axirəti fikirləşmədən yaşanılan həyat mənasız gəldiyinə görə, asanlıqla intihara yönələ bilər. Statistikaya nəzər saldıqda bunun şahidi oluruq. Avropada intiharlar 15 il əvvəlki göstəricilərə görə iki dəfə artıb. Aparılan araşdırmalar daha çox gənclərin intihara meyl etdiyini göstərir. Həmin gənclərin çoxu isə içki və narkotik aludəliyindən əziyyət çəkir. Üstəlik ailə problemləri var və tək yaşayırlar. Bununla yanaşı araşdırmalar göstərir ki, son dövrlər Avropada gənclərin bir çoxu İslamı qəbul etmişdir. Bütün bunlar dediklərimizi təsdiq edir.

Qayıdaq söhbətimizə. Həmin tanışım söhbətinə belə davam edir: “Həyatın mənasız olduğunu düşündüyüm bu vaxtlarda ölümlə hər şeyin bitmədiyini, öldükdən sonra həqiqi axirət həyatının başladığını, ölümün əslində son deyil, başlanğıc olduğunu öyrəndim. Buna heç bir əqli və nəqli dəlil olmadan inanırdım. Axirətə iman düşünən insanın fitrətinin tələbidir. Təbii ki, əgər fitrəti pozulmayıbsa. Elə bu düşüncələrlə Quranla tanış oldum. Quranı oxudum və #anlayaraq iman etdim.” Bu hadisə də göstərir ki, insan düşünərək iman edə bilər.

İslamı bu cür düşünərək qəbul edən insan həyatını inandığı kimi yaşamağa çalışar. Başqa bir nümunəyə nəzər salaq.

Həqiqəti tapmaq məqsədi ilə səyyah kimi yollara düşən braziliyalı psixoloq Əhməd Qarsia .əvvəlcə qütblərə getmişdir. İki il yarım Cənub Qütbündə bir bölgədə yaşamış, sonra Amazon meşələrinə üz tutmuşdur. Bir müddət buradakı yerlilər arasında qalmışdır. Müsəlman olana qədər onun başına bir çox hadisə gəlmişdir. Qarsianın İslamı qəbul etməsində ən böyük səbəb Qur`an olmuşdur. O, Quran oxumağa başlayandan sonra necə təsirləndiyini belə ifadə edir:

“Həmd aləmlərin Rəbbi Allah üçündür” ayəsi mənim bütün həyatımı dəyişdirdi. Bir çox insan özünə, “haradan gəlirəm, kiməm, haraya gedirəm?” kimi suallar soruşur və bu sualların cavablarını axtarır. Mənim üçün əsas sual isə, “Yaradan #kimdir?” sualı idi. Bu aləmi yaradan, hər şeyi idarə edən bir yaradıcı olmalıdır. Ancaq bu yaradıcı kimdir? “Həmd aləmlərin Rəbbi olan Allah üçündür” ayəsini oxuyanda öz-özümə düşündüm ki, aləmlərin Rəbbi olan Allah mənim #axtardığım yaradandır. “Bu kitabın əvvəli bu qədər təsirlidirsə, görəsən davamı necədir”, − deyə düşünərək Quranı oxumağa davam etdim. Bəzi ayələrdən o qədər çox təsirlənirdim ki, özümü saxlaya bilməyib ağlayırdım və Allahın mərhəmətini hiss edirdim. Həqiqətən insan bütün #xəbərdarlıqlara rəğmən keçmişində günah işləyir. Mənim də günahlarım az deyildi. Ancaq Yaradanın insana mərhəməti genişdir. Beləcə müsəlman olmağa qərar verdim...

İslam həqiqətən çox gözəl dindir. Bu din bütün gücünü Allahın ayələrindən və dünyada yaşamış ən mükəmməl insan − Hz.Muhamməddən sallallahu aleyhi və səlləm alır. İslam bütün həyatımızı əhatə edir və bizdən bir tərcih etməyimizi istəyir. Mən artıq sinifdə başqa, işdə başqa, dostuqda başqa insan deyiləm. Allah və Rəsulu məndən necə insan olmağımı istəyirsə, elə olmağa çalışan bir müsəlmanam...”

______________
Ömər Mənsuroğlunun "Daxili Mühasəbə" kitabından

Müəllif: 


25-03-2018 04:13:04