Ana səhifə

Doğru məlumat haqqında Qəzali və Bədiüzzamanın düşüncələri nələrdir?


YazdırSend to friend

İmam Qəzali və İmam Bədiüzzaman`ın bu mövzudakı fikirləri digər İslam alimlərinin böyük əksəriyyətinin fikirlərinə uyğundur. Bu mövzuda, məlumatın təməl ünsürləri olan və bu məlumatın bizə çatmasını təmin edən "doğru məlumatın" yollarının təsbiti əhəmiyyət kəsb edir. Doğru və qəti məlumat yolları üçdür:

a) Havass-ı səlimə deyilən sağlam duyğu orqanlarıyla idrak edilən məlumat. Gözlə gördüyümüz bir ağac, qulağımızla eşitdiyimiz bir səs buna nümunə ola bilər.

b) Ağıl-ı səlim deyilən təchizatlı bir infrastruktura sahib fikir və düşüncə sistemiylə qəbul edilən məlumat. Ağılı-səlim, vəhyin işığında tərbiyə görmüş, elmlə və irfanla təchiz olunmş, obyektiv bir perspektiv qazanmış bir düşüncə sisteminin adıdır.

c) Xəbər-i sadiq deyilən yalan olma ehtimalı olmayan bir qaynaqdan gələn məlumatdır.

Bu sadiq xəbərlərin başında Allah`ın endirdiyi vəhylər və mütəvatir hədislər gəlir.

Bu üç məlumat əldə etmə yolu, alimlərin ittifaqıyla doğru məlumatın təsbit yollarıdır.

Bununla yanaşı alimlər arasında mübahisəli da olsa, doğru məlumatın iki yolu daha vardır. Bunlardan biri, ilham, digəri isə, qəlbə birdən gələn və fikirin sürət-i intiqalindən (qavrama sürəti) ibarət olan hədsiz-i sadiqdir. Bu ilham növündən bir hissdir.



03-08-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz