Ana səhifə

DUA


YazdırSend to friend

“Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul edən kimdir?”
 (ən-Nəml, 62)

De ki: "Əgər duanız olmasa, Rəbbim sizə nə deyə əhəmiyyət versin"? 
(Furqan, 77)

"Qullarım Məni səndən soruşduqda, şübhə yox ki mən (onlara) çox yaxınam. Mənə dua etdiyi zaman dua edənin duasına cavab verərəm. Elə isə (onlar da) mənim (razılığım) üçün (dəvətimi) qəbul etsinlər və mənə iman etsinlər. Bununla da haqq yolu tapsınlar."
(Bəqərə, 186)

Dua Ərəbcə bir kəlmə olub çağırmaq, birinə mesaj vermək, onunla əlaqə qurmaq mənalarına gəlir. Qulun Allaha yalvarması, halını Ona ərz etməsi, içini tökməsi, ehtiyaclarını dilə gətirməsi deməkdir.

Fars dilində "təzim üçün əyilmək, qulluq, ibadət" mənasına gələn namaz, lüğətdə "dua etmək, ibadət etmək, bağışlanma diləmək, yalvarmaq" mənalarındakı Ərəbcə salat sözünün (cəmi salavat) qarşılığı olaraq dilimizə keçmişdir. Həmçinin, faatihasız namazın olmadığını bilirik və fatiha da ən önəmli duadır.Demək, namaz əslində duadır. İnsan isə ibadət etmək, yəni Allahı anmaq, dua etmək, acizliyini anlayıb Onda istəmək üçün yaradılmışdır. 

Demək, dua bir ibadətdir. İbadətlərin səmərəsi isə axirətdə olacaq. Dünyəvi məqsədlər isə, o növ dua və ibadətlərin vaxtlarıdır. O, məqsədlər, duanın qayələri deyildir. Məsələn: Yağmur namazı və duası bir ibadətdir. Yağmursuzluq, o ibadətin vaxtıdır. Yoxsa ki, o ibadət və dua, yağışı gətirmək üçün deyildir. Əgər sadəcə o niyyət ilə olarsa; O dua, o ibadət xalis olmadığından qəbula layiq olmaz. Çünki, ibadət qarşılığında heç bir dünyəvi məqsəd gözlənilməməlidir.
Necə ki, günəşin qrupu, axşam namazının vaxtıdır. Həm Günəşin və Ayın tutulması, küsuf və husuf namazları deyilən iki məxsusi ibadətin vaxtlarıdır. Yəni gecə və gündüzün nurani ayələrinin pərdələnməsiylə bir İlahi əzəməti ortaya çıxdığından, Allah Təala qullarını o vaxtda bir növ ibadətə dəvət edir. Yoxsa o namaz, (açılması və nə qədər davam etməsi, münəccim hesabı ilə müəyyən olan) Ay və Günəşin husuf və küsuflarının inkişafları üçün deyildir. 
Eyniylə onun kimi; Yağmursuzluq da, yağış namazının vaxtıdır. Və bəlaların istilası və ziyanlı şeylərin ortaya çıxması, bəzi duaların məxsusi vaxtlarıdır ki; İnsan o vaxtlarda acizliyini anlayar, dua ilə niyaz ilə mütləq Qədr olanın dərgahına pənah aparar. Əgər dua çox edildiyi halda bəlalar dəf olunmazsa deyilməyəcək ki: "Dua qəbul olmadı". Bəlkə deyiləcək ki: "Duanın vaxtı, qəza olmadı".

İnsanlar təəssüf ki duanı bir ibadət kimi deyil, bir alış-veriş vasitəsi kimi qiymətləndirlər. Halı ilə "mən dua edirəmsə O da verməklə mükəlləf" kimi bir gözlənti ortaya çıxır. Halbuki dualar insanın acizliyini və fəqirliyini anlayıb, aciz və fəqir olmayan Allaha pənah aparması və onu o ehtiyaclar ilə tanıması və ona sığınması üçündür. Yəni bizim dua etməyimizə səbəb olan şeylər dua ibadətinin xəbərçisi və vaxtının gəldiyini bildirən ipucları mahiyyətindədir.

Məsələn, xəstəlik gəldi isə, duanın zamanı gəldi deməkdir, xəstəlik getdi isə xəstəliyə məxsus olan ibadət və ya duanın vaxtının də bitdiyi mənasına gəlir. Eynilə axşam vaxtının axşam namazının qılınmasına bir işarə olması kimi.

Duanı dünyaya aid mənfəət və faydalara çatmağa bir vasitə və vəsilə olaraq görməməliyik.

Bir halda ki, Allah Təala Hakimdir, yəni hər şeyi hikmətlə edər. Biz Ondan istəyərik, O da bizə cavab verər. Amma hikmətinə görə bizimlə rəftar edər. Xəstə, həkimin hikmətini ittiham etməməlidir. Xəstə bal istəyər, mütəxəssis həkim, qızdırması üçün sulfato verər. "Həkim məni dinləmədi" deyilməz. Əksinə ah-naləni dinlədi, eşitdi, cavab da verdi, istədiyin şeyin yaxşısını yerinə yetirdi".

Müəllif: 


19-05-2019 02:54:41