Ana səhifə

Duaların qəbul olması üçün nə etmək lazımdır, dua bir növ ibadətdirmi?


YazdırSend to friend

Dua bir ubudiyətdir(qul olduğunu bilib Allah`a itaət etmək). Bizim dualardakı əsas prinsipimiz ibadət qəsdi və məqsədi hakim olmalıdır. Yoxsa duanı sırf qəbul edilməsi gərəkən və ehtiyac ərizəsi olaraq görmək yalnışdır.

Bəzən bir şey üçün dua edilər. Lakin istədiyimiz bu şey, zahirən qəbul edilməz. Buna baxmayaraq biz duanı tərk etməməliyik. Əgər istədiyimiz şey əldə edilsə və Cənâb-ı Haqq duamızı qəbul etsə nur üstünə nur. Amma zahirən qəbul edilməsə belə biz "duam qəbul olmadı" deməyəcəyik. Əksinə "Allah bu duamı âxirətim üçün və ya dünyada daha yaxşı bir şəkildə qəbul etdi" deyilər.

Həqiqətən bu dua boşa getmədi, ibadət olması səbəbindən âxirətdə mükafatını görəcəyəm deyə duasını tərk etmək deyil, əksinə daha çox dua etməyə səy və şövq daşımalıyıq.

Cənâb-ı Haqq Qur`an-i Kərimdə "mənə dua edin sizə cavab verim" ( mömin, 60) buyurmaqdadır. Bəziləri bu ayət-i kəriməni önə sürərək belə deməkdədirlər: madam Allah "mənə dua edin məndə qəbul edim" demişdir. Nə üçün çox dua etdiyimiz hâlda bəziləri qəbul edilmir. Bu barədə alimlərimiz ittifaqla bu ayədə Allah "cavab verərəm" deməkdədir, "Qəbul edərəm" deməməkdədir. Necə ki, sən bir həkimə getsən və desən " ey həkim mənə bu dərmanı ver" əlbəttə həkim sənə cavab verər və "buyurun" deyər. Lakin istədiyin şey ya hikmətsiz, ya faydasız və ya sənə zərərli bir dərman isə, onu deyil də daha gözəlini sənə verər.

Eynilə  O’nun kimi, mütləq hikmət sahibi Cənâb-ı Haqq " bizə və dualarımıza cavab verər. Amma qəbul etmək,hikmətinə tabe olduğundan bəzən istənilən şeyin eynisi bəzən də daha gözəlini bəzən də zərərli olduğunu bildiyi üçün heç verməz.

Bu qısa açıqlamadan sonra duaların qəbul şərtlərinə keçək. Əvvəla dua qəbul çərçivəsi daxilində olacaq. Sonra səmimi və günahsız bir ağızla olacaq. Mümkünsə dəstəmazlıhâlal loxma alınmaq surətiylə bərəkətlənəcək. Mübarək yerlərdə xüsusilə cami və məscidlərdə, mübarək zamanlarda xüsusilə ramazan ayı və qədr gecəsi, berat gecəsi kimi mübarək gecələrdə, namazlardan sonra xüsusilə səhər namazından sonra dua edilməsi qəbula yaxın olması hikmət-i ilahiyyə və Rahîmət-i ilahiyyəcə istəniləndir.Bu şərtlərdən uzaqlaşıldığı təqdirdə də duanın təsiri azalacaq.

Dua bir ibadətdirmi? 

Âləmlərin Rabbi, səmâ âləmini də ərz âləmini də insana görə və insan üçün tərbiyə etmişdi. İns və cinnə haqq yolu, doğru yolu, özünə çatan yolu göstərmək üzrə endirdiyi Qur`an-i Kərimi də "aləmlərin Rabbi olan Allah`a həmd" ilə başlayırdı. Fatihə Surəsində Cənâb-ı Haqq, Rahman və Rahîm olduğunu qullarına xəbər verir və din gününün yeganə mâliki olduğunu bildirdikdən sonra, sanki sözü insana buraxır, o da "biz yalnız sənə ibadət edər və səndən kömək diləyərik" deməklə aləmlərin tərbiyəsindəki gerçək məqsədin ibadət olduğunu, yalvarma, mədət diləmə olduğunu beləcə elan etmiş olurdu. Və surənin bundan sonrakı qisimi duaya ayrılırdı...

Məlumdur ki , insanın dünya həyatı iki əsas üzrə davam edir: Mənfəəti cəlp, zərərləri dəf. Mənəvî həyat da elədi; onun da fayda və zərər bölgələri var.Onun da dostları və düşmənləri mövcud. O da səhhət tapa bilir və yara ala bilir. O da bəslənir, böyüyür; xəstələnir və ölür...

Məhz bu iki əsası yəni mənfəət cəlbi və zərər dəf`i məsələsini surənin son qisimində ecazkar bir şəkildə görürük.

Bizi sırat-ı müstakimə (doğru yol), yəni "peyğəmbərlərin, sıddıkların, şüheda və Salehlərin yoluna" hidayət et, deməklə ruhumuzun ən böyük ehtiyacını dua ilə dilə gətirmiş oluruq. Və sanki bu xoşbəxt günün parıltıları üfüqdə görünmüşdə ,itmə təhlükəsi meydana çıxmış kimi, yenidən Rabbimizə sığınırıq: "Bu istiqamət ərlərindən ayrılaraq qəzəbinə uğrayanların yoluna deyil..."

İnsanın yaradılışında ibadət vardır, sığınma vardır, dua vardır... Və insan bu böyük şərəfə asanca çata bilməsi üçün son dərəcə kasıb və zəyif yaradılmışdır.

"Əsl mahiyyətin qüsur, naks, fakr, âcizlikdən yoğurulmuşdur ki; zülmət, qaranlığın dərəcəsi nisbətində nurun parlaqlığını göstərdiyi kimi, zıddiyyət etibarilə sən,  onlarla Fâtır-ı Zülcelâlin kamâl, camâl, qüdrət və rəhmətinə âyinədarlıq edirsən."  Risale-i Nur/Sözlər

İnsan zəyifdir. Nurların Müəllifi Bediüzzaman həzrətlərinin şirin bəyanıyla, göz ilə görülməyən və çox vaxt böyüdüldükdən sonra ancaq görülə bilən bir mikrob, onu yerə sərər öldürər.

İnsan âcizdir. Heç bir ehtiyacını öz başına görə biləcək gücdə deyil. Tərəvəz üçün torpağa, meyvə üçün ağaca möhtac. Və ikisini də etməkdən âciz. Günəşin doğulmasına da möhtac, batmasına da. İkisi də  onun qüdrəti xaricində. Qanının təmizlənməsinə də möhtac, hüceyrələrinin dəyişməsinə də. Bunlar da  onun gücü və qüvvətiylə icra edilmirlər.

Və insan sonsuz fəqir. Heç bir şey  onun öz mülkü və malı deyil. Gözündən qulağına, dişindən dırnağına qədər hər şeyi əmanət. Məhz insan mahiyyətinin, zəiflik, Âcizlik və fəqirlikdən yoğurulmasındakı hikmət, İlâhî isimlərə ən parlaq bir âyinə  ola bilməsidır.

Göz günəşə möhtac və  onu gətirməkdən də âciz. İşdə bu kiçik yağ parçasının hâl diliylə etdiyi duanı Allah qəbul edir və  onun imdadına nəhəng günəşi göndərir. Biz də cənnətə möhtacıq, əbədiyyətə möhtacıq, razılığa möhtacıq.. Və bunlar bizim cüz`i iqtidarımızla və sönük ibadətlərimizlə qazanılacaq kimi deyil...

Namaz, oruc və sair ibadətlərin hər biri birər dua... Gözü günəşə qovuşduran Allah, bizi də cənnətə qovuşdurmağa qadir. Yetər ki, duamız qəbul olsun...

Heç bir şeyə gücü çatmayan və hər şeyə möhtac olan insan, necə dua qapısını döyürsə, eyni şəkildə, dəf etməsindən âciz qaldığı həddsiz düşmənlərinə qarşı da yardım istemeyə baş vurur, Rabbinə sığınır, O’ndan mədət diləyir.

Rabb-ül-aləminə həmd ilə başlayan Qur’an surələri, "Rabbülfələq (sübhün Rabbi)" və "Rabbünnâs (insanların Rabbi)" olan Allaha sığınmaqla sona çatar... Uçan bir ağcaqanadı tutmaq istəsəniz, sizin şərinizdən qaçar və otağın gizli bir küncünə sığınar. Amma, o ağcaqanada içində uçuşduğu hava ünsürü düşmən olsa artıq hara qaçacaq? Edəcəyi tək şey qalmışdır: O ünsürün Xâliqinə sığınmaq.

Bizim də bütün məxluqatın şərindən, şeytana qana bilən nəfsimizin və digər insanların şərindən Rabbülfələq və Rabbünnas olan Allaha sığınmamız lazımdır bunun kimi...

Risale-i Nur Külliyatından Məktûbat’da şirin və təfsilatlı bir dua bəhsi vardır. Oradan bir həqiqət dərsi: “Həm dua bir ubudiyətdir. Ubudiyət isə səməratı uxrəviyədir (axirət sərmayəsi). Dünyəvî məqsədlər isə o nev’i dua və ibadətin vaxtlarıdır.”

İmam-ı Rabbaninin Məktubatında da, "İbadət, təzəllül və inkisardan ibarətdir" buyurular. Bunun kimi insanın öz âcizliyini, zillətini ən kâmil mənada hiss etdiyi və qəlbi buruk olaraq Rabbinə mütəvəccih (yönəlmiş) olduğu gözəl anlarından biri də dua vaxtıdır.

İnsan dua edərkən, A’raf Sûresində keçən "Rabbinizə yalvara yalvara, için-için dua edin." əmrinə tabe olar.  O’na sığınar,  O’ndan istəyər,  O’nun məğfirətini tələb edər. Məhz bu hâl bir ibadətdir və meyvəsini âxirətdə verəcəkdir. Bir də istənilən şeylərin dünyada yerinə yetirilməsi məsələsi var. İbadət  onlar üçün edilməz,  onlar ancaq ibadətə bir vəsilədır. Və o ehtiyac anları bir dua vaxtı. İnsan o vaxtlarda məzlumluğunu, âcizliyini daha yaxşı anlayar və bunları yerinə yetirməyə ancaq Rabb-ül- âleminin qâdir olduğunun idrakı içində əllərini  O’nun dərgahına açar,  O’na yalvarar.

İstəmənin ən irəli, ən ülvî dərəcəsi, O’ndan yenə  O’nu istəmək... Razılığını diləmək. Yaxınlığına talib olmaq.  O’na imanda,  O’nu sevmədə və  O’ndan qorxmada kamâla ərməyi istəmək. "Qəlblər ancaq  O’nun zikriylə mutmain olar" nasındakı ayənin verdiyi dərin mesaja qulaq asaraq,  O’ndan  O’nu anmağı diləmək. Bizə bizdən daha yaxın olduğunun şüuru içində,  O’nun yaxınlığını qəlbimizdə duymağı və beləcə O'nunla olmağı istəmək.

Nəfs, duada belə araya girər. Və O`nun hüzurunda O`na yalvaran qulu, bir baxıma O`ndan qəflətə salar. Və O`nu istəmək yerinə, dünya nemətləriylə oyalanmağı qəlbə təlqin edər.

________________________

Fâtır-ı Zülcelâl- Sonsuz böyüklük sahibi və bənzəri olmayan şeyləri yaradan Allah 
** mutmain -içi rahat, könül rahatlığı, şübhəsi qalmamış, əmin,doymuş,qane edilmiş.



29-03-2014 12:00:00