Ana səhifə

Dünyada hər şeyin mərhələ mərhələ yaradılmasının hikməti nədir?


YazdırSend to friend

Səma və yer altı dövrədə, mərhələ mərhələ yaradılmışdır. Və sonunda bu gördüyümüz möcüzələr möcüzəsi kainat çıxmış ortaya.

 

Onun yaradılışındakı bu hikmət təcəllisi ondakı hadisələrdə də özünü göstərmişdir. Gecə birdən örtməmiş dünyanı; gündüz də birdən gəlməmiş. Gecədən səhər vaxtına keçilmiş və onu günəşin doğuşu izləmiş. Daha sonra günəşin yenə yavaş yavaş yüksəlməsiylə günorta vaxtına çatılmış, onu da o bərəkətli ikindi vaxtı izləmiş və sonunda məğrib.

 

Gündüz birdən gəlsə, gecə birdən batsaydı nə səhərdən söz edə bilərdik, nə günortadan, nə ikindidən.

 

Bu hikmətli yaradılış, bitkilər aləmində də hökm sürmüş. Toxumda İlahi bir sənət və hikmət gizlidir. Böyük ağacın bütün proqramı o kiçik aləmdə qədər qələmiylə çəkilmiş. Ondakı, genetik şifrə elm adamlarını heyrətlər içində buraxan bir mükəmməllikdə və yenə onları çarəsiz edəcək qədər dərin sirlərlə doludur.

 

Hər mərhələsi elm və hikmətlə icra edilən bu ağla sığmaz fəaliyyətlər, dünyanı dəyişik tablolarla doldurar və fikir əhlini bu İlahi sənətlərə heyran buraxar.

 

Dünyada hikmət, axirətdə isə qüdrət hakimdir. Dünya qüdrət aləmi olsaydı, bu möhtəşəm kainat altı gün, yəni altı dövrə yerinə bir anda yaradılacaqdı. Ondakı ağaclar da bir anda bitəcək və son şəkliylə boy göstərəcəkdilər. O zaman yuxarıda sıraladığımız İlahi sənət əsərləri də bədən tapmayacaqdılar.

 

Toxumlar aləmi, yoxluqda qalacaq, açılmaları, böyümələri, cücərmələri  reallaşmayacaqdı.

 

 

Cücərtilər olmayınca körpələr də, quzular da, buzovlar da olmayacaqdı. Minlərlə sənət birə enəcək, yüzlərlə gözəllik ortadan itəcəkdi.

 

Tərbiyə və tədbir hərəkətlərinin təcəlliləri görülməyəcək, yalnız icad hərəkətlərinin məhsulları, aləmdə boy göstərəcəkdi.

 

İlahi hikmət buna icazə vermədi və kainatı bir anda yaratmaq yerinə altı dövrədə düzəltməyi təqdir etdi.



14-02-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz