Ana səhifə

Elim va Oruc


YazdırSend to friend

     

Adı: Yoshinori Ohsumi.

   Otofajoni; yəni insan orqanizminin ac qaldığı zaman zəif və xəstə hüceyrələrin içindəki gərəksiz hissəcikləri yox etmə proqramını kəşf etdi.

   Genlərdəki mutasiyalar xəstəliklərə səbəb olduğu halda, ac qalma prosesinin xərçəng və nevroloji xəstəliklər kimi bəzi hallarda sağalmalara səbəb olduğu gerçəyini və sağlamlığa töhfələrini sübut etdi.

    39-cu Nobel Tibb mükafatını aldı.

   Oşumi "Üç günlük orucdan sonra bədənin immunitet sistemi yeni ağ qan hüceyrələrinin formalaşmasını tətikləyir, bədən immunitet sistemini tamamilə yeniləyir. Bu mövzuda müsəlmanların orucu sanki bir yenilənmə proqramı olaraq qarşımıza çıxır.

   Hüceyrələr bizə bənzəməsələr belə bəzi hallarda eynilə insanlar kimi hərəkət edirlər. Tullantılarını xüsusi torbalara doldururlar (otofagozomlar), və konteynerlərə yığırlar (lizozomlar). Ən çirkli olanları yox edib həzm edirlər, bəziləri də yenidən çevrilərək enerji istehsalında istifadə edilir. Beləcə erkən yaşlanmanın önü alınır.

   Otofaji, bədən stress altında olarkən, oruc tutarkən ya da aclıq zamanı çox işləyir. Hüceyrə, enerji istehsalını öz daxili imkanlarını istifadə edərək yerinə yetirməyə çalışır və təbii ki ilk olaraq tullantılarını və patogen bakteriyaları həzm edərək təmizliyə başlayır.

   Otofaji prosesində müəyyən bir davamlılıq olmasa, parkinson xəstəliyi, diabet və xərçəng xəstəliyi qaçınılmaz ola bilir. İldə bir ay qədər bir müddət ara vermədən aç qalmağın xariqüladə bir proqram olduğunu söyləyə bilərəm. İslamın, Xəstəliklərin təhlükəsini avtomatik olaraq aradan qaldıran bir sağlamlıq proqramı var.

   Qeyd: peyğəmbərimizin "Oruc tut sağlam ol" sözlərinin elm ilə üst-üsdə gəlməsinə çaşmırıq. Və bizlər orucumuzu sağlamlığa olan qatqıları üçün deyil, Rəbbimiz əmr etdiyi üçün tutmağa davam edəcəyik. Bizi sağlam və xoşbəxt qalmağa məcbur edənə Həmd ilə.

Nobel prize winner affirms health benefits of fasting

 
Müəllif: 


04-06-2017 08:05:33