Ana səhifə

EŞ-ŞƏKÛR


YazdırSend to friend

"Özünə edilən şükrə, çox savabla qarşılıq verən."

 

"Cuzi ibadətlərə qarşı böyük mükafatlar, yüksək dərəcələr və çox savablar verən."

 

Əgər Allaha (Allah yolunda) gözəl (könül xoşluğu ilə) bir borc versəniz, (Allah) sizin üçün onun əvəzini qat-qat artırar və sizi bağışlayar. Allah qədirbiləndir, həlimdir! (Təğabun Surəsi,17)

 

Bir ayədə:

 

(Ey camaatım!) Yadınızı salın ki, o zaman Rəbiniz bunu bildirmişdi: “Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!” (İbrahim Surəsi, 14/7)

 

Şükr etmək Allahın sonsuz nemət və gözəlliklərinin qiymətini bilmək deməkdir və küfrün ziddidir.

 

Cənabı Haqq, mömin qullarına qat qat mükafat verəcəyini bu ayəsində müjdə verir.

 

Nur Külliyyatında, "Bəşəriyyətin fitrətində camala qarşı bir məhəbbət və kamala qarşı ibadət etmək və lütfkarlığa qarşı sevmək vardır." buyurularaq, şükr etmənin insanın yaradılışında mövcuddur.

 

 

Şəkur adının Cənnətdəki təcəllisi belə möhtəşəm, belə möcüzə və belə əzm olacaq.

 

Qula yaraşan, fürsəti çox yaxşı qiymətləndirib bu qısa dünya həyatını şükr və ibadətlə keçirmək, beləcə əbədi səadətə hazır olmaqdır.

 

Bu addan nəsibini alan bir qul, insanlardan gördüyü yaxşılıqlara qarşı da təşəkkürlə qarşılıq verər. Nankorluqdan və neməti kiçik hesab etməkdən çəkinər.

 

Necə ki, Allah Elçisi (s.ə.s.) "İnsanlara təşəkkür etməyən, Allaha şükr etməz." buyurmuşdur.



09-11-2009 12:00:00