Ana səhifə

Etdiyimiz günahlara görə Allahın bizə olan sevgisi azalırmı?


YazdırSend to friend

 

“Allah bizi sevir, sevməsə, bizi yaradaraq bu qədər neməti bizə verməzdi.” fikri çox yerindədir.

Hər günah Allaha qarşı bir üsyandır, hörmətsizlikdir. Allahın hörmətsizliyi sevməsi, hörmət göstərməyən insanı sevməsi mümkündürmü?

Ancaq imtahana çəkilən insan günah iş görəcək donanımlara da sahib olması imtahan sirrinin bir gərəyidir. Buna görə Allah kiimin hansı şərtlər altında, nə üçün günah etdiyini nəzərə alır. Məsələn, nəfsinə və şeytana aldanan Hz. Adəm (ə.s.)-ın işlədiyi günah ilə qürurundan və bilərək Allaha üsyan edən şeytanın vəziyyəti eyni deyil. Birinə tövbə qapısı açılmış, digərinə bağlanmışdır.

Quranda bir çox ayədə Allahın kimləri sevmədiyi yazılmışdır. Allah insanın özünə deyil, mənəviyyatına baxar. Əslində hamısı Onun sənətidir. Əlbəttə, sənətini sevir. Ancaq insanın iradəsinə bağlı olaraq ortaya çıxan davranışları, sevilib-sevilməməsində rol oynayır. Aşağıdakı bəzi ayələrdə sevilən və sevilməyən bəzi vasıfları görürük.

 “... Allah həddi aşanları sevməz!” (Bəqərə surəsi, 2/190)


 

“... Allah yaxşılıq edənləri sevir.” (Bəqərə surəsi, 2/195)

 

“Alla fitnə-fəsadı sevməz!” (Bəqərə surəsi, 2/205)


 

“Allah tövbə edənləri, (təmiz və) pak olanları sevər!” (Bəqərə surəsi, 2/222)

Quranda Allahın “kafirləri, zalımları, ziyankarları, israfçıları, tərbiyəsizlik edənləri, lovğalananları, xainləri, günahkarları” sevmədiyinə, “təqva sahiblərini, ağıllı davrananları, Allaha güvənərək dözənləri, təvəkkül edənləri, səbr edənləri” sevdiyinə işarə edilmişdir.

Bir ana övladının hörmətsizliklərindən bəzilərini xoş görsə də, bəzilərini bağışlamayacaq qədər incidiyi görülmüşdür. Yaxşı xüsusiyyətlərin sevilməsilə bərabər pis xüsusiyyətlərin sevilməsi heç xoş qarşılanmayan davranışdır.

 



08-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz