Ana səhifə

Evi olan bir adama evin zəkatını vermək lazım olmadığı halda, ev almaq üçün pul yığan adam niyə zəkat verməlidir? İslamın əqli və elmi istiqamətinə zidd deyil?


YazdırSend to friend

İslam dininin bəzi mövzularının -hikmətinin insanlar tərəfindən bilinmədiyi- yalnız taabbüdi olduqlarını unutmamaq lazımdır. Bu dediyiniz zəkat mövzusunun da bu “hikməti naməlumlar” arasında saymağın nə zərəri ola bilər?

Allahın varlığına və birliyinə iman etdiyimiz kimi, Onun ədalətli olduğuna da iman etməliyik. O halda, bizə görə ədalət ölçüsünə uyğun gəlməyən bəzi məqamları gördüyümüzdə, iman mədəmizi, beynimiz bulandırmadan işin, bizim ağıl və məlumatımızın xaricində olduğunu düşünməyimiz, İslamın əmr etdiyi təslimiyyətin gərəyidir.

Bu cür təfərrüatlar ayə və ya hədislərdə söhbət mövzusu olmadığı məlumdur. Bu səbəbdən, müqayisə və ictihada əsaslanaraq ortaya çıxan bəzi təfərrüatların -xüsusilə bu zamanda- yeni bir ictihada ehtiyac duyduğunu qəbul etməkdə bir qorxu olmadığını düşünürük. Bu ictihad fərdi deyil, din və iqtisadi sahələrdə mütəxəssis olan bir heyət tərəfindən təsbit edilməlidir. Sualda keçən mövzu da bu meyara tabedir.

İslamda prinsip olaraq zəkatın fərz olduğu mallar “artmağa qabiliyyətli” (mal-ı nami) olmalıdır. Çünki, artmayan mallardan zəkat verildiyi təqdirdə, bir neçə il içində mal sahibinin sərvəti tükənər və kasıb, möhtac vəziyyətə düşər. Bu prinsipə görə, nə qədər çox olursa olsun, artmayan, “axar gəlir” olmayan mallardan zəkat verilməz. Əks halda bir neçə il içərisində bu mal tamamilə əriməyə məhkum olar.

Buna müqabil, nisab miqdarına malik, arta bilən bir maldan nə qədər zəkat verilsə verilsin, bu mal varlığını davam etdirər. Bu səbəblədir ki, artma xüsusiyyəti olan nisab miqdarı puldan zəkat verildiyi halda, bu nisabın qat-qat çoxu olan, ancaq artma qabiliyyəti olmayan, dəmirbaş əşya olaraq görülən (ticarət malı olmayan) ev, torpaq, avtomobillərdən zəkat verilməz. Bu prinsip çox doğru və ədalətli bir prinsipdir. Lakin təfərrüatlarda bəzi ziddiyyət kimi görünən şeylər ola bilər.

Ancaq bunu da unutmamaq lazımdır ki, hər mövzuda mütləq ədalətin - ədaləti-mahzanın tətbiq olunması mümkün deyil. Bu cür vəziyyətlərdə ədaləti-nisbiyə də bir gözəllik ölçüsü olaraq görülməlidir. Çünki, “əl-hökmü lil- ğalib” qaydasına görə, hökmlər əksəriyyətin mövqeyinə görə dəyərləndirilir. Yüzdə doxsan nisbətində bir prinsip mütləq ədaləti göstərirsə, yüzdə on nisbətindəki vəziyyətinə də nisbi ədalət olaraq baxılmalıdır. Əks halda, yüzdə on ədaləti təmin edərkən yüzdə doxsan ədaləti itirmiş olacağıq. “Şərr-i qalil için xeyr-i kesir tərk edilməz” (az bir zərər üçün çox olan qazancdan farağat edilməz). Yoxsa iş tamamilə zərərə dönər, ədalət tamamilə ədalətsizliyə çevrilər.



04-05-2011 12:00:00

Düğüme özel