Ana səhifə

Evimizdə yaşı irəliləmiş olan ana ataya qarşı davranışlarımız necə olmalıdır; bəzən səhv davranışlarına səbr etməkdə çətinlik çəkirik, nə tövsiyə edərsiniz?


YazdırSend to friend

İnsan nəfsinə məğlub olacaq olsa, hadisələrdəki nəticəni ağla göstərib ağılı və nəfsi bu şəkildə razı salmaq lazımdır. Böyüklərə hörmət əsasdır. Əgər böyüklərimizin ürəyini qıracaq şəkildə davransaq əbədi bir əzaba müstahak(haqq etmiş,özü qazanmış) ola bilərik. Bu səbəblə davranışlarımızın bizə nəyəbaşagələcəyini düşünüb bunu davamlı özümüzə təlqin etməliyik. Bu, zamanla insanda vərdiş halına gələcək və hər hadisədəəvvəl ührəvi(axirətləəlaqəli) nəticələr ağla gələcəkdir.

Necə ki böyüklərimiz bizi yetişdirənə qədər bir çox çətinliyimizə səbr etdi, biz də indi uşaqlaşan böyüklərimizə səbr etməliyik.

Risalə-i Nur Külliyyatında Ana Ataya Hörmət Mövzusu:

"Onlardan biri və ya hər ikisi sənin yanında qocalıq çağına çatacaq olsa, onlara əsla 'Of' belə dəmə, onları danlama; onlara gözəl söz söylə. Onların üzərinə mərhəmət və təvazö qanadını gər və de ki: 'Ey Rəbbim, necə onlar məni kiçikkən bəsləyib böyütdülərsə, Sən də onlara eləcə mərhəmət buyur.' Sizin içinizdə olanı Rəbbiniz haqqıyla bilər. Əgər siz saleh kəslər olsanız, şübhəsiz ki O, özünə yönələnlər üçün çox bağışlayıcıdır." (İsra Surəsi, 17:23-25.)

"EY XANASINDA qoca bir ana və ya atası və ya qohumundan və ya iman qardaşlarından bir iş etməz vəziyyətdə olan  və ya aciz, əlil bir şəxs olan qafil! Bu ayət-i kəriməyə diqqət yetir, bax: Necə ki bir ayədə, beş təbəqə ayrı-ayrı surətdə qoca valideynə şəfqəti celb edir!"

"Bəli, dünyada ən yüksək həqiqət, ata və anaların övladlarına qarşı şəfqətləridir. Vəən ali hüquq da, onların o şəfqətlərinə müqabil hörmət haqqlarıdır. Çünki onlar, həyatlarını, kamal-ı ləzzətlə(tam bir ləzzet alaraq ) övladlarının həyatı üçün fəda edib sərf edirlər. Elə isə, insaniyyəti süqut etməmiş və canavara dönməmiş hər bir uşaq, o möhtərəm, sadiq, fədakar dostlara xalisanə(qarşılıq gözləmədən) hörmət və samimanə xidmət vərazılıqlarını təhsil və ürəklərini məmnun etməkdir. (Əmi və bibi, ata hökmündədir; xala və dayı, ana hökmündədir.Buharî, Sulh, 6; Tirmizî, Birr, 6; Ebû Dâvud, Talak, 35; Mecmeu’z-Zevâid, 9:269; Deylemî, Müsnedü’l-Firdevs, 2:207.   )"

"İşdə, o mübarək qocaların bədənlərini istiskal(Soyuq davranışlarla xoşlanmadığını bildirmə) edib ölümlərini arzu etmək nə qədər vicdansızlıq və nə qədər alçaqlıqdır, bil, ayıl! Bəli, həyatını sənin həyatına fəda edənin zaval-i həyatını(hayatın bitmesi, ölüm) arzu etmək nə qədər çirkin bir zülm, bir vicdansızlıq olduğunu anla!"

"Ey dərd-i məətlə(dolanışıq dərdi, çətinliyi) düşgün olan insan! Bil ki, sənin evindəki bərəkət direği və rəhmət vəsiləsi və müsibət dəf edəni, evindəki o istiskal etdiyin qoca və ya kor qohumundur. Əsla dəmə, "Məətim dardır, idarə edə bilmirəm." Çünki onların üzündən gələn bərəkət olmasaydı, əlbəttə sənin  dolanışıq darlığın daha çox olacaqdı. Bu həqiqəti məndən inan. Bunun çox qəti dəlillərini bilirəm; səni də inandıra bilərəm. Lakin uzun getməmək üçün qısa kəsirəm; bu sözümə qənaət et. And edərəm, bu həqiqət çox qətidir. Hətta nəfs və şeytanım də buna qarşı təslim olmuşlar. Nəfsimin inadını qıran və şeytanımı susduran bir həqiqət, sənə qənaət verməli."

"Bəli, kainatın şahidliyiylə, sonsuz dərəcədə Rahman, Rahm və Lətif və Kərim olanHâlık-ı Zülcelâli ve’l-İkram(haşmeti sonsuz, lütf və ikramları sərhədsiz yaradıcı, Allah) , uşaqları dünyaya göndərdiyi vaxt, arxalarından ruzilərini çox lətif bir surətdə göndərib və məmələr musluğundan (kranından) ağızlarına axıtdığı kimi, uşaq hökmünə gələn və uşaqlardan daha çox mərhəmətə layiq və şəfqətə möhtac olan qocaların ruzilərini də, bərəkət surətindəgöndərər. Onların iaşələrini(bəsləmə, yedirib içirmə), tamahkar və xəsis insanlara yüklətməz."

"Şübhəsiz ki ruzi verən, mütləq qüdrət və qüvvət sahibi olan ancaq Allahdır." (Zariyat Surəsi, 51:58.)

"Yer üzündə gəzən və öz ruzisini yüklənə bilməyən nə qədər canlının və sizin ruzinizi Allah verər." (Ənkəbut Surəsi, 29:60.)

 ayələrinin ifadə etdikləri həqiqəti, bütün canlının  varlıq növləri hal dili  ilə qışqırıb o həqiqət-i kerimaneyi(ikram sahibi olana yaraşarcasına olan gerçək vədoğru`yu) söyləyirlər."

"Hətta deyil tək qoca qohum, bəlkə insanlara yoldaş verilən və ruziləri insanların ruziləri içində göndərilən pişik kimi bəzi məxluqların ruziləri dəbərəkət surətində gəlir. Bunu doğru edən və özüm gördüyüm bir misal: Mənim yaxın dostlarım bilərlər ki, iki üç il əvvəl hər gün yarım çörək-o kəndin çörəyi kiçik idi-müəyyən bir ərzağım vardı ki, çox vaxt mənə kafi gəlmirdi. Sonra dörd pişik mənə qonaq gəldilər. O eyni ərzağım həm mənə, həm onlara kafi gəldi. Çox dəfə də artıq qalardı."

"İşdə bu hal o dərəcə təkrarlama edib mənə qənaət verdi ki, mən pişiklərin bərəkətindən istifadə edirdim. Qətı bir surətdə elan edirəm, onlar mənəyük deyil. Həm onlar məndən deyil, mən onlardan minnət alırdım."

"Ey insan! Madam canavar surətində bir heyvan, insanların xanasına qonaq gəldiyi vaxt bərəkətə səbəb olur. Elə isə, məxluqatın ən mükerremi(ikram edilmiş, hörmət göstərilən) olan insan; və insanların ən mükəmməli olan  iman əhli; vəəhl-i imanın ən çox hörmət və mərhəmətə layiq acizlər, xəstə qocayalar; və xəstə qocaların içində şəfqət və xidmət və söhbətəən çox layiq və müstehak olan qohumlar; və qohumların içində dəən həqiqi dost vəən sadiq muhib(sevən) olan ata və ana, qocalıq halında bir xanada olsa, nə dərəcə bərəkət vəsiləsi və rəhmət vasitəsi və "Beli bükülmüş qocalarınız olmasaydı, bəlalar sel kimi üstünüzə töküləcəkdi"(el-Aclûnî, Keşfü’l-Hafâ, 2:163; Süyûtî, Kenzü’l-Ummâl, 9:167; İmam-ı Gazâlî, İhyâu Ulûmi’d-Dîn, s. 341; Mecmeu’z-Zevaid, 10:227; Beyhakî, es-Sünenü’l-Kübrâ, 3:345.)  sirriylə nə dərəcə bəlanı uzaqlaşdırma səbəbi olduqlarını sən müqayisə et."

"Bunun kimi, ey insan, ağılını başına al. Əgər sən ölməzsənsə, qoca olacaqsan.                  اَلْجَزَاۤءُمِنْجِنْسِالْعَمَلِ("Həəməl öz cinsindən bir şeylə qarşılıq görər." )  sirriylə, sən valideyninə hörmət etməzsənsə, sənin övladın da sənə xidmət etməyəcək. Əgər axirətini sevsən, buyur sənə mühüm bir xəzinə: Onlara xidmət et, razılıqlarını əldə et. Əgər dünyanı sevsən, yenə onları məmnun et ki, onların üzündən həyatın rahatlı və ruzin bərəkətli olsun. Yoxsa onları istiskal(ağır görüb xoşlanmama, dəyər verməmə) etmək, ölümlərini təmənni etmək və onların incə və seriütteessür(dərhal kədərlənən, tez təsirlənən) ürəklərini təhqir etməklə, خَسِرَالدُّنْيَاوَاْلآخِرَةَ  ("Dünyada da, axirətdə də ziyana uğradı.") (Həcc Surəsi, 22:11.) sirrinə məzhər olarsan. Əgər rahmət-i  Rahmânı istəsən, o Rahmanın vedialarına və sənin xanandakı əmanətlərinə rahmət et."

 

"Axirət qardaşlarımdan Mustafa Çavuş adında bir şəxs vardı. Dinində, dünyasında müvəffəqiyyətli görürdüm, sirrini bilməzdim. Sonra anladım ki, o müvəffəqiyyətin səbəbi: O şəxs isə, qoca ata və analarının haqqlarını anlamış və o hüquqa tam riayət etmiş və onların üzündən rahat vərəhmət tapmış, inşaallah axirətini də təmir etmiş. Bəxtiyar olmaq istəyən, ona bənzəməli."

"Allahım! "Cənnət anaların ayaqları altındadır"(Süyûtî, el-Câmiu’s-Sağîr, 3642; el-Aclûnî, Keşfü’l-Hafâ, 1:335; el-Elbânî, Sahîhu’l-Câmii’s-Sağîr ve Ziyâdetuhu, 1259, 1260) buyuran Şəxsə salat və salam olsun."

(bk. Bədiüzzaman Səid Nursi, Məktubat,21)



14-03-2014 12:00:00

Düğüme özel