Ana səhifə

Evlənmədən əvvəl, nişanlılıq dövründə görüşmənin (telefonlaşma, kompüterlə görüş) ölçüsü nədir?


YazdırSend to friend

Sünnədə bu xüsusda iki yol görürük. Biri, insanın güvəndiyi bir qadını evlənmək istədiyi bir qıza baxması üçün göndərməsidir. Ənəs bin Malik`in bu mövzuda belə bir rəvayəti vardır:

"Rəsulullah sallallahu aleyhi və səlləm Ümmü Süləym`i baxması üçün bir qadına göndərmiş, 'ayaq üstlərinə bax, ağzını qoxla' buyurmuşdur." Bu istəklərdən məqsəd, ayaqlarının düzgün olub olmaması, digəri də ağız qoxusunun olub olmadığıdır.(Hâkim, əl-Müstədrək, 2: 166.)

Bu məsələ iki tərəflidir, yəni eyni xüsus qadın üçün də keçərlidir. Evlənəcək qız da, evlənmə niyyətində olduğu kişiyə birini göndərərək, axtardığı xüsusiyyətlər nəysə onu öyrənə bilər.

Evlənəcək tərəflərin bir-birini araşdırmasının sünnədəki digər bir şəkli də birbaşa bir-birlərini görmələridir. Bunda kişi evlənəcəyi qızın üz və bədən gözəlliyini öyrənər. Burada ancaq üzünə, əllərinə və boyuna baxa bilər. Üz gözəlliyə, əllər zərifliyə və xeyirə dəlalət edər. Boy da uzunluq və qısalığı haqqında qənaət verər.

Bu məsələdə Peyğəmbərimiz aleyhissalâtu vəssəlâm-ın şəxsən verdiyi icazə vardır.

Əbû Humeyd`in rəvayətinə görə Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm belə buyurmuşdur:

"Sizdən biriniz bir qadınla evlənmək istədiyində ona baxmasında bir qorxu yoxdur. Ancaq evlənmə niyyətiylə baxması caizdir. Bunu baxdığı qadın bilməsə də hökm dəyişməz. " (Nəylü'l-Əvtar, 6: 110.)

Hətta bu xüsusu Sevgili Peyğəmbərimizin (Aleyhissalâtu Vəssəelâm.) təşviq etdiyini də görürük. Belə ki:

Muğirə bin Şöbə (Allah ondan razı olsun) bir qadınla evlənmək istəyirdi. Peyğəmbərimiz (a.s.m.), ona,

"Get, onu gör. Çünki görmək, aranızda ahəng olması baxımından daha yaxşıdır. "( Nəsai, Nigah: 17)

Bir başqa hədisi-şərifdə də Peyğəmbərimizin necə yol göstərdiyini öyrənirik:

"Sizdən biriniz bir qadınla evlənmək istədiyi zaman onunla evlənməsini təşviq edici xüsusiyyətlərinə baxa bilirsə baxsın." (Hâkim, əl-Müstədrək, 2: 165.)

Bu hədis-i şəriflər baxmanın lüzumunu, faydasını və hikmətlərini izah edir. Baxma və görüşmə əsnasında bəzi məhdudlaşdırmalar da vardır. Birincisi görüş yeri ilə əlaqəlidir. Bu məsələyə bu hədisi-şərif işıq tutur:

"Sizdən hər kim Allah`a və axirət gününə inanırsa, yanında məhrəmi olmayan bir qadınla baş-başa qalmasın. Çünki bunu etsə üçüncüləri şeytan olacaq. "(Buxarî, Nigah: 111)

Bunun üçün evlənmək düşüncəsiylə görüşəcək olan tərəflərin yanında mütləq üçüncü bir şəxs hazır olmalıdır. Əks halda "xəlvət" olaraq təbir edilən "baş-başa tək qalma" söz mövzusu olar ki, bu caiz deyil. Bu görüşün içinə danışma, söhbət etmə, tərəflərin bir-birlərindən tələb və istəklərini dilə gətirmələri də daxildir. Çünki gərək danışmadakı tutulma və ya kəkələmə, gərəksə səs tonu; tərəflərin düşüncə və mədəniyyət səviyyələri daha çox danışınca ortaya çıxar.

Bu görüş və danışıqlardan bir müddət sonra tərəflərin bir-birləri haqqındakı qənaət və təəssüratları müəyyən olar. Çox keçmədən qərarlarını bildirərlər. Dinî icazə bir dəfəlik görüş üçün vardır. Üç-beş dəfə görüş həm ciddilikdən uzaqdır, həm də qurulacaq ailənin sağlamlığı baxımından bir faydası yoxdur.

Bu məsələyə Şâfiî məzhəbinin baxışı ailə müəssisəsinin təmkin və ciddiliyini göstərməsi baxımından diqqət çəkicidir. Evlənmək istəyən adamın, talib olmadan əvvəl qıza baxması lazımdır. Bundan qızın və ailəsinin xəbərinin olmaması lazımdır. Bu şəkildə davranmaq qızın və ailəsinin şərəfi baxımından daha münasibdir. Əgər qızı bəyənirsə talib olar, beləcə qız da, ailəsi də inciməmiş olar. Məqbul və təcrübəyə layiq olan görüş də budur. Qızın icazəsi olsun olmasın, baxmanın caiz olduğunu göstərən hədisi-şəriflər də bu fikiri təsdiq etməkdədir.6

Nigaha qədər bundan sonrakı görüşmələrdə, hər hansı yad bir qadına baxmada olduğu kimi, şəhvani bir duyğu daşımamaq şərti ilə baxmaqda bir zərər olmadığı açıqdır.

Mehmed Paksu / Ailəyə Özəl Fətvalar



30-07-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz