Ana səhifə

Evlərimizdə, dinimizin izah edildiyi söhbətləri etmənin əhəmiyyətiylə əlaqədar ayə və hədislər var?


YazdırSend to friend

(Həmin taxça və çıraq) Allahın tikilib ucaldılmasına və Öz adının zikr edilməsinə izin verdiyi o evlərdədir (o məscidlərdədir) ki, orada səhər-axşam Onu təqdis edib şəninə təriflər deyərlər. O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günüdən) qorxarlar. (Onların vaxtlı-vaxtında, lazımınca ibadət etmələri, Allahdan qorxub pislikdən çəkinmələri ona görədir ki) Allah onlara etdikləri əməllərin ən gözəl mükafatını (yaxud gördükləri ən yaxşı işlərin əvəzini) versin, onlara olan lütfünü artırsın. Allah dilədiyinə saysız-hesabsız ruzi verər. (Nur Surəsi, 36-38).

 

Təfsirçilər, ayədə keçən "evlər" deyil məqsədin məscidlər və möminlərin evləri olduğunu söyləyər. (bx. Maverdi, Şövqəni; İbn Aşar, əlaqədar ayənin təfsiri). Əbu Hayyana görə, ayədəki "evlər" sözü içində namaz qılınan və elmi söhbətlər edilən bütün evlər üçün etibarlıdır. (bx. Əbu Həyan, Alusi, əlaqədar ayənin təfsiri). İkrimiyə görə də bu evlər, içində iman məşəli yanan bütün  məscid və evlərdir. Lampaların işığında gecələri namaz qılınan və elmi söhbətlər edilən hər yer buna daxildir. (bx. İbn Atiyə, əlaqədar ayənin təfsiri). Bir tərəfdən evləri nurlandıran elektrik işığı, bir tərəfdən də ürəkləri nurlandıran iman işığı..

 

Digər tərəfdən, Ayədə "məscid" yerinə "ev" sözünün istifadə edilmiş olması diqqət çəkicidir. Bundan, "Biz də Musaya və qardaşına ‘Qövmünüz üçün Misirdə evlər əldə edin' deyə vəhy etdik. Evlərinizi məscid halına gətirin. Namazlarınızı dümdüz qılın. Müjdələ o möminləri." (Yunus Surəsi, 87) ayəsindəki əmrin göstərdiyi hədəfə uyğun şəkildə, möminlərin evlərinin içlərində Allahın xatırlandığı və səhər axşam Onu təsbeh edən adamların olduğu bir məscidə bənzəməsi lazım olduğu nəticəsini çıxarmaq daha uyğundur. Bu da, ideal bir Müsəlman ailəyə yaraşan şeyin, səhər və axşam vaxtlarını Allahı xatırlayaraq, Onu təsbeh edərək, Onun kitabını oxuyaraq və Onun razılığına çatdıracaq məlumatları qazanmağa çalışaraq qiymətləndirmək olduğunu və bunda başlıca məsuliyyətin evin rəisinə düşdüyünü göstərər.



03-12-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz