Ana səhifə

Fərqli məzhəbdən olanlara imam olacaq kimsənin diqqət yetirməsi lazım olan xüsuslar nələrdir, dəstəmaz vəziyyəti necədir?


YazdırSend to friend

Bunun üçün, əvvəlcə imamlıq vəzifəsini edənlərin hər iki məzhəbin ibadətlə, xüsusilə namazla əlaqəli fərqliliklərini bilməsi lazımdır. Beləcə arxalarında olan camaatın namazı daha sağlam bir şəkildə əda edilmiş olar.

Bu barədə ən əfdal olan, hər kəsin öz məzhəbinə mənsub imamın arxasında namaz qılmasıdır. Lakin Şâfiî bir kimsənin Hənəfi olan imama, Hənəfi bir kimsənin də Şafii olan imama uyması caizdir (olar). Bu məsələdə mühüm olan məqam, imam olan şəxsin, namazın şərt və rüknlərinə riayət etməsidir. Çünki fərqli məzhəbdən də olsa, namazı camaatla qılmaq tək başına qılmaqdan daha fəzilətlidir.

Səhabələr və tabiindən bir çoxları müctəhid dərəcəsində böyük alimlərdi. Fərqli ictihadlara sahib olmaqla bərabər bir-birlərinin arxasında namaz qılmışlar. Bu barədə ciddi bir fərqlilik olmamışdır. (İbni Abidin, 1/378-79)

Ancaq bu məsələdə camaatın və imamın ehtiyatlı davranması, namazın səhih olması baxımından mühümdür. Məsələn Hənəfi məzhəbinə mənsub olan imamın, camaat içində Şâfiî birisinin ola biləcəyini nəzərə alaraq bəzi xüsuslara diqqət etməsi lazımdır.

Hənəfi imamın bilməsi lazım olan bəzi mühüm xüsusları belə sıralaya bilərik:

1. Şâfiî məzhəbinə görə, namaza mane olan nəcasətin, dirhəm miqdarından az da olsa təmizlənməsi fərzdir.

2. Şafiyə görə qəlbən də olsa dəstəmaza niyyət etmək fərzdir.

3. Şâfiî məzhəbində dəstəmazda əzaları yuyarkən tərtibə riayət edib, əzanı sırasıyla yumaq fərzdir.

4. Şâfiîyyə görə əlin iç qisiminin tənasül üzvünə dəyməsi dəstəmazı pozar.

5. İnsanın xanımı daxil olmaqla, bədəninin naməhrəm bir qadının bədəninə toxunması dəstəmazı pozar.

6. Namazda isə tâdil-i ərkân və təşəhhüddə salavatları oxumaq Şafiilərə görə fərzdir.

7. Xətibin hər iki xütbədə Allah'a həmd etməsi, salavatları oxuması, təqvanı tövsiyə etməsi, ən az bir ayə oxuması və son xütbədə səslicə mü'minlərə dua etməsi xütbənin rükünlərindəndir(şərt). İmam olan şəxsin bunları tərk etməyib riayət etməsi lazımdır.

Bu məsələlər hər nə qədər Hanəfî məzhəbinə görə dəstəmazı, namazı və xütbəni pozmasa da, Şafiilərin ibadətlərinə bir əskiklik gətirər.

Şâfiî bir imamın da, camaat içində Hənəfi birisinin olacağını hesaba qataraq, bir tərəfindən qan və bənzəri şeylər çıxmışsa və ya ağız dolusu kusmuşsa dəstəmazını yeniləməsi lazımdır. Əks təqdirdə Hənəfi camaatın namazı səhih olmaz.

Səhər namazına gəlincə; Şafilər sübh namazının fərzinin ikinci rükətində rükudan sonra qalxınca qunut duası oxuyurlar. Bu sünnədir. Camaatla qılındığında da qunutu təkcə imam oxuyar, camaat "Amin" deyər. Hanəfî məzhəbinə mənsub bir kimsə Şâfiî bir imamın arxasında sübh namazını qıldığı zaman qunut əsnasında susar, heç bir şey oxumaz. Namazını imama uyaraq tamamlayar. Qunut duası oxunarkən əlləri qaldırıb açmaq da sünnədir. Hansı məzhəbdən olursa olsun, camaatda olanlar da əllərini açıb iştirak edərlər.

Hənəfi imamı arxasında qılan bir şafinin sübh və digər namazlarda yanılma(səhv) səcdəsi etməsi sünnədir. Çünki Hanəfî məzhəbindən olan bir şəxs səhər qunut duasını oxumaz və digər namazlarda da ilk təşəhhüddə Peyğəmbərimiz Sallal'âhu əleyhi və səlləmə salavat gətirməz, hətta gətirsə öz məzhəbinə görə yanılma səcdəsi etməsi lazımdır. Şafiyə görə isə bunların tərkində yanılma səcdəsi edildiyindən imamın səlâmından sonra Şâfiî muktedinin(tabe olan) yanılma səcdəsi etməsi sünnədir.

Hənəfi olan imam öz məzhəbinə görə qılar. Yəni ilk oturuşda salavat oxumaz. Ancaq tahiyyâtı yavaş oxuyaraq şafii camaatın salavatları oxumasına zaman tanıyar. Şafii camaat isə çatdıra bilərlərsə salavat da oxuyarlar. Yetişməzsə də səhv səcdəsi etmələri sünnədir. Şafiilərə görə təşəhhüddə salavat oxumanın ən azı: "Allahummə salli ala Muhamməd" deməkdir. Lakin salli və barik salavatlarını oxumaq ən əkmelidir(ən mükəmməl).

Öz məzhəbindən olmayan bir imama uyan şəxs, o imamda öz məzhəbinə görə namaza mane olacaq bir şey görmədikcə və yaxından bilmədikcə ona uyaraq namaz qılması caiz, namazı da səhihdir. Ancaq arxasında namaz qıldığı imamda öz məzhəbinə görə namazı pozacaq bir vəziyyəti görən, vâqıf  olan(bilən) kimsənin o imama tabe olması caiz olmaz. Məsələn, Hənəfi məzhəbinə mənsub olan bir kimsə, Şâfiî bir imamın bir tərəfinin qanadığını gördüyü halda gedər ona uyarsa, bu kimsənin namazı səhih olmaz. Çünki namazı öz məzhəbinə görə səhih deyil.



02-07-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz