Ana səhifə

Faizin iqtisadi mahiyyəti


YazdırSend to friend

   Faiz borcdan əldə edilən gəlirdir. Buna ödənc faizi və ya kredit faizi deyilir. Hələ lap qədim zamandan Yunan filosoflarından Sokratın tələbəsi olan Eflaton faizi əxlaqa zidd bir münasibət bilərək həmişə pisləmişdir.

 Eflatuna görə ideal bir cəmiyyət üçün yoxsulluq və hədsiz varlanma yol verilməzdir. Puldan əmtəə kimi istifadə edib sərvət yaratmağı Aristotel qəribə səslənsə də belə pulu “yumurta verməyən toyuğa” bənzədib.

    Orta əsrlərdə Qərbi Avropanın ictimai fikrində kononist iqtisadi nəzəriyyələri mühüm yer tutmuşdu. İqtisad elminin tarxinin şərhini verən bəzi iqtisadçılar iqtisad elminin ilkin tarixini kononistlərdən başlamağı məqsədə uyğun hesab edirdilər və bunun sonrakı klassik nəzəriyyəyə təsir etdiyini qeyd edirdilər. İqtisadi məsələləri çox vaxt Aristotelin mövqeyindən şərh edən kononistlərin ilkin banisi Avqustin Blajenin (353-430), sonrakı inkişaf mərhələsinin ən nüfuzlu siması Foma Akvinski (1225-1274) olmuşdur. Kononistlər ticarət mənfəətinin və faizin mənimsənilməsinə “ədalətli qiymətə” görə mübadilənin pozulması kimi baxmışdır. Ona görə də onlar mənfəət əldə etmək məqsədi ilə olan iri ticarətin və faizin qadağan olunması fikrində olmuşlar. F.Akvinski faizi “faydasız metalın törəməsi” kimi izah etmişdir. Kononistlər borc pula verilən faizin bütün növlərini “sələmçilik” kimi şərh etmişdilər. F.Akvinski qeyd edir ki, pul pul törədə bilməz, onun qazanc əldə etmək üçün istifadə edilə bilməz.

     Neoklassik elmi cərəyanın banilərindən hesab olunan Alfred Marşal kimi iqtisadçılar yığımla faiz həddinin bir-birinə bağlı olduğu fikrindədirlər. Yığım həcmini təyin edən ən önəmli amil faizin həddidir. Faiz həddi artdıqca yığımın mailliyi artacaq, faiz həddi düşdükcə yığımın mailliyi azalacaq. Bu cərəyanın nümayəndələrinə görə yığım həcmində meydana gələn hər artmada sənayenin, ticarətin və biznes həyatının inkişafına zəmin yaradan investisiyaların artması deməkdir.

    Neoklassiklərin bu təhlili sonralar görkəmli kapitalist iqtisadçısı J.M.Keynes tərəfindən çürüdülür. Keynes yığım miqdarının artmasında faiz həddinin yararlı olması düşüncəsinə ciddi bir təlaş göstərdi. O, investisiya həcminin yığım həcminə bağlı olduğunu irəli sürdü. Keynesin bildirdiyinə görə yüksək faiz sahibkarlar tərəfindən qoyulan investisiya həcmini azaldacaqdır. Nəticə olaraq bir ticarətdə, sənayedə, təsərrüfat sahələrində mənfi yöndə təsir buraxacaq ki, bu da öz növbəsində hər sahədə yekun gəlirlərin azalmasına səbəb olacaq. Adambaşına düşən gəlirin azalması yığım həcmini mexaniki azaldacaqdır. Məhz buna görə də Keynes 3%-li faiz həddini normal saymışdır. Keynes özünün “Pul, faiz və məşğulluğun ümumi nəzəriyyəsi” kitabında İslam bank sistemini qəbul etdiyini və insanların təşəbbüs yolu ilə pul qazanmlarına baş vurmasını bildirir.

  Poul Samuelsonun araşdırmasına görə inkişaf etmiş ölkələrdə statistik araşdırmalarda faizlə yığım arasında böyük bir əlaqə olmadığı bildirilməkdədir. Sosializm sistemində isə faizi əməyin sərmayə sahibi tərəfindən istismar edilməsinə səbəb olan sömürücü bir alət olaraq qiymətləndirilir. Faiz adlı gəlirin heç bir xidmət qarşılığı olmadığını və faizin heç bir halda bəyənilməməsi iddiasını irəli sürən sosializm əslində faiz, qiymət, pul və ticarət mexanizmlərini mərkəzləşdirilmiş qaydada həyata keçiriridi.

    Qərb dünyasında ilk dəfə faizi yasaqlayan hökmlər 1545-ci ildə İngiltərədə VII Henri tərəfindən, 1789-cu ildə Turqonun səyi nəticəsində Fransada çıxarılan qanunla qaldırılmışdır. Mənfəət o halda mənimsənilə bilər ki, onu əldə olunmasında mübadilə və istehsal prosesi getmişdir. Faizsiz sistemin uğurlu olmayacağını irəli sürənlər qanunlarla faizli sistemin qorunmasını istəməkdədirlər. Faizsiz sistemi istəyənlər isə heç bir xüsusi himayəyə güvənmədən sistemlərini faizli sistemə qalib gətirmək imkanındadırlar. Gələcəkdə belə bir sistemin yaranması ona olan tələbin zəruriliyindən doğacaq. Çünki faizsiz sistem bəşəriyyəti inflyasiyadan dolayısı ilə sosial və iqtisadi “xəstəlik”lərdən qurtara biləcək bir sistemdir. Günümüzdəki iqtisadi və sosial tarazlıqların pozulması məhz faizli sistemdən qaynaqlanmaqdadır. Borca ehtiyac olduqda əlbəttə faizsiz kreditə ehtiyac olacaq. Belə olduqda könüllü borc verənlər dövlətin üzərinə düşən vəzifəni tam həll edə bilməzlər. O halda borc vermənin çox hissəsi dövlətin üzərinə düşəcək.

    Faizsiz iqtisadiyyatı təsəvvür edə bilməyənlər bilmirlər ki, faizi yasaq edən İslam ona ehtiyac duyulmayacaq əsaslar üzərinə ədalətli və düzgün bir sistem qurmağı bizə bildirir. Faiz iqtisadi sistem daxilində cəmiyyətin bütün təbəqələrinə mənfi təsir göstərən cəhətlərə malikdir. Çünki faiz kapital sahiblərinin investisiya qoyuluşuna əngəl törədərək tam gücü ilə istifadəsinə mane olur. Bu da nəticədə işsizliyin artmasına, istehsal xərclərinin çoxalmasına, dolayı yolla süni qiymət artımına səbəb olmaqla yanaşı həm də gəlir bölgüsündə böyük haqsızlıqların ortaya çıxmasına zəmin yaradır. Həmçinin kapital sahilərini daha da gücləndirərək onların hər cəhətdən cəmiyyət içərisində öz hegemonluqlarının artmasını asanlaşdırır. Bunu nəticəsində haqsız rəqabət meylləri güclənir, təmərküzləşmə prosesi güclənir, sosial təbəqələşmə güclənir, əsas insani dəyərlərinin tamamilə maddi mənfəətlə əvəz olunduğunu, mənəvi və əxlaqi dəyərləin tərk edildiyi bir mühüt meydana çıxır.

     Faiz meydana çıxdığı ilk gündən etibarən daim güclünün və kapital sahibinin xeyrinə işləyən, zəif və möhtac insanların vəziyyətini daha da pisləşdirən bir funksiyaya malik olmuşdur. Məsələn, quldarlıq quruluşunun inkişaf edib yayılmasının ən başlıca səbəblərindən biri qədim Yunanıstan və Romada borcunu ödəyə bilməyən insanların borc sahibinin quluna çevrilməsidir. Kredit münasibətləri bilavasitə pul vəsaitlərinin sahibi ilə borc alan arasında yaranan iqtisadi münasibətlərin təzahürüdür.

    Faiz iqtisadi risk təhlükəsini artırır. Kreditin başqa prinsipinə görə kreditləşmə prosesi müştərilərin “krediti qaytarma qabiliyyətinə” görə həyata keçirilir. Bu da öz növbəsində iqtisadiyyatın hər tərəfli inkişafına mane olur. Faizli sistem gəlirlərin bütün insanlara tarazlı şəkildə bölgüsünə əngəl olur. Sələmin iqtisadi mahiyyətini konkret olaraq iki istehsalçının və ticarətçinin timsalında göstərmək olar.

    Əgər iki ayaqqabı istehsal edəndən biri kredit vasitəsi kimi 500 vahid pul məbləğini illik 7 faizlə, digəri isə 500 vahid pulu istifadə etmək prinsipi ilə götürsə, yəni kreditorun mənfəətdə iştirakını nəzərdə tutursa, onda birinci istehsalçı istehsal xərcləri üzərinə 7 faiz gəlməli və ayaqqabını 10-14-16 və artıq faizə satmalıdır. Belə şəraitdə ayaqqabıya olan tələbat ona çəkilən istehsal olunan ayaqqabılar tam reallaşmayacaq. Digər tərəfdən, ayaqqabı üçün zəruri olan xammal və materiallara olan tələbat artmayacaq. İqtisadi aktivlik zəifləyəcək. Maliyyə tsikli ilə tsikl arasındakı kənarlaşma sürətlənəcək. Lakin ikinci istehsalçı mənfəətdə iştirak prinsipi ilə kredit götürərsə, onda o, istehsal etdiyi ayaqqabını istehsal xərclərinə yaxın bir qiymətə sata bilər. Yəni tələb dairəsi nə qədər məhdudlaşsa da, ayaqqabı istehsalçısı 0,01 prinsipi ilə öz məhsulunu reallaşdıra biləcək. Belə şəraitdə o, həm götürmüş krediti ödəyə biləcək, həm də müəyyən məbləğ mənfəət əldə edə biləcək. Faiz istehsal xərcləri inflyasiyasının yüksək qiymət səviyyəsini zəruriləşdirərək, tələb sferasını məhdudlaşdıracaq. Lakin kreditorun mənfəətdə iştirakı isə istehsal xərclərinin aşağı salınmasına müvafiq olaraq qiymət səviyyəsinin enməsinə, tələb sferasının genişlənməsinə və iqtisadi aktivliyin yüksəlməsinə səbəb olur. Ticarətçilərin əgər biri 100 vahid pulu illik 7 faiz, digəri mənfəətdə içtirak prinsipi ilə 100 vahid pulu illik kreditə götürərsə, onda ikinci ticarətçi məhsulunu aşağı qiymətə reallaşdıra biləcək. Məsələn, birinci ticarətçi 107 qiyməti ilə mənfəət əldə edə bilmir. Çünki o, ən azı məhsulunu 108 qiyməti ilə satmalıdır. Lakin ikinci ticarətçi məhsulunu 106 qiyməti ilə, hətta 101 qiyməti ilə də sata bilər. Belə şəraitdə qazanc əldə etmək imkanı da olur. Lakin birinci ticarətçi var-yoxdan ya qismən, ya da tam çıxmaq təhlükəsində olur. Mənfəətdə iştirak prinsipi, ticarətçinin qazanc əldə etmək imkanını, faiz isə onun iqtisadi təhlükəsini artırır.

    Göstərmək lazımdır ki, ticarətin və istehsalın genişlənməsi İslamda bəyənilən mühüm istiqamət olmaqla yanaşı, eyni zamanda əldə olunan pul kütləsinin yığılıb saxlanılması pislənilən cəhət kimi nəzərdə tutulmuşdur. Ona görə də İslam ölkələrində ticarətin genişlənməsi, onun pul rerursları ilə qovuşmasını təkidlə qarşıya qoyulmuşdur. Ticarətin və pul resurslarının birləşməsi, şəriətə əsasən hər iki tərəfin qarşılıqlı razılaşması əsasında “pulun və əməyin” qovuşması baş verə bilər. Burada mübadilə prosesində iştirak edənin ixtisası, səriştəsi, işgüzarlığı əsas götürülərək, pula olan ehtiyacı müəyyən edilir. Pul sahibi işgüzar şəxslə razılaşaraq birlikdə fəaliyyət göstərir. Əldə olunan mənfəətin səviyyəsi, əvvəlcədən müəyyənləşmə prinsipi əsas götürülmür. Aparılan ticarət fəaliyyətindən, mübadilə prosesindən asılı olaraq mənfəətin səviyyəsi müəyyən edilir. Ondan sonra isə qarşılıqlı razılaşma əsasən mənfəətin bölgüsü baş verir. Mənfəət nə qədər çox olarsa bu hər bir iştirakçı üçün xeyirlidir. Bu isə əlavə stimul (həvəs) yaradır. Belə şəraitdə ticarətlə bağlı bütün məsrəflər nəzərə alınaraq, mənfəətin ümumi məbləğindən çıxılır. Hər şəraitdə iqtisadi aktivlik amili kimi çıxış edən kredit münasibətləri İslamda xüsusi yer tutur. Bununla əlaqədar olaraq Qurani-Kərimdə deyilir.

“.....(Ya Muhəmməd) qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri bir əzabla müjdələ” (9/34).

    Bu o deməkdir ki, qızıl, gümüş, eləcə də valyuta və kağız pulların dəfinə kimi saxlanılması günah olmaqla yanaşı, eyni zamanda onun sahibi bir sıra vacib görünən fəaliyyətini məhdudlaşdırmalı olacaqdır (Ən doğrusunu Uca Allah bilir). Birincisi, o mübadilə prosesindən pul resurslarını çıxartmaqla yanaşı, məcmu tələbi məhdudlaşdıracaq. İkincisi, məcmu təklifin artımı prosesinin qarşısını alacaqdır. Üçüncüsü, pulun xərclənməsi əlavə gəliri əldə etmək mümkünlüyü olduğu halda və ondan müəyyən qədər ehtiyacı olanların mənafeyinə uyğun istifadə edilə biləcəyi halda, ondan heç nə əldə olunmur. Dördüncüsü, pul sahibi həmin vəsaitin mal ibadətinin, xüsusən zəkat, xüms verilməsinə cəlb etmir.

     Beləliklə fərdi fəaliyyətlə bağlı yığım prosesi ictimai rifahı nəinki yaxşılaşdırır, əksinə onu tədricən məhdudlaşdırır. İqtisadi fəaliyyətə cəlb olunmayan pul resurslarının məbləği artdıqca cəmiyyətdə yoxsullaşma prosesi dərinləşir və xroniki hal alır. Ümumiyyətlə faizin zərələrindən danışarkən qeyd etmək lazımdır ki, onun vurduğu zərərlər hansı yolla olursa olsun öz təsirini göstərəcəkdir. Birincisi, istər sənayedə, istər ticarətdə və ya iqtisaiyyatın başqa sahələrində çalışanlar şübhəsiz verilən kreditlərə baş vururlar. Bununla əlaqəli borcalanlar istehsal etdikləri və ya satdıqları malların üzərinə verdikləri faizi də gəlirlər. Nəticə olaraq bütün pulun faizə borc verənin cibinə getməsi üçün malların və ya xidmətlərin qiymətini qaldırır. Həmin faizin yükü dolayı yolla istehlakçının, bütövlükdə xalqın üzərinə düşür. İkincisi, bildiyimiz kimi dövlət özünün bir çox funksiyalarını həyata keçirməkdən və ya iqtisadi sahələri inkişaf etdirməkdən ötrü xarici və daxili borclanmaya girir. Dövlət bu borclanmaları ödəyə bilmək üçün ilk növbədə vergiləri artırır. Nəticə olaraq yenə faizin gətirəcəyi yükü əhali ödəməli olur.Sələmin və ya faizin iqtisadi cəhətdən ziyanı aşağıdakılardan ibarətdir. 

 

  1. 1. O tələb dairəsini məhdudlaşdırır, 
  2. 2. Təklifin stimullaşdırılması meylinin qarşısını alır,
  3. 3. Bütövlükdə məcmu tələblə məcmu təklifin nisbətini nəinki tamamilə pozur, həm də onların kəmiyyət miqyasını məhdudlaşdırır,
  4. 4. İstehsal xərclərini aşağı salma meylini aradan qaldırır,
  5. 5. Qiymətlərin yüksək səviyyədə qalmasını əsaslandırır,
  6. 6. Əhalinin məşğulluq dairəsini azaldır,
  7. 7. İnflyasiya prosesini əbədiləşdirir,
  8. 8. Qıtlıq yaratmaqda xroniki böhranı və iqtisadi tənəzzülü əsaslandırır,
  9. insanlarda süstlüyü, ətaləti və mənəvi düşkünlüyü formalaşdırır.
  10. 9. İnhisarlaşma prosesini sürətləndirir
  11. 10. Əhalinin təbəqələşmə prosesini artırır
  12. 11. Ədalətli bölgü və yenidən bölgü prosesinə mane olur
  13. 12. Rəqabət prosesini zəiflədir
  14. 13. İqtisadiyyatın birtərəfli inkişafını sürətləndirir. 
  15. 14. Ümumiyyətlə faizin əmələ gəlməsi pul olan pulu mənfəət gətirən pula çevrilməsi imkanlarının məhdudluğu ilə əlaqədardır. Faizin hələ bizim saya bilmədiyimiz nə qədər zərərləri vardır.
Müəllif: 


26-09-2018 07:28:48