Ana səhifə

FİTRƏ SƏDƏQƏSİ


YazdırSend to friend

A · TƏRİFİ və ƏSASLANDIĞI DƏLİLLƏR

   “Fitr” lüğətdə “orucu açmaq”, fıtrə də “yaradılış” mənasına gəlir. Buna “fitrə sədəqəsi" deyilir ki, fıtrət sədəqəsi, yəni savab üçün verilən yaradılış ətası deməkdir. Dini terminologiyada fitrə sədəqəsi Ramazan bayramına çatan və təməl ehtiyaclarından başqa müəyyən miqdar mala sahib olan müsəlmanların özləri və məsul olduqları şəxslər üçün yerinə yetirməklə məsuliyyət daşıdıqları maddi bir ibadətdir.

   Fitrə sədəqəsi Ramazan orucunun fərz buyurulduğu hicrətin II ilinin şaban ayında, zəkatdan əvəl vacib buyurulmuşdur. Bu, bir yardımlaşmadır və orucun qəbuluna, ölüm anındakı sıxıntılardan və qəbir əzabından xilas olmaq üçün bir vasitədir. Yoxsulların ehtiyaclarını aradan qaldırmağa və onların da bayram əhval–ruhiyyəsində olmalarına bir köməkdir.

     Fitrə hədis dəlilinə söykənir. Bununla bağlı hədislər eyni zamanda onun tətbiq olunması şərtlərini də müəyyən edir.

      Abdullah İbn Ömərdən belə dediyi rəvayət edilmişdir:

“Hz. Peyğəmbər fitrə sədəqəsini 1 sa (çəki vahidində) xurma və 1 sa arpa olmaqla qul, kişi, qadın, kiçik və böyüklərə fərz buyunnuş və insanlar (bayram) namazına çıxmadan əvəl verilməsini əmr etmişdir. " (Buxari, Zəkat, 76; Müslim, Zəkat, 12.)

    Əbu Səid əI-Xudridən (r.a) rəvayət edilən bir hədisdə fıtrə verilən maddələr və miqdarları belə birdirilir:

“Biz Peyğəmbər dövründə fitrəni yeyinti məhsullarından 1 sa olaraq verərdik. O vaxt bizim yediyimiz arpa, quru üzüm, xurma və yağı alınmış pendir idi." (Buxari, Zəkat. 74; Əhməd Ibn Hənbəl, III. 73. 98.)

     İbn Abbasın (r.anhumə) rəvayət etdiyi bir hədisdə belə buyurulur:

“Rəsulullah (s.ə.s) orucluları lazımsız və çirkin sözlərdən paklaşdırmaq və yoxsullara yemək təmin etmək üçün fitrəni fərz buyurmuşdur. Kim ftrəni namazdan əvvəl verərsə, bu məqbul bir zəkat, kim də namazdan sonra verərsə, hər hansı sədəqə vermiş kimi olar.”  (Buxari. Zəkat. 70, 71, 77; Müslim, Zəkat, 12. 13. 16; Əbu Davud, Zəkat, 17. 20; Nəsai. Zəkat. 31. 33; Ibn Macə. Zəkat. 21; Əhməd İbn Hənbəl. II. 277.)

   Abdullah İbn Sələbə (r.a) belə rəvayət etmişdir:

“Rəsulullah (s.ə.s) Ramazan bayramından bir və ya iki gün əvvəl çıxış edərək belə buyurdu: “Buğdadan, arpadan və ya xurrnadan 1 sa olmaqla azad və ya qul, kiçik və ya böyüklər üçün sədəqə olaraq verin.(Əhməd Ibn Hənbəl, V. 432.)

    Yuxarıdakı hədisi·şəriflər fıtrə miqdarının buğda, arpa, xurma və quru üzümdən 1 sa olduğuna dəlalət edir. Ancaq buğdanın miqdarı Ibn Abbasın və Amr Ibn Şüeybin atası və babası yolu ilə mərfu olaraq rəvayət etdikləri hədislərdə yarım sa olaraq müəyyən olunmuşdur. İbn Abbasın rəvayət etdiyi hədis belədir:

“Fitrə sədəqəsi buğdadan iki müddür. " (Şövkani, Nəylul–övtar, ıv. 183)

   Bir müd, bir sa ağırlıq ölçü vahidinin dörddə birinə bərabərdir və 260 dirhəm edir. Bu da şəri ölçüyə görə 260 x 2,8 = 728 qramdır. Buna görə buğda yarım sa = 2 müd х 728 = 1456 qram olur. Bir sa isə 2912 qramdır.

    Adətdəki ölçüyə görə bir dirhəm 3,2 kq–dır, 1 sa = 1040 dirhəm x 3,2=3328 qr olur. Bunun yarısı olan 1664 qr da buğdanın fitrə miqdarıdır. (Ölçü vahidləri üçün bax. Həmdi Döndürən, Ibn Abidin Tərcüməsi Fihristə və Terminlər Sözlüyü, Dirhəm, Sa və Müdd maddələri; Kasani. ə.a.ə., II, 72 vd.; İbnul·Humam, ə.a.ə..)

      Nəticə etibarilə,

    a. Arpa, quru xurma və qum üzümün fıtrə miqdarı, şəri ölçüyə görə təqribən 3 kq, adətdəki ölçüyə görə isə 3,33 kq–dır.

   b. Buğda və eyni hökmdə olan buğda unu üçün isə şəri ölçüyə görə təqribən 1,5 kq, adətdəki ölçüyə görə isə 1,66 kq olur.

    Sözü gedən iki növ ölçüdən birisini seçmək mümkün olmaqla birlikdə adətdəki ölçü daha çox olduğu üçün yoxsulların faydasınadır və daha çox savab qazanmağa səbəbdir.

      Hənəfilərdən başqa üç məzhəb imamına görə fitrə buğdadan da 1 sadır.

    Yuxarıdakı dörd növ qida məhsulu yerinə qiymətləri də verilə bilər. Ancaq yoxsullar bu məhsullara möhtac olduqları təqdirdə, fitrəni həmin növlərdən vermək daha əfzəldir.

B · FİTRƏNİN VACİBLİYİ ÜÇÜN LAZIMLI ŞƏRTLƏR

    1. Müsəlman Olmaq

    Fitrə verməklə məsul olan şəxs müsəlman olmalıdır. Ancaq Şafei məzhəbindəki bir rəyə görə qeyri-müsəlmanın baxmaqla məsul olduğu müsəlman yaxınının fitrəsini verməlidir.

    2. Varlı Olmaq

   Hənəfilərə görə fitrə sədəqəsinin vacibliyi üçün insanın Ramazan bayramının birinci günü təməl ehtiyaclarından başqa nisab miqdarı mala sahib olmasıdır. Zəkat nisabından fərqli olaraq, sahib olunan malın “artan” (name) olması və üstündən bir ilin keçməsinə ehtiyac yoxdur. Təməl ehtiyaclar ev, paltar, ev əşyası, minik, silah, qulluqçu, ailənin bir illik xərcləri və borclarıdır. Nisab miqdarı iki yüz dirhəm gümüş və ya iyirmi misqal qızıl və ya bunların qiymətinə bərabər olan bir maldır. 

    Şafei, Maliki və Hənbəli məzhəblərinə görə isə fitrə sədəqəsinin vacibliyi üçün varlı olma meyarı olan nisaba malik olmaq şərt deyil. Təməl ehtiyaclardan başqa bayram günü və gecəsinə kifayət edəcək miqdarda azuqeyə sahib olmaq kifayətdir.

     3. Səlahiyyətli Olmaq

     Əbu Hənifə, Əbu Yusif və digər üç məzhəb imamının fikrinə görə fitrə sədəqəsinin maddi cəhəti əsas olduğu üçün bunun vacibliyi səbəbi ilə ağlı başında olmaq və yetkinlik yaşına çatmaq şərt deyildir. Bu səbəblə kiçik uşağın və ruhi xəstənin malından da valideyn fitrə verməlidir. Fitrənin ibadət cəhətini üstün qəbul edən hənəfilərdən İmam Muhamməd və Züfərə görə isə kiçiklərin və ruhi xəstələrin malından fitrə sədəqəsi vacib deyil.

    4. Qəyyumçuluq və Baxmaqla Məsul Olmaq

    Bir şəxsin özündən başqa birinin fıtrə sədəqəsini verməklə məsul olması üçün, o şexsin qəyyumu və ya ona baxmaqla məsul olmalıdır.

    Ona görə də qəyyumluğunu etdiyi kiçik uşaqların və ya ruhi xəstə olan yaxınlarının fitrəsini verməklə məsuldur. Ramazan bayramından əvvəl vəfat edən oğlunun uşaqları da buna daxildir. Bunun müqabilində bir şəxs ana-atasına, böyük uşaqlarına, yoldaşına, qardaşlarına və digər yaxınlarına baxmağı öz öhdəliyinə götürsə də onlar üçün fitrə vermək vacib deyil. Bununla birlikdə vəkalətləri olmadığı halda bu şəxslər üçün fıtrə sədəqəsi verilməsi kifayətdir. Beləcə yoxsullar bununla bayram namazından çıxmadan əvvəl ehtiyaclarını görərlər. 

    5. Vaxt

    Hənəfilərə görə fıtrə sədəqəsi Ramazan bayramının 1-ci günü dan yerinin ağarması ilə vacib olur. Çünki fitrə bayrama aiddir. Beləliklə oruc tutmağın qadağan edildiyi bir gündə, fıtrə ilə yoxsul müsəlmanların sevinclə bayrama iştirakları əsas məqsəddir.

    Fitrə Ramazan bayramından bir və ya iki gün əvvəl ilə bayram namazı arasında verilir. Beləcə, yoxsullar bununla bayram namazından çıxmadan əvvəl ehtiyaclarını aradan qaldırmış olurlar. Bununla birlikdə fitrə Ramazan ayı başladıqdan sonra hətta Ramazan ayı başlamadan da verilə bilər. Bayram günündən sonraya qalarsa, öhdəliyində qalar və ilk fürsətdə verilməlidir.

    Fəqihlər fıtrənin bayram günü dan yeri ağardıqdan sonra və namaz qılınmadan əvvəl verilməsinin müstəhəb olduğunda həmrəydirlər. Əsaslandıqları dəlil Abdullah Ibn Ömərdən (r. ənhüma) rəvayət edilən bu hədisdir:

Hz. Peyğəmbər fitrənin insanlar bayram namazına getməzdən əvvəl verilməsini əmr etmişdir. " (Şövkani, Nəyiul-övtar: IV, 183.)

    Ramazan bayramının ilk günü səhər açılmadan vəfat edən və ya yoxsullaşan, yaxud səhər tezdən dünyaya gələn və ya Islamiyyəti qəbul edən biri üçün fitrə vermək vacib deyil. Ancaq səhər açıldıqdan sonra ölən varlı bir müsəlmana vacib olar. Vəsiyyət etmişsə, mirasın üçdə birindən verilir.

     Bir üzr səbəbi ilə oruc tuta bilməyən müsəlman da fıtrədən məsuldur. Xəstə, yolçu və çox yaşlı insanlar kimi.

     Nisaba malik olan azad bir müsəlman həm özü, həm də yoxsul olan ruhi xəstə və ya kiçik uşaqları və qulluqçusu üçün fıtrə verməlidir.

    Yoxsul bir uşağın atası ölmüş və ya kasıblamışsa, atasının atası nisaba malikdirsə atasını əvəz edərək ftirə verməlidir. Ancaq zahir (mötəbər) rəvayətə görə bu kimi hallarda babanın uşaq üçün fitrə verməsi vacib deyil.

    Bir şəxs onunla birlikdə otursalar da ata-anasının fitrəsini verməklə məsul deyil. Ancaq atasının yoxsul və ruhi xəstə olması bundan istisnadır.

     Hənəfilərdən başqa üç məzhəb imamına görə fitrə Ramazan ayının son axşamı günəşin batmasından etibarən vacib olur. Bayramdan sonraya təxirə salınması caiz deyil. Ancaq üzrlü olması istisnadır. Bununla birlikdə təxirə salma fıtrə verməyi öhdəlikdən götürməz və qəzası gərəkdir. (Bax. İbnul·Hümam, Fəthul-qədir, II. 29-31: İbn Abidin. Rəddul–muxtar II, 98 vd.; əl-Fətavəl-Hindiyyə. I. 179·181; İbn Rüşd. Bidayətul–mücfəhid. l. 269; İbn Qüdamə, Müğni, III. 55.)

C · FİTRƏ VERİLƏN YERLƏR

     Fitrə verilən yerlər baxımından hər cəhətdən zəkat kimidir. Fitrə niyyət edilərək fağırlara təmlik surəti ilə verilir, mübah etmə tərzində fitrə olmaz. Niyyət fıtrəni ayırarkən və ya verərkən edilə bilər. Ancaq fağıra verərkən bunun fitrə olduğunu deməyə ehtiyac yoxdur.

     Heç kim fitrəsini yoldaşına, üsul və fürusuna yəni ana və ya atasına, uşaq və nəvələrinə verə bilməz.

    Əbu Yusif ilə İmam Şafeiyə görə yoxsul olan zimmiyə (müsəlman ölkəsində vətəndaş olan qeyri-müsəlman) də verilə bilməz. Fitvaya əsas olan rəy budur. Çünki fitrənin məqsədi, bayram günündə yoxsul müsəlmanların ehtiyaclarını qarşılamaq, onların bayram sevincinə iştirak etmələrini təmin etmək və rahat ibadət etmələrinə zəmin hazırlamaqdır. Zimmilərə fıtrə verməklə bu məqsəd gerçəkləşməz.

    Hər bir kəs fitrəsini bir və ya bir neçə yoxsula verə bilər. Birdən çox kəslər də fitrələrini bir neçə yoxsula və ya tək yoxsula verə bilərlər. Ancaq bir fikrə görə, birdən çox yosula verilə bilməz. Müxtəlif şəxslərə məxsus fitrələr qarışdırılaraq da yoxsullara paylana bilər. Bununla birlikdə fitrələrin ayrı–ayrı verilməsi məqsədəuyğundur.

    Fitrə məsul şəxsin olduğu yerdəki yoxsullara verilməlidir. Başqa yerlərə göndərilməsi məkruhdur.

    Fitrə üçün hədislərdə dörd əsas qida məhsulunun müyyən edilməsi, bu köməkləşmənin hər dövr və bölgədə tətbiq edilməsini asanlaşdırmışdır. Çünki bundan məqsəd yoxsulun bir günlük ehtiyacını qarşılamaqdır. O da bu qida məhsulları ilə və ya bunları satın alacaq qədər pulla gerçəkləşir. Əgər bunların yerinə müəyyən pul təsbit edilsəydi, bu dərəcədə real nəticə ortaya çıxmazdı. Çünki qida məhsullarının qiymətləri tez-tez dəyişdiyi üçün bu məbləğ ilə yoxsulun bu miqdarda qida məhsulu alması mümkün olmaya bilər və məqsəd də reallaşmazdı.

    Eyni zamanda bu fitrə miqdarlarının insanın bir günlük yemək ehtiyacını aradan qaldırması əsas aldığı açıq-aşkardır. Belə ki, yəmin kəffarəsinin ”ailənizə yedirdiyinizin orta hesabından 10 yoxsulu yedirdib doyurmaq” və oruc fidyəsinin də “oruc tutmağa taqəti olmayanlar isə bir yoxsulu doyuracaq qədər fıdyə verməklə məsul” tutulması, fitrə sədəqəsinin miqdarı mövzusunda orta hesabla bir ölçü qoyur. Bu da yoxsulun bir günlük yemək ehtiyacının qarşılanmasıdır. Fitrə mal olaraq deyil, pulla verilərsə günün şərtlərinə görə, məsul şəxslərin vəziyyəti nəzərə alınaraq bir təsbitin edilməsi məqsədəuyğundur. Bu, hədislərdə bildirilən qida məhsullarının orta hesabla dəyərlərini almaqla reallaşır.

Müəllif: 


18-06-2017 04:02:07

Düğüme özel