Ana səhifə

FLÖRT - eşqbazlıq


Qadın-kişi arasındakı romantik əlaqə. Eşqbazlıq etmək, qadın və kişinin romantik əlaqə qurması. Qərb cəmiyyətlərində eşqbazlıq, gənclərin romantik baxımdan yetkinləşmələrini, müxtəlif komplekslərindən xilas olmalarını, cinsəllik mövzusunda məlumatlanmalarını, yoldaşların evlilik öncəsində bir-birlərini tanıyaraq şüurlu bir birlik meydana gətirmələrini təmin edəcək bir təcrübə və təlim forması olaraq qəbul edilmiş və xoş görülmüşdü. Lakin romantik əlaqələr, onun haqqında bütün düşüncə və fərziyyələrin iflasını elan edərcəsinə böyük bir sürətlə fiziki əlaqəyə çevrilərək gündəmdən düşdü. Qərb cəmiyyətləri günümüzdə bir yandan bir müddət öncə son dərəcə məsum əlaqələr olaraq baxdığı eşqbazlıq hadisəsinin önünə yığdığı ictimai problemlərlə boğuşarkən, bir tərəfdən də artıq romantik əlaqənin yerini alan cinsi azadlıq kimi anlayış və faktları müzakirəyə başladı.

Qadın-kişi arasında sərbəstcə qurulan əlaqələrin fərqli bir nəticəyə gəlməsi mümkün deyil. Çağımızın öndə gələn psixoloqlarından Erich Fromm izlənilərək deyilərsə, əks cinslər arasındakı divarın yıxılması halında romantik əlaqələrin qarşı qoyulmaz bir cinsi istəyə çevrilməsi qaçınılmazdır. Bu cinsi istəyin tək məqsədi də birləşməkdir. Bu səbəblə bu cür əlaqələr düşünüldüyünün tərsinə davamlı deyildir və utanc, ümid qırıqlığı, nifrət və düşmənçiliklə nöqtələnir. Bu cür mənfi bir şəkildə nəticələnən əlaqələr təbii olaraq bir çox fərdi və ictimai problemə səbəb olar. Ruhi böhranlar, ailədən qopmalar, pis yollara düşmələr, uşaq deyiləcək yaşda ortaya çıxan hamiləliklər, tərk edilmiş qeyri-qanuni uşaq, intiharlar bu cür əlaqələrin Qərb cəmiyyətlərinin önünə yığdığı saysız problemdən yalnız bir neçəsidir.

İslâm, yalnız ortaya çıxan problemlərə çarələr gətirən bir inanc və hüquq sistemi deyil, əksinə, gətirdiyi qaydalarla əvvəlcə problemlərin ortaya çıxmasını önləyən bir dindir. İslam`ın bu xüsusiyyəti qadın-kişi əlaqələri sahəsində də özünü göstərməkdə, İslâm cəmiyyətlərində, Qərb örnəyi cahili cəmiyyətlərin qarşı-qarşıya gəldiyi problemlərin ortaya çıxmasına imkan tanımayıb.

İslâm, cəmiyyətin çürüməsinə səbəb olan başlıca amillərdən birisi qadın-kişi arasındakı qeyri-qanuni cinsi əlaqəni (zina, fuhuş) qadağan etmiş, daşındırıcı bir faktor olaraq cəza üsulları gətirmişdir. Lakin əsl əhəmiyyətlisi fərdləri bu cür hərəkətlərə aparacaq bütün yolları bağlaması, meydana gəlməsini önləyən tədbirlər almasıdır. Bu tədbirlərin başında əks cinsdəki yad kəslərin tək başlarına bir yerdə olmaması qaydası gəlir. Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm, belə bir vəziyyətin doğuracağı təhlükəli nəticələrə diqqət çəkmək üzrə,

"Çünki-bu təqdirdə-üçüncüləri şeytandır" (İbn Hənbəl, Müsnəd, I, 227, III, 339) buyurur.

Digər bir önləyici qayda da təsəttür(hicab) və davamlı baxış kimi xəbərdaredici davranışlardan qaçınma (ən-Nur, 24/30-31) qaydasıdır. Toxunma, əl sıxışma və bənzəri fiziki təmas qadağası da başqa bir tədbirdir (əl-. Mavsılî, Əl-ihtiyar Ta'lili'l-Muxtar, IV, 156). İslam`ın qadın-kişi əlaqələri haqqında gətirdiyi hökm və qaydalar baxımından baxıldığında eşqbazlığın tamamilə İslâm sərhədləri xaricində qaldığı görülər: Çünki, forması, şərtləri və nəticələri baxımından İslam`ın hökm və qaydalarına zidd olan bir əlaqə forması olaraq ortaya çıxmaqdadır.

İslâm insanın cinsi istiqamətini görməməzlikdən gəlib bu sahədəki ehtiyaclarını yox saymaz. Əksinə, bu istiqamətinin qanuni 'və həm fərd, həm də cəmiyyət üçün faydalı ola biləcək şəkildə təminini nəzərdə tutur. Evlilik müəssisəsinin önəmli varlıq səbəblərindən biri də insanın cinsi ehtiyaclarının belə bir istiqamətdə qarşılanmasıdır. Bu səbəblə İslam`da evlilik təşviq edilmiş, mümkün qədər asanlaşdırılmağa çalışılmışdır.

 Ahmet ÖZALP



30-07-2014 12:00:00