Ana səhifə

Gecə İbadəti- Təravih Namazı


YazdırSend to friend

 

     Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm belə buyurmaqdadır:

"Hər kim inanaraq və qarşılığını Allah'dan gözləyərək Ramazanı əhya edərsə, keçmiş günahları bağışlanar" (Buxari, İman, 25, 27; Müslim, Musafi'in, 173, 176; İbn Macə, İqamətu's-Sala, 173; Tirmizî, Savm, 83)

   Hədis alimlərindən ən-Nəvəvi, Hz. Muhamməd aleyhissalam'ın səhabələrinə Ramazanı əhya etməyi vacib qılmadığını, lakin məndup olaraq əmr edib təşviq etdiyini, İslâm alimlərinin də bunun məndup olduğunda ittifaq etdiklərini qeyd edir. Ən-Nəvəvi, "Ramazanı əhya etməyin, təravih namazını qılmaqla hasil olduğunu" da zikr etməkdədir. Bu baxımdan Hz. Muhamməd (s.a.s)'in, "hər kim Ramazanı əhya edərsə" sözü, "hər kim gecələri namaz qılaraq Ramazanı əhya edərsə" şəklində başa düşülməlidir (ən-Nəvəvi, əl-Minhac, 1924, VI, 39, s.)

    Necə ki Abdurrahman b. Avf`in nəql etdiyi bir hədisdə Allah Rəsulu aleyhissalatu vəssəlam:

"Şübhəsiz ki, Allah Ramazan orucunu fərz etdi. Mən də Ramazan gecələrini əhya etməyi sünnə qıldım. Hər kim inanaraq və savabını Allah'dan gözləyərək Ramazanı orucla, gecələrini namazla əhya edərsə, anasından doğulduğu gün kimi günahlarından təmizlənmiş olar" buyurmaqdadır . (İbn Macə, İqamətu's-Sala, 173; İbn Hənbəl, I, 191, 195).

   Hz. Peyğəmbər (s.a.s), Ramazan'ın bir gecəsində namaz qıldırdı. Abu Zərr (r.ə) "Ey Allah'ın Rəsulu gecənin qalan yarısında da bizə namaz qıldırsaydınız." dəyincə, Hz. Peyğəmbər cavab olaraq, "İmam namazı bitirənə qədər onunla namaz qılmaq, bütün gecəni əhya etməyə bərabərdir." buyurmuşdur. (Əbu Davud, Salat 318; Tirmizi, Savm 81; İbn Macə, İqamə 173.)

   Hədislərdə keçən "Ramazanda gecəni qiyam / əhya etmək" ilə təravih namazının qəsd edildiyi barəsində ittifaq vardır. (Ayni, Udetü'l-Qari, 9/198; Şerbini, əl-İqna, 1/117)

     Kim bu müjdəyə qovuşmaq istəməz ki? Ya bu müjdəyə nail olmaq üçün 20 rükət namaz az belə gəlməz mi?

Təravih Namazı

Müəllif: 


03-06-2017 09:15:03