Ana səhifə

Gizli şirk nə deməkdir?


YazdırSend to friend

Şirk, Allaha ortaq qoşmaq deməkdir. Bunun bir zahiri, yəni "açığı" var; bir də "hafisi", yəni gizlisi. Zahir olanı, bildiyimiz şirkdir. Üç ilaha inanmaq, yaxud bütləri Allah qatında şəfaətçi qəbul etmək bu qrupa girər.

 

Hafisi şirkə gəlincə, bu ana xəttləriylə ikiyə ayrılar. Biri, Allahın razılığını unudub insanlara riya və nümayişdə olmaq, yaxud nəfsin arzularını təminə diqqət göstərmək. Digəri də əşyanın yaradılmasında bir səbəb olaraq vəzifə görən məxluqata olduğundan çox əhəmiyyət vermək; onları təsir gücünə sahib zənn etmək.

 

Bir də bu hafisi şirkin bir dərəcə daha pərdəlisi var ki, hərəkət aləmində deyil, hiss aləmində, ürək aləmində cərəyan edər. İnsanlar mənən tərəqqi etdikcə şirk də getdikcə pərdələnir...

 

Səbəblərə olduğundan çox əhəmiyyət vermək də gizli şirkdir. Bir işin reallaşdırmasında səbəbin haqqı bir ikən, ona yüz qat çox dəyər biçilsə doxsan doqquzu gizli şirk hesabına keçər... İnsanın öz nəfsinə çoxca güvənməsi, bütün lətifələrini onun (nəfsin) əmrinə verməsi də gizli şirkdir.

 

Buna yalnız bir tək misal: Cebbar və Mütekebbir ancaq Allahdır. İnsan, Allahın özünə bəxş etdiyi varlığı, qüvvəti, elmi, Onun hüzurunda Onun qullarını əzməkdə istifadə etsə, Cebbar və Mütekebbir olmağa girmiş və gizli şirk etmiş olar.

 

Rəsulullah (s.ə.v.) Əfəndimiz, "Fələq" üçün, "Cəhənnəmdən bir zindandır, onda cebbarlar, mütekebbirler həbs olunar və Cəhənnəm ondan Allaha sığınar." buyurmuşdur. Amma gəl gör ki Cəhənnəmin qaçdığına, nəfsimiz can atır. Yalnız bu belə, nəfsin Cəhənnəmdən çox daha təhlükəli olduğunu bildirməyə kafidir. Lakin bunu da yenə o nəfs üzündən anlamağa yanaşmırıq...

 

Bir başqa Hədisi Şərif:

 

"İslam dinini qəbul etmiş biri, hər hansı bir şəxsə zənginliyi üçün hörmət göstərsə, dininin üçdə ikisi gedər."

 

İslamda Allah üçün sevmək əsasdır. Zəkatını verən, xeyirli işlər görən bir zəngini sevmək Allah adınadır və bu hədisin mövzusuna girməz. Burada qadağan edilən sevgi Allahdan qafil olaraq, qula zillət göstərmə tərzindəki sevgidir.

 

İslam, tövhid dinidir. Bu kainatın Sahibi və Maliki birdir. Hər xeyir, ancaq Onun xəzinəsindədir. İslam, nə işıq üçün günəşə, nə taxıl üçün tarlaya, nə də sərvəti üçün zənginə həddindən artıq ölçüdə minnətdar olunmamasını dərs verər. Hər kəs və hər şey, yalnız bir səbəb, bir vəsilədir. Bütün nemətlər, ərz və səmanın Rəbbindən gəlir.

 

Bu dərsi alan kasıb bir mömin, bir zənginə ruzisini o verirmişcəsinə zillət göstərsə, tövhid inancı, yəni Allahı bir bilmə etiqadı zədələnilə bilər. Zəngin olsun, kasıb olsun hər insan, ancaq iman, əxlaq, fəzilət, elm, mədəniyyət, dürüstlük kimi sifətləri üçün sevilər. Zənginlik, tək başına bir sevgi vəsiləsi deyil.

 

Bir zəngin də bu Hədisi Şərifi oxuduğu zaman, kimsəni minnət altında buraxmaz. Etdiyi yaxşılıqlara, etdiyi lütfkarlıqlara qarşı, həddindən artıq bir hörmət gözləməz. Əks halda, qarşı tərəfin şərəfi yanında, diniylə də oynamış olacağını bilər.



11-08-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz