Ana səhifə

Gözəl bir qadın, ya mənimlə zina edəcəksən ya uşağı öldürəcəksən ya da içki içəcəksən demiş, adam da içkini seçmiş, ancaq həm zina etmiş həm də uşağı öldürmüş" şəklində bir hədis vardırmı?


Hz. Osman`dan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə, Rəsulullah sallallahu aleyhi və səlləm belə demişdir:

"İçkidən uzaq durun! Çünki içki, pisliklərin anasıdır.

Sizdən əvvəl yaşamış bir adam, insanlardan uzaqlaşıb bir yerdə üzlətə çəkilərək Allah`a ibadət etməkdə idi. Lakin, əxlaqsız bir qadın ona aşiq oldu. Bu əxlaqsız qadın, nökərini ona gördərərək bir məsələdə şahidlik etməsi üçün evinə çağırtdı.

Adam, qadının çağırışını qəbul edərək nökər ilə birlikdə çağırıldığı evə getdi. Adam evə girincə keçdiyi hər qapı, nökər tərəfindən arxadan bağlanılırdı. Nəhayət gözəl bir qadının yanına çatdı. Qadının yanında bir uşaq və bir içki şüşəsi var idi. Qadın, adama belə dedi:

"Vallah! Mən səni, şahidlik etməyin üçün çağırmadım. Mən səndən; mənimlə cima etməyini və ya bu uşağı öldürməyini ya da bu içkini içməyini istəyirəm. Çünki sən, bunlardan birini etmək məcburiyyətindəsən."

Bu vəziyyət üzərinə adam içki içməyi seçdi və sərxoş olana qədər içdi. Sərxoş olunca qadınla zina etdi və etdiyi bu çirkin əməlləri kimsəyə söyləməsin deyə uşağı da öldürdü.

Siz, içkidən uzaq durun! Çünki o, imanla bir yerdə əsla olmaz. Şübhəsiz onlardan biri, digərini çıxardar." (bax. Nəsâî, Əşribə, 44; Abdürrəzzak b Həmmam, Musannəf, 9/236; İbn Hibban, Səhih, 12/168; Bəyhaki, Şu'abu'l-İman, 5/10)

Bu rəvayət, içki günahının ayrıca başqa günahlara da səbəb olduğunu göstərməsi baxımından əhəmiyyətlidir. Hədisin əvvəlindəki "İçkidən uzaq durun! Çünki içki, pisliklərin anasıdır." şərhi də bunu bildirməkdədir. Verilən nümunə də qədim zamanlarda yaşanmış və içki günahının digər günahlara necə səbəb ola biləcəyini göstərməsi baxımından son dərəcə əhəmiyyətlidir. Günümüzdə işlənən bir çox günahdan sonra, sərxoşdum, xəbərim yox idi, xatırlamıram kimi bəhanələrin irəli sürülməsi də bu hədisdə izah edilən adamla paralellik göstərməkdədir.

Necə ki

"Şeytan; içki və qumar üzündən aranıza düşmənlik və kin salmaq, sizi Allah`ı anmaqdan və namazdan uzaqlaşdırmaq istəyər. Artıq siz buna son qoyacaqsınızmı?" (Maidə, 5/91)

tərcüməsindəki ayədə də içki və qumar kimi günahların verəcəyi zərərə və cəmiyyətdə edəcəyi təxribata diqqət çəkərək bunlardan uzaq dayanılması lazım olduğu bilidirilməkdtədir.

Hz. Ömər və digər səhabələr (Allah onlardan razı olsun) bu ifadəni ilk eşitdiklərində "İmtina etdik ey Rəbbimiz imtina etdik!" deyə qışqırmışdır.

Buna görə, insanlar arasındakı adı nə olursa olsun və hər nədən düzəldilirsə düzəldilsin, sərxoşluq verən içkilərin azı da çoxu da haramdır. Bu barədə Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm`in bəyanları belədir:

"Hər sərxoşluq verən şey içkidir və hər sərxoşluq verən şey haramdır." (Buxari, Ədəb, 80; Müslim, Əşribə, 73-75, 64, 69) İçkinin haramlığı barəsində İcma vardır.

Mövzuyla əlaqədar başqa bir ayənin tərcüməsi də belədir:

"Ey iman edənlər! (Ağılı örtən) içki (və bənzəri şeylər), qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız." (Maidə, 5/90)

Bu ayədə, sərxoşluq verən hər cür içki, qumarın hər növü kəsinliklə haram edilməkdədir. Ayə endiyi zaman, bütün müsəlmanlar, əllərində olan şərabları Mədinə küçələrinə töküb qablarını qırmışlar, içki vərdişlərini; Qur`anın bu qəti əmri qarşısında tərəddüd etmədən topluca tərk etmişdilər.

Tərcümədə keçən "içki" sözü, ayədəki "hamr" sözünün qarşılığı olaraq istifadə edilmişdir. Bu məzmunda hamr, ağılı örtən şey deməkdir. Bu xüsusiyyətdəki bütün içki və narkotiklər hamr əhatəsinə girər.



03-09-2014 12:00:00