Ana səhifə

Günəş və ay tutulmasında nə üçün namaz qılınır?


YazdırSend to friend

Günəş və ay tutulmasında iki rükət nafilə namaz qılmaq, tutulmaları önləmək, yaxud aradan qaldırmaq üçün deyil. Bəlkə bu hadisələr, belə ibadətlərin vaxtları olmasındandır. Necə ki, günəş göyün tam ortasına gəlincə günorta namazının vaxtı gəldi deyir, namaz qılırıqsa; günəş tutulunca, yaxud Ay bağlanınca da, Rəsulullaha uyaraq iki rükət namaz qılır, dünyanı və kainatı qoyduğu qanunlarıyla idarə edən Rəbbimizə həmd və şükürlər edirik.

Qaldı ki, iki rükət namaz qılma sünnəti, yalnız bu iki hadisəyə məxsus deyil. Bütün fəlakətlərdə, sel, yanğın, zəlzələ və düşmən təhlükəsi kimi hallarda Allaha yönəlmək, məruz qalınan bu kimi fəlakətlərdən ümməti-Məhəmmədi qoruması üçün dua etmək də sünnətdəndir. Hər cür bəşəri tədbirlərin yox olub, təsirsiz qaldığı zamanlarda Rəbbimizdən mədəd umub, imdad istəmək ən gözəl və zəruri bir sığınmadır. Başqa ümid qapısı, imdad yeri də yoxdur onsuz da.



04-05-2011 12:00:00