Ana səhifə

Günaha israr edənlər...


YazdırSend to friend

"Və (onlar,) çirkin bir iş etdikləri (فَاحِشَةً-fəəhişətən) və ya nəfslərinə zülm etdikləri zaman, Allahı zikr edib günahlarının bağışlanmasını istəyərlər.

Onsuz da Allahdan başqa, günahları kim bağışlayır? Həmçinin (onlar,) işlədikləri (günahları)nda özləri bilə-bilə israr etməyən kimsələrdir..

Onların mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq və (ağacları) altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar.

Artıq, (belə) əməl işləyənlərin mükafatı nə gözəldir!" (Ali-İmran, 135-136)

Təfsir:

  Burada zikr edilən "çirkin bir iş" təbiriylə, "kəbair" deyilən və zina kimi çirkinliyi bəlli olan böyük günahlar; "Nəfslərinə zülm etmək" təbiriylə də "sağaair" deyilən kiçik günahlar nəzərdə tutulmaqdadır. Həmçinin nəfslərinə zülm deyirkən başqaları ilə əlaqəsi olmayan günahlar qəsd olunur.

   "Bağışlanmasını istəyənlər"-dən məqsəd isə, işlədiyi günaha peşman olub, bir daha o günahı işləməməyə qəti niyyət edərək qərar verənlərdir. (Nəsəfi, c. 1, 274)

    Günahda israr edənlər, o günaha tövbə etməyənlərdir.

    Bir insanın, tövbə edib, günahdan imtina etməklə bərabər, daha sonra yenə nəfsin və şeytanın tələsinə düşərək eyni günaha dönsə, edəcəyi şey yenə tövbə etməkdir.

   Peyğəmbərimiz (s.ə.s.): "Səmimi olaraq tövbə, istiğfar edən kimsə, -gündə yetmiş dəfə dönsə belə, yenə də- günahda israr etmiş sayılmaz." buyurmuşdur. (Əhya, 1/312; 4/47).

   Bu hədisi, Əbu Davud, Salat, 361, Vitr, 26 və Tirmizi, Daavat, 106'da rəvayət etmişdir.

    Alimlər əlaqədar hədisi belə açıqlamışlar:

   Bir kimsə işlədiyi bir günaha tövbə etdiyi təqdirdə, eyni günaha dönüb təkrar işləyər və ya bir başqa günahı işləyərsə, hər səfərində tövbə də edirsə, bu kimsə, bir gündə nə qədər çox eyni günaha qayıdırsa qayıtsın, yenə də günahda musır yəni isra edən sayılmaz. Musır, işlədiyi günahlara istiğfar etməyən, peşman olmayan kimsədir. İsrar isə, çox günah işləmək deməkdir. İbnu Mələk deyir ki, israr, günah üzərində səbat və əzm göstərmək, fasiləsiz günah işləməyə davam etməkdir.

   Bizə düşən tövbə-istiğfar etdiyimiz andakı samimiyyətimizi ölçməkdir. Əgər məqsəd, "Bir tövbə edim də indiki günahlar silinsin, arxasınca edəcəyəm günahlar üçün yenidən tövbə edərəm; beləcə nə şiş yansın, nə də kabab ... " isə, bu halda Allahın bu ayəsinin xəbərdarlığına çox ciddi qulaq asmalıyıq:

"Allahın içinizdə gizli olan hər şeyə haqqıyla agah olduğunu bilin, Onun əmrinə qarşı gəlməkdən çəkinin!" (Bəqərə, 2/235)

   Sonra tövbə edib doğru yola gələrəm ümidi ilə bilə-bilə günaha girənlər, bilsin ki tövbə onun əlində deyil, tövbəni Allah nəsib edir insana. Siz günahlarına qəlbən peşman olmayan adam heçmi görməmisiz. Əslində peşmançılıq çox böyük bir nemətdir. Bunu isə, peşmaçılıqdan məhrum olan, amma sonra Allahın bu neməti yenidən nəsib etdiyi insan başa düşə bilər. Əvvəlləri imanlı, namazlı olub da sonradan dinsiz, deyist olan insanlar necə bu hala düşür heç düşündüzmü. Bəli, əməllər insanın əqidəsini, düşüncə tərzini və ən önəmlisi QƏLBİNİ dəyişir.

   Günahlarda israr etmək, onlara qapanmaq, davam etmək, onları tərk etməmək, onlardan tövbə etməmək və istiğfar diləməmək, qəlbən günaha bağlanmaq, və ya onları etməkdən sevinc duymağın hökmü-böyük günahları edən kimsənin hökmü kimidir.

  Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Qul bir günah etdiyi zaman qəlbinə qara bir nöqtə düşər. O, günahdan çəkinib tövbə edər və istiğfar diləyərsə o nöqtə silinər və qəlbi yenə də parlayar. Eyni günahı təkrar etdiyi zaman o qara nöqtə artar. Nəhayət bütün qəlbini tutar. Allahın ayəsində olan: «Xeyr, əslində onların qəlblərini qazandıqları günahlar qaplamışdır». (əl-Mutaffifin 14) budur» («Səhih Sünnən Tirmizi» 3/127) 

   Günah qulun gözündə nə qədər böyüyərsə Allah qatında o qədər də kiçilər və qul günahı nə qədər xəfif sayarsa Allah qatında da o qədər böyüyər. Günahın qulun gözündə böyüməsi, qəlbində ondan xoşlanmadığını göstərir. Möminin gözündə günahın böyüməsinin səbəbi Allahın ucalığını bilməsindən ötrüdür. Çünki o insan üsyan etdiyi Allahın ucalığına baxdıqca kiçik bir günahı da belə böyük bir günah olaraq görər.

   İbn Qudamə — rahmətullahi aleyhi — deyir ki: «Bir dəfə edilərək bitmiş və bir daha edilməyən böyük bir günahın əff edilmə ümüdü, davamlı surətdə edilən kiçik bir günahın əff edilmə ümüdündən daha çoxdur. Buna bir daşın üstünə damla-damla düşən su damcısını misal çəkmək olar. Bu damlalar o daşda iz salar. Lakin o damlalar bir dəfəsində onun üstünə düşsəydi heç bir zərəri olmazdı. Buna görə də Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu:

«Allahın ən çox sevdiyi əməl az da olsa davamlı olanıdır» (Müslim 5/72, Əhməd 6/165. Müslim 5/70.)

İmam Nəvəvi — rahmətullahi aleyhi — deyir ki: «Bu hədisdə əməlləri davamlı olaraq etməyə sövq edilir. Davamlı olaraq edilən əməl, davamlı olmayan çox əməldən üstün olduğu bildirilir. Davamlı olan az əməl, davamlı olmayan çox əməldən daha üstündür».



06-05-2019 08:20:32