Ana səhifə

Həccdə Şeytanı Daşlamanın Hikməti Nədir?


 

Bilindiyi kimi, həcc mövsümündə Minada, Qurban Bayramının birinci, ikinci və üçüncü günləri Aqabə Cəmrəsi, Kiçik Cəmrə və Orta Cəmrə olmaq üzrə üç şəkildə şeytan daşlanar. Bu ibadət vacibdir. Burada edilən hərəkətlər, həccin şərtlərindəndir. Gözəl bir xatirəni yad etməkdir. Bütün insanlığın ortaq düşməni olan şeytanı daşa tutaraq lənətləməkdir.

Burada təmsili olaraq təsbit edilmiş olan üç yerdə daşlama edilər. Bu ibadət şəkli bizə İbrahim Əleyhissalamdan intiqal etmişdir.

Bu barədə iki rəvayət var. Biri belə:

Hz. İbrahim, bir imtahan verərək Allah`ın əmri ilə oğlu Hz. İsmayılı qurban etməyə apararkən şeytan önlərinə çıxar. Hz. İbrahimin atalıq şəfqətini istismar etməyə qalxaraq, bu işdən vəz keçirməyə çalışar. Lakin tərs üz edilər. Bundan sonra Hz. İsmayıla müsəllət olar. Cənab-ı Haqqın əmrini atasının səhv anladığını, anasını gözü yaşlı olaraq geridə buraxdığını pıçıldayaraq əmrə boyun əyməməsini təlqin edər. Şeytanın vəsvəsələrinə heç diqqət etməyən Hz. İsmayıl, onu yanından qovmaqla qalmaz, arxasından da yeddi dənə daş atar. Hacıların cəmrələrdə daş atmaları bu hadisənin xatırlanması və yenidən yaşanmasıdır.

Bu barədə İbni Abbasın rəvayəti də belədir:

Hz. İbrahim həcc ibadətini etməyə gəldiyi zaman, Akabe Cemresi yanında şeytan ona göründü. Bunun üzərinə onu yeddi ədəd daşla daşladı, şeytan yerə batdı. Sonra Orta Cəmrə yanında şeytan ona təkrar göründü. Yeddi daş da orada atdı. Beləcə şeytan təkrar yerə batdı. Bir müddət sonra Kiçik Cemrenin yanında yenə qarşısında dayandı. Burada da yeddi daş daha atınca artıq şeytan yaxşıca yerə yıxılıb qaldı.

Bundan sonra İbni Abbas, belə deyir:

 

"Siz ancaq şeytanı daşlayır və ancaq atanız İbrahim əleyhissalamın yolunu izləyirsiniz."

Bu ibadət şəkli Hz. Adəmdən bəri hər insanın ortaq düşməni olan şeytanın arzusuna razılıq etməmək, onun vəsvəsələrinə fikir verməmək, iman çevrəsi içində, şeytanı bir dəfə daha qəhr etmək, yerin dibinə keçirməkdir. Bu daşlama, pis niyyətlərə, şər qüvvətlərə qarşı bir gümrahlıq nümayişi, hər növ pislikləri məğlub etmə əzminin simvollaşması, Rəbbimizlə edilən mənəvi razılaşmanın icrasıdır.

Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm belə buyurar:

"Beytullahın ətrafında dönmək, Səfa ilə Mərvə arasında gedib gəlmək, şeytanı daşlamaq, hamısı Allah`ın şəairini (İslamın əlamət və işarələrini) ayaqda tutmaq üçündür. ""

Həcc mövsümündə möminlər bu növ ibadətləri etməklə Rəblərinə olan qulluqlarını dilə gətirir, Ona qul və həmsöhbət olmanın zövq və həzzini yaşayırlar.



11-10-2011 12:00:00