Ana səhifə

Hədislərin dəyişmədən bizə çatdığına necə əmin ola bilərik?


YazdırSend to friend

Bu mövzuda ilk tədbiri Əfəndimiz (s.ə.v.) "Kim mənim üzərimə yalan uydursa, cəhənnəmdəki yerini hazırlasın"(1)  sözləri ilə şəxsən özü almış və səhabənin bu mövzuda həssas davranmasına səbəb olmuşdur. Bundan ötəri səhabələr hədis nəqli mövzusunda çox etina göstərərdilər. Məsələn Hz. Əli Əfəndimiz (r.ə.): "Mən, sizə Rəsulullah (s.ə.v.) Əfəndimizdən bir şey söyləyərkən, (elə diqqət yetirər, elə söyləyərəm ki,) göydən yerə düş (üp parça parça olmaq) mənim üçün, Onun üzərinə yalan danışmaqdan daha asandır" buyurardılar. (2)

 

Səhabələr, Quranın və ayələrin mühafizəsindən sonra, ən çox Hz. Peyğəmbərin (s.ə.v.) sözlərinin və hərəkətlərinin mühafizəsinə, xüsusilə də İslami və imani hökmlər və Hz. Peyğəmbərin (s.ə.v.) möcüzələri ilə əlaqəli olan sözlərinin və hərəkətlərinin mühafizəsinə çalışmışlar. Hədis və siyer kitablarından da görüldüyü kimi Allah Rəsuluna (s.ə.v.) aid ən kiçik bir hərəkətə, bir sözü laqeyd yanaşmamışlar. Əsri Səadətdə(3), bir çox səhabə Əfəndimizin (s.ə.v.) söz və hərəkətlərini yazıb qeyd etdilər. Xüsusilə də Abadilesi Seba(4)  deyə adlandırılan və bunlardan da xüsusilə Abdullah ibni Abbas və Abdullah ibni Əmr ibnil-As kimi hədis mövzusunda mənən vəzifəli olan səhabələr; iman əsasları, İslamın rüknləri və Peyğəmbər Əfəndimizin (s.ə.v.) möcüzələri ilə əlaqəli hədisləri yazaraq qeyd etdilər.

 

Bu nöqtədə səhabələr çox diqqətli davranmış və bəzən çox yaxşı bildikləri hədislərin nəqlində belə çəkinmiş və söyləmək istəməmişlər. Hətta on il qədər şəxsən Peyğəmbərimizin (s.ə.v.) yanında olan Hz. Ənəs bin Malik (r.ə.) bir gün; "Əgər səhv edərəm narahatlığı və qorxusu olmasaydı, Rəsulu Əkrəmdən (s.ə.v.) daha çox şeylər izah edərdim" buyurmuşdu. (5) Yenə eyni şəkildə Abdullah ibni Abbas (rə), özündən bir hədis rəvayət etmələri istəndiyində çəkinər, sıxılar və nəhayət hədisi söylədiyində isə sonunda da; "(Bax, mən yaddaşımdan bir şey söyləyirəm amma bilin ki, Rəsulullah) bunun üç aşağı-beş yuxarı və ya buna yaxın yaxud da buna bənzər bir şey buyurdu. "(6) şəklində xəbərdarlıq etməyi də laqeydlik etməzdi. (7) Bənzər bir hadisə də Əşireyi Mübeşşeredən yəni cənnətlə müjdələnilən on səhabədən biri olan Hz. Zübeyr İbn Avvam, o qədər az hədis rəvayət etmişdir ki, bir gün oğlu özünə: "Ata, sən niyə hədis rəvayət etmirsən?" deyə soruşduğunda: "Bir sözdə belə Rəsulullaha müxalif çıxaram deyə qorxuram. Çünki O: ‘Mənim üzərimə yalan danışan, cəhənnəmdəki yerini hazırlasın' buyurmuşdur" şəklində cavab vermişdi. (8)

 

Səhabələrdən sonra da, Səhabənin yanında yetişən və Təbiin olaraq adlandırılan minlərlə alimlər eyni həssaslıqla səhabədən aldıqları bu hədisləri yazaraq və ya əzbərləyərək qeyd etdilər. Təbiinin hədis mövzusundakı həssaslığı nöqtəsində bəzi nümunələr vermək lazım olsa; Səid İbnül-Müseyyibin "lazım olduğunda bir tək hədis üçün günlərlə yol qət etdiyini, söyləməsi"(9) Mesruk İbnül-Ecdanın, "tək bir hərfi üçün belə səfər etməsi"(10) Kəsr İbn Kaysın rəvayətinə görə, Ebud-Derdadan tək bir hədis almaq üçün bir elm aşiqinin Mədinədən Şama gəlməsi və daha bir çox səyahətlər, bu mövzuda nümunə olaraq verilə biləcək misallardır. (11)

 

Beş yüz səhabəylə görüşdüyü deyilən və bir diyara çatdığında: "Beş yüz səhabə görmüş bir insan gəlir" deyilən, Əbdürrəhman İbn Əbi Leyla: "Yüzyirmi səhabə tanıdım ki, bir məsciddə eyni anda yüz iyirmisi də oturur, özlərinə bildikləri bir şey soruşulduğunda həmişə bir-birlərinin üzlərinə baxarlar; danışarkən, ‘Rəsulullahın sözlərinə bir söz qarışdıraram' qorxusuyla başqasının cavab verməsini gözləyər, kimsə cavab verməyincə də nəhayət bunlardan biri dişini sıxar və Allaha dayanaraq, İbn Məsud (Mən yaddaşımdan bir şey söyləyirəm amma bilin ki, Rəsulullah) bunun üç aşağı-beş yuxarı və ya buna yaxın yaxud da buna bənzər bir şey buyurdu.) kimi xatırlatmasıyla rəvayətdə olardı " deməkdədir. (12)

 

Təbiindən sonra, başda dörd məzhəb imamları və artıq hədislərin mühafizəsi mövzusunda vəzifəli muhaddis­ler nəql etdilər, yazıyla mühafizə etdilər. Bu məzhəb imamlarından Əhməd ibni Hənbəl dəyişik kanal, dəyişik sənəd, fərqli mətn, yəni məzmun eyni olsa belə, səhihi, haseni və zəifiylə bir milyon hədis əzbərlədiyi deyilər ki; qırx min hədis ehtiva edən məşhur Müsnedini üç yüz min hədisdən seçərək meydana gətirmişdir. (13)

 

Bütün həyatını hədisə, Allah Rəsulu (s.ə.v.)-in mübarək sözlərinə həsr edən Yəhya İbn Main, mövzu hədis deyilən mənası doğru olsa da Əfəndimizə (s.ə.v.) aid olmayan hədisləri də əzbərləyərdi. Bir dəfə, Əhməd İbn Hənbəl, niyə belə etdiyini soruşduğunda: "Yanıma gələn insanlara bu mövzudur; bunların xaricində qalanlardan götürə bildiyini götürə bilərsən deyərəm"(14) cavabını vermişdi. İmam Zühridən Yəhya b. Səid əl Qatdana, Buxari və Müslimdən Darekutni və Hakimə uzanan xəttdə daha dünya qədər hədis əzbərçiləri yetişdi.

 

Hicrətdən iki yüz il sonra, başda Buxari, Müslim kimi hədis alimləri olmaq üzrə digər Kutubu Sittə olaraq adlandırılan səhih hədis kitablarının yazıçıları hədislərin mühafizə edilməsi vəzifəsini çiyinlərinə aldılar. O dövrə qədər hədislərin içərisinə qarışdırılması olabiləcək olan mövzu hədis və ya qəsdi olaraq hədislər haqqında şübhə oyandırmaq üçün içlərinə qarışdırılan sözləri, İbni Cevzi kimi şiddətli minlərlə araşdırmaçılar çıxıb ayırd edib hədislərin içərisindən çıxardılar.

 

 

Bunların xaricində hər nə qədər hədis üsulunda iştirak etməsə də hədislərin, məkan və zamanı aşaraq yuxu arası hallar ilə şəxsən Allah Rəsuluna (s.ə.v.) soruşulması və doğruluğunun araşdırılması hadisələri olmuşdur. Məsələn böyük imam Cəlaləddin Suyuti, dəfələrlə Əfəndimizlə həm də yuxuda görüşdüyü nəql edilməkdədir. Yenə, İmam Buxari, öz kanallarıyla təsbit etdiyi hər bir hədis üçün, dəstnamaz alar, iki rükət namaz qılar və məsələni Əfəndimizin (s.ə.v.) mübarək ruhlarına həvalə edər: "Doğrumu ya Rəsulullah?" deyər; özüncə aldığı bir işarəyə görə də o hədisi kitabına yazardı. (15)

 

Buna görə, "Necə biləcəyik ki, on dörd əsrlik uzun məsafədən günümüzə qədər gələn, bu hədislər doğrudur?" sualı xatirə gəlməməlidir.

 

(Bədiüzzaman Səid Nursinin, Məktubat adlı əsərindən istifadə edilərək hazırlanmışdır.)

 

Haşiyələr

 

(1)  Buxari, Elm, 38; Müslim, Zühd, 72; Əbu Davud, Elm, 4; Tirmizi, Fiten, 70; Müsned, 1/70.

(2) Buxari, İstitabe, 6; Əbu Davud, Süne, 28.

(3)Peyğəmbərimizin (s.ə.v.) yaşadığı dövrə Əsri Səadət deyilər. Səbəbi isə İslamdan əvvəlki bədəvi bir qövmdən, İslamla şərəflənmələrindən sonra ən mədəni və fəzilətli bir cəmiyyət meydana gəlmiş, iki dünya səadətini qazandıracaq iman nemətiylə şərəflənmişlər.

(4) Abdullah İbni Abbas, Abdullah İbni Ömər, Abdullah İbni Məsud, Abdullah İbni Ravaha, Abdullah İbni Salam, Abdullah bin Əmr bin As, Abdullah bin əbi Evfa (r.ə.)

(5) Darimi, Müqəddimə, 25.

(6)  İbni Macə, Müqəddimə, 3.

(7) Bu mövzuda səhabənin hədis nəqlində göstərdiyi həssaslıqla əlaqəli daha bir çox nümunə mövcuddur. Ətraflı məlumat üçün: m. Fəthullah Gülən, Sonsuz Nur, c: 3, s: 63-68.

(8) Buxari, Elm, 38.

(9) Zehebi, Tezkiretü'l-Huffaz, 1/56; ər-Rihle, s. 127-129.

(10)  m. Accac əl-Hatib, əs-Sünnəi Kablet-Tedvin, s: 178.

(11) ər-Rihle, s. 78; İbni Macə, Müqəddimə, 17.

(12) Zehebi, Siyeri Alamin-Nübela, 4/263.

(13) m. Fəthullah Gülən, Sonsuz Nur, c: 3, s: 79.

(14) m. Accac əl-Hatib, əs-Sünnəi Kablet-Tedvin, s: 229.

(15) İbn Həcər, Tehzibü't-Tehzib, 9/49.



02-08-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz