Ana səhifə

Hədiyyə olaraq verilənlər rüşvətdir?


YazdırSend to friend

"İndiki vaxtda bəzi qanuni və mübah bilinən xüsuslar o qədər istismar edilmiş, əslindən uzaqlaşdırılmış ki, sanki haramla iç içə, yan-yana gəlmişdir. Bunun yanında, faiz və rüşvət kimi dinimizin qətiliklə rədd etdiyi bəzi haram rəftarlar da o qədər budaqlandırılmış ki, mübah rəftarlarla birlikdə mütaliə edilən hala gəlmişdir.

 

Bu növ məsələləri bir-birinə qarışdırmadan, yerinə, zamanına və vəziyyətinə görə araşdırmaq isə bir xeyli güc olmaqdadır. Bunun üçün, bir məsələni yerinə oturdaraq nəticəyə çatarkən, yaxşı niyyət daşımaq, ürəkdən gələn səsə qulaq asmaq başda axtarılan bir şərtdir.

 

Rüşvət deyilən müsibətin tərifini lüğət kitablarımız belə edər:

 

"Bir məmura haqlı və ya haqsız bir iş gördürmək üçün verilən ödəniş və ya hədiyyədir."

 

Bu qısa ifadə də görüldüyü kimi, əsas olaraq rüşvət, vəzifəli məmura verilən bir hədiyyədir.

 

Məmuru rüşvət almağa təşviq edən biri maddi, digəri mənəvi olmaq üzrə iki səbəb vardır. İlki və ən mühüm olanı, məmurun dini həssaslığının az olması, ürəyində Allah qorxusunun yer tutmaması və ya çox zəif olmasıdır. Çünki rüşvətin qanuni bir qazanc olmadığını, haram və haqsız bir çıxar qapısı sayıldığını hər kəs qəbul edər. Vicdanının səsinə qulaq asmayan, ürəyinin səsini dinləməyən məmur, bu "xəstəliyə" tutulduqdan sonra artıq yaxasını qurtara bilməz olar.

 

Mənəvi cəhəti əskik olan məmuru rüşvət almağa məcbur edən bir başqa səbəb də maddidir. Həyat şərtləri daralan, dolanışıq çətinliyi çəkən, aldığı maaşla zəruri ihiyaçlarını çətin qarşılaya bilən vəzifəli şəxs, başında olduğu işin vəziyyətinə görə, özü tərəfindən haqlı gördüyü bu bəhanələrlə birlikdə gözünü vətəndaşın əlinə və cibinə tikər. Bu "havadan" gələn "gəlirə" bir də alışdımı, artıq zamanla onu həqiqətən haqqı olaraq görməyə başlar.

 

Məmurun bu vəziyyətə düşməsinə səbəb olan iki xüsus vardır. Bir dəfə dövlətin, işlətmiş olduğu məmura günün şərtlərini də hesaba qataraq, ehtiyaclarını görə biləcək nisbətdə bir maaş verməsi lazımdır. Ta ki, məmur belə pis hallara düşməsin. İkinci olaraq, məmurun özü, imkan nisbətində iqtisad və qənaətlə hərəkət edib belə "menhus" pula etibar etməməlidir. Onsuz da özündə Allah qorxusu yerləşmiş olan məmurlar bu şəkildə etməkdədirlər.

 

Zamanımızda bəzi məmurlar isə, etdiyi işin məsuliyyətini, daşımış olduğu məsuliyyətin böyüklüyü və işğal etmiş olduğu mövqenin vəziyyətini də hesaba qataraq, sanki rüşvəti mübahmış kimi görməkdədir. Hətta belə bir şey əlinə keçməyincə də vətəndaşın işini axsatmaqda və ya heç etməməkdədir. Bu da məsələnin psixoloji istiqamətidir.

 

Bütün bunlarla birlikdə, dövlət, məmuruna müəyyən bir maaş təqdir etmişdir. O kimsənin haqqı, özünə təqdir edilən maaşıdır. Bunun xaricində məmurun müxtəlif bəhanələrlə xalqdan bir şey istəməsi və ya alması həqiqi haqqı olmayıb, hansı adı daşımış olursa olsun, rüşvətdən başqa bir şey deyil.

 

Bəqərə Surəsinin 188-ci ayəsində keçən "Mallarınızı aranızda haqsız səbəblərlə yeməyin" tərcüməsindəki ifadə, rüşvəti rədd edən ilahi bir əmrdir. Rüşvəti alanın da, verənin də Allahın lənətinə düşəcəyini bildirən Peyğəmbər Əfəndimiz (s.ə.v.) isə, zəkat yığmaqdan dönən bir vəzifəlinin yanında olan bəzi şeyləri "hədiyyə" deyərək öz tərəfinə ayırması üzərinə belə buyurmuşdur:

 

"Qəribə şey, bu adam (bir mal məmuru olmayıb da) atasının və ya anasının evində otursaydı özünə hədiyyə verilərdi, yoxsa verilməzdi, o zaman görərdi. "2

 

Bu sözlərindən sonra Peyğəmbərimiz, belə kəslərin axirətdə də böyük bir əzaba düşəcəklərini xəbər verər.

 

Xəlifə Ömər bin Əbdüləzizi uşaqlar əllərində alma dolu qablarla qarşılayarlar. Ətrafındakılar, Hz. Əbu Bəkir və Ömərin verilən hədiyyələri qəbul etdiklərini xatırladaraq, Xəlifənin təqdim edilən hədiyyələri qəbul etməsini söyləyərlər. Uca Xəlifə bu cavabı verər:

 

"Hədiyyə onlar üçün hədiyyə idi, lakin onlardan sonrakı məmurlar üçün hədiyyə bir rüşvətdir. "3

 

Lakin, yalan məsələsində olduğu kimi, rüşvət xüsusunda da bir çarənin olduğunu ifadə edək. Çünki bəzən elə hallar olar ki, insan çox böyük haqsızlıqlardan qorunmaq üçün məmurun israrla istədiyi şeyi vermək məcburiyyətində qala bilər. Bunun üçün düşdüyü haqsızlığı və ya zülmü, bütün qanuni yollara müraciət etməsinə baxmayaraq bitərəf edə bilməyən insan, qəsb edilmiş  malını və ya başqasının üzərində olan öz haqqını ala bilməmə vəziyyətiylə qarşı-qarşıya gələ bilər. Bu barədə İbni Abidin mərhum belə deyər:

 

"Zalım bir idarəçinin zülmünü özündən və malından dəf etmək və ya öz haqqını almaq üçün verdiyi bir şey, verən haqqında rüşvət sayılmaz. "4

 

Belə çox böyük bir zərurət qarşısında rüşvət vermək məcburiyyətində qalan insan, "Zərurətlər haramı halal edər" qanunu kimi məsul olmaz. Lakin, alan üçün yenə rüşvətdir, haramdır. Ayrıca bu yolla haqqını alan adam, bu işi görərkən başqasını zərər çəkmiş etməməli, onun haqqına təcavüz etməməlidir.

 

Bu vaxt, rüşvətlə hədiyyəni bir-birindən ayırmaq lazımdır. Rüşvət sayılan hədiyyə, hələ iş görülmədən vətəndaş tərəfindən vəzifəli məmura verilməkdədir. Bunun köməyiylə haqlı və ya haqsız işini görməkdə, onu bir vasitə olaraq istifadə etməkdədir. Hədiyyə isə, maddi və mənəvi heç bir qarşılıq gözlənilmədən, arzu edilmədən verilən bir şeydir. Hədiyyəni verən kimsə, bunun qarşılığında nə bir iş gördürmə niyyətini daşımaqda, nə də verdiyi kimsəyə bir minnət etməkdədir. Tamamilə içindən gələrək, könülündən çıxarmaqdadır.

 

Məsələn bir poçt məmuru, vətəndaşa bir məktub və ya bir teleqraf gətirməkdədir. Vətəndaş da aldığı müjdəli bir xəbər qarşısında məmura içindən qoparaq "bəxşiş, hədiyyə" adı altında bir şey verməkdədir. Burada, onsuz da o pul verilsə də, verilməsə də, məmur o məktubu gətirəcək. Bunun üçün, bu pulun rüşvətə girdiyini söyləmək mümkün deyil.

 

Digər tərəfdən, arzu edilən iş görüldükdən sonra məmura verilən hədiyyə də rüşvət sayılmamaqdadır. Bu barədə İbni Abidin bu fikiri zikr edər:

 

"Bir adam, sultanla bitəcək bir işini onun bir yaxını vasitəsiylə görər də, işi bitdikdən sonra vasitəsi olan bu adama hədiyyə qabilindən bir şey versə bu rüşvət olmaz. Ancaq daha işi görmədən əvvəl bir hədiyyə istəyində olsa bu haramdır."

 

Yenə buna bənzər bir fətvaya da əl-Feteva'l-Hindiyye'de rast gəlməkdəyik. Belə deyilməkdədir:

 

 

 1. İbni Macə, Ehkam: 2.

 2. Buxari, Hədiyyə: 15.

 3. Umdetul-Kari, 13: 154.

 4. Reddül-Muhtar, 5: 272.



08-08-2010 12:00:00