Ana səhifə

Həmd (tərifləmək və təriflənmək) aləmlərin Rəbbi Allaha məxsusdur. Buradakı tərifləmə Allahın insanı tərifləməsi, təriflənmə isə Allahın təriflənməsi mənasındadır?


YazdırSend to friend

 

Həmd sözünün məsdər kimi ismi fel və tamamlıq mənasını verdiyi və tərifləmə və təriflənmək sözlərini ifadə etdiyi doğrudur. Bu iki mənanı nəzərə aldıqda sualda işarə edilən mənalar da doğrudur. Hamdi Yazır “həmd” anlayışı üzərində çox dayanmış, sualdakı məlumatlara da yer vermişdir.

Ancaq ümumi prinsip olaraq, Fatihə surəsinin əvvəlindəki “həmd” anlayışı alimlər tərəfindən (təriflənmək) deyil, tərifləmək mənasında işlənir. (bax: Taberi, İbn Kesir, Razi, Nesefi, əlaqədar ayənin təfsiri.)

Ona görə tərifləyən yaradılanlardır, təriflənən isə Uca Yaradandır. Azərbaycan dilində bunu “tərif” olaraq ifadə etmək daha uyğundur. Quran tərcümələrində, demək olar ki, ərəb dilindəki “həmd” sözü verilir.

Bu geniş mənadakı tərifi ifadə etdiyi üçün “əl-hamdu lillah” ifadəsi “Nə qədər həmd və tərif varsa, kimdən gələrsə gəlsin, kimə edilirsə edilsin, (hansı nemət, yaxşılıq üçün olarsa olsun), əvvəldən əzəlidən əbədiyə qədər, Allah deyə adlandırılan Vacibul-Vücuda məxsusdur.” şəklində açıqlanmışdır. (bax: Nursi, Mektubat, 367)

Bədiüzzamanın fikrincə, “nə qədər həmd varsa” hökmü ümumiləşdirmə ifadə edən və bir tərif ədatı olan “əl” artiklından irəli gəlir. “Kimdən gələrsə gəlsin” mənası isə “Həmd” kəlməsinin içində ifadə edilir. “Həmd” (ərəb dilində) məsdərdir. Fellik xüsusiyyətini itirdiyinə görə burada ümumi məna ifadə edir. Yenə tamamlığın  atıldığı bu cür xitab xarakterli məqamlarda ümumi mənada olduğu üçün “kimə edilərsə edilsin” hökmünə işarə edir. “Əzəlidən əbədiyə qədər” mənası isə fel cümləsindən isim cümləsinə qalıcılıq, qərarlılıq və davamiyyəti ifadə etdiyi üçün o mənanı ifadə edir. “Allaha məxsusdur” mənasını “Lillah”dakı “lami-cərr” ifadə edir. Çünki o “lam” hərfi məxsusluq və sahiblik ifadə edir. “Vacibul-Vücud” adı isə Ululuğun bir gərəyi və Zati-Zülcəlala ünvanlanan ifadədir. “Lafzullah” böyüklük ifadə edən ad olduğuna görə digər ad və sifətlərə aid olduğu üçün Vacibul-Vücud ünvanına da aiddir. (a.k.ə.).

 



08-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz