Ana səhifə

Hənəfi Məzhəbində Fəqihərin mərtəbələri


YazdırSend to friend

    Bildyimiz kimi hər məzhəbdə Fəqihlərin təbəqəsi olur. Bu hər bir müsəlmana elm sahəsində ona öz yerini bildirilməsi üçün zəruri bir məsələdir. Çünki zamanımızda elmi məsələlələr o qədər aşağı səviyyəyə düşüb ki, artıq hamı özününün bu sahədə söz demək haqqı olduqunu düşünür. Əsada bizim Azərbaycanda. Mən bu bölgünü məzhəbimiz Hənəfilərə görə qeyd edəcəm. 

    Hənəfilərdə ilk dəfə bu bölgünü Osmanlının və Hənəfilərin ən məşhur alimlərindən biri olan Şeyxulİslam Əhməd ibn Suleyman məşhur adı ilə İbn Kamal Paşa etmişdir. Mən təbəqəni İbn Kamal Paşanın böldüyü sistem üzrə yazacam. Çünki bu bölgü ən məşhur və qəbul olunan bölgüdür. Lakin bu bölgüyə qarşı etiraz edən Hənəfi alimləridə vardır. Bu ixtilafa sonda toxunacam. İndi təbəqəni sizə təqdim edirəm:

    1- MÜTLƏQ -MÜÇTƏHİD: Üsulda və şəri elmlərdə əsla bir başqa müçtəhidi təqlid etməzlər. Mütləq olaraq içtihad sahibidirlər. Üsul və qaydaları hazırlayaraq nəsslərdən dəlillər çıxardarlar. Misal olaraq məzhəb imamları olan: Əbu Hənifə, İmam Malik, İmam Şafi və İmam Əhmədi zikr etmək olar (radiyallahu anhum) Hənəfilərdə yeganə Mütləq-Müçtəhid Əbu Hənifədir.

    2- MÜÇTƏHİD FİL-MƏZHƏB: Onlar nəsslərdən dəlil çıxartmaq hüququna sahib və qadir olduqları halda belə etməzlər. Məzhəb imamının təyin etdiyi "Üsul və Qaydalarına" uyarlar. Onlar fəri məsələlərdə Şeyxlərinə xilaf edərlər. Lakin üsulda onu təqlid edərlər. Bunlara misal olaraq Əbu Hənifənin böyük tələbələri olan: İmam Əbu Yusuf və İmam Muhammədin adını zikr etmək olar.

     3- MÜÇTƏHİD FİL MƏSƏİL: Bunlar müəyyən olunmuş məsələlərdə içtihad edərlər. Mənsub olduqları məzhəbdə hökümləri olmayan yeni məsələlərdə içtihad etmək səlahiyyətindədirlər. Bunlara misal olaraq: İmam Tahavi, İmam Kərxi, İmam Səraxsi, İmam Pəzdəvi, İmam Həlavani, İmam Qadixan və.s böyük alimlərin adını vermək olar.

   4- ƏSHABUT-TƏXRİC MİNƏL MUQƏLLİDİN: Bunlar məsələləri təxric edən fəqihlərdir. Bağlı olduqları məzhəhbdə məsələləri o məzhəbinin qaydasına görə ortaya çıxardarlar. Lakin özləri içtihad etməzlər. Bunlara misal olaraq: İmam Razinin adını vermək olar.

    5- ƏSHABUT-TƏRCİH MİNƏL MUQƏLLİDİN: Məzhəbdəki müxtəlif məsələr və ziddiyyət təşkil edən görüşləri bir-birinə tərcih edərək bu görüşün başqa görüşdən daha səhih olduqunu deyən fəqihlərdir. Bunlara misal olaraq: İmam Quduri, İmam Mərğinanin adını vermək olar.

   6- ƏSHABUT-TƏMYİZ MİNƏL MUQƏLLİDİN: Olduqları məzhəbdə olan görüşlərin hansının güclü və hansının zəif olduqunu bildirərlər. Bunlara misal olaraq: İmam Nəsəfi və İmam Mavsilinin adını vermək olar.

   7- MUQALLİD: Bu təbəqə içtihad, təxric, tərcih səlahiyyəti olmayan sadəcə məzhəbin hökümləri ilə məsələləri və dəlilləri əzbərləyən insanlardır. Bu qismə yuxarda qeyd etdiyimiz səlaəhiyyətə sahib olmayan alimlərdə aiddir. Buna Tam muqalliddə deyilir. Biz fəqirlərdə bu qismə aidik.

(Qaynaq: İbn Kamal Paşa (Məxtut): "Rasail İbn Kamal Paşa" İbn Abidin,"Şərhu Uqud Rasmil-Mufti" səhifə: 44-50)
___________________________________________________

Qeyd: Bu bölgüyə etiraz edən Hənəfi alimləri olmuşdur. Bölgünü fərqli bölən alimlərdə olmuşdur. Amma başda qeyd etdiyim kimi bu bölgü məzhəbdə qəbul olunan ən məşhur bölgüdür. Taqyuddin Ət-Təmimi, Ömər ibn Ömər Əz-Zuhri və İbn Abidin bu bölgüylə razı olmuşlardır. Bu bölgüyə qarşı gələn ən məşhur Hənəfi alimi İmam Mərcanidir. Onun bu bölgüdə etdiyi ən böyük etiraz Əbu Yusuf və İmam Muhammədin Əbu Hənifəni təqlid etdiyi məsələsinə etirazdır. Onların Əbu Hənifəni təqlid etdiyinə etiraz edir.
_____________________________________________

Burda bilməyimiz lazım olan məsələ budur ki, bu elmdə öz yerimizi bilək. Hansı qrupa və hansı səlahiyyətə sahib olduqumuzu bilək. Azərbaycanda "ƏSHƏBUT-TƏXRİC" təbəqəsində özünü hiss edən insanlarda vardır. Onun üçün o təbəqədə olan alimlərə diqqət edib yerimizi bilməyimiz daha doğru olar. Doğrusunu Allah Bilir.

Yazdı: Firudin Babaoğlu

Müəllif: 


04-04-2018 12:18:54