Ana səhifə

Hənəfi Məzhəbində namazdan sonrakı zikr niyə sünnət qılındıqdan sonra edilir ?


YazdırSend to friend

Hənəfi fəqihi Məvsili, məzhəbin ən etibarlı kitablarından biri hesab olunan "Əl İxtiyar" əsərində bu haqda deyir:

"Özündən sonra sünnə namazı olan bütün namazlardan sonra oturmaq məkruhdur. Sünnəti qılmalıdır ki, sünnətlə Fərz arasında fasilə olmasın"

Son sünnəsi olan namazlarda, fərzi qıldıqdan sonra, (Allahummə əntəssəlâm və minkəssəlâm təbârəktə ya zəl-cəlali vəl-ikram) deyəcək qədər oturular. Daha çox gözləmək məkruhdur. Dərhal sünnəti qılmağa qalxmalıdır. (İbni Abidin)

Fərzdən sonra, dərhal son sünnəyə qalxmaq, arada bir şey oxumamaq, Hənəfidə sünnədir. Rəsulullah sallallahu aleyhi və səlləm, fərzi qılınca (Allahummə əntəssəlâm və minkəssəlâm təbârəktə ya zəl-cəlali vəl-ikram) deyəcək qədər oturub, çox oturmaz, dərhal son sünnəti qılardı. (Mərakıl-fəlah)

Rəsulullah sallallahu aleyhi və səlləm, namazdan sonra salam verincə, yalnız (Allahummə əntəssəlâm və minkəssəlâm təbârəktə ya zəl-cəlali vəl-ikram)  deyəcək qədər oturardı. (Tirmizi)

298-Hz Âişə (r.anha) 'dan rəvayətə görə, belə demişdir: "Rasûlullah (sallallahu aleyhi və səlləm) salam verdikdən sonra "Allahummə əntəssəlâm və minkəssəlâm təbârəktə ya zəl-cəlali vəl-ikram" deyəcək qədər oturardı. (Ey Allah'ım sən hər cür qüsur və nöqsanlıqlardan uzaqsan, hər cür hüzur rahat və afiyət də səndədir. Cəlal və ikram sahibi olan sən nə Mübarəksən.)" (Müslim, Məsacid: 26; İbn Mâcə, İqamə: 32)

Hənnâd (Allah ondan razı olsun), eyni sənədlə bu hədisin bənzərini bizə bildirib və "Təbarəktə" kəlməsindən sonra "Ya" nı əlavə etdi. (Müslim, Məsacid: 27)

Bu mövzuda Səvban, İbn Ömər, İbn Abbâs, Əbû Saîd, Əbû Hüreyrə və Muğirə b. Şu`bə`dən də hədis rəvayət edilmişdir.

Tirmizi: Âişə'nin (298) nömrəli hədisi həsən səhihdir.

Xalid əl Hazza Âişə'nin hədisinin bir bənzərini Abdullah b. Haris və Asim yoluyla bizə bildirmişdir.



15-09-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz