Ana səhifə

HƏR CÜMLƏ BİR E`TİQAD


Əhli sünnət və-l-camaat məzhəbinin etiqad əsaslarını 45 bənddə cəm edərək sizə təqdim edirik. Bu əsaslar İmam Taftazaninin “ Şərhu Əqaidu-n-Nəsəfiyyə ” kitabından toplanmışdır.

1-    Biz inanırıq ki, Allah təkdir, şəriki yoxdur.

2-    Biz inanırıq ki, bütün aləmi Allah təala yaratmışdır.

3-    Biz inanırıq ki, Allah təkdir, Başlanğıcı yoxdur (əl-Qədim), Diridir (əl-Həyy), Hər şeyə qadirdir (əl-Qadir), Hər şeyi biləndir (əl-Aliim), Hər şeyi eşidəndir (əs-Səmi`), Hər şeyi görəndir (əl-Basiir), İstədiyini edəndir (əş-Şəəii).

4-    Biz inanırıq ki, Onun elmi və qüdrəti xaricində heç nə baş verə bilməz.

5-    Biz inanırıq ki, Allahın elm, qüdrət, həyat, qüvvət, eşitmək, görmək, yaratmaq və kəlam kimi əzəli sifətləri vardır.

6-    Biz inanırıq ki, Qur`an Allah`ın kəlamıdır və yaradılmamışdır. Yəni sonradan var olmamışdır.

7-    Biz inanırıq ki, Axirətdə möminlər Allah təalanı görə bilcəkdir.

8-    Biz inanırıq ki, qulların bütün əməllərini Allah təala yaradır.

9-    Biz inanırıq ki, qulların əməl etməkdə seçim ixtiyarı vardır.

10-  Biz inanırıq ki, qul gücü çatandan artığa cavabdeh deyildir.

11-  Biz inanırıq ki, qətl edilən kəs də öz əcəli ilə ölür.

12-  Biz inanırıq ki, haram da ruzidir.

13-  Biz inanırıq ki, Allah təala istədiyini doğru yola yönəldir, istədiyini də azdırır.

14-  Biz inanırıq ki, kafirlər və bəzi asi möminlər üçün qəbir əzabı vardır.

15-  Bİz inanırıq ki, taət sahibləri qəbirdə nemət görürlər.

16-  Biz inanırıq ki, Axirətdə əməllərin çəkiləcəyi haqdır.

17-  Biz inanırıq ki, savab və günah əməllərin yazıldığı “ Əməl dəftəri ” haqdır.

18-  Biz inanırıq ki, Axirətdə sorğu-sual olacaqdır.

19-  Biz inanırıq ki, Rəsulullahın (sallallahu aleyhi va səlləm) Kövsər hovuzu haqdır.

20-  Biz inanırıq ki, Sirat körpüsü vardır.

21-  Biz inanırıq ki, Cənnət də, Cəhənnəm də vardır.

22-  Biz inanırıq ki, böyük günah işləyən, onu halal saymadıqca kafir olmaz.

23-  Biz inanırıq ki, iman artmaz azalmaz, yəqinlik artar-azalar.(İmam Əbu-l-Həsən Əş`əriyə görə yəqinlik elə artan azalan imandır.)

24-  Biz inanırıq ki, iman və islam bir pulun iki üzü kimidir.

25-  Biz inaırıq ki, birinci peyğəmbər Adəm aleyhissalam, sonuncu peyğəmbər isə Məhəmməd Mustafadır  (sallallahu aleyhi va səlləm)

26-  Biz inanırıq ki, yüz iyirmi dörd mindən çox peyğəmbər vardır.

27-  Biz inanırıq ki, mələklər vardır.

28-  Biz inanırıq ki, Tövrat, İncil, Zəbur və Qur`an Allah təalanın nazil etdiyi haq kitablardır.

29-  Biz inanırıq ki, Merac hadisəsi baş vermişdir, haqdır.

30-  Biz inanırıq ki, övliyaların kəraməti vardır.

31-  Bİz inanırıq ki, Peyğəmbərimizdən sonra ən fəzlilətli insan Əbu Bəkr əs-Sıddıqdır (Radıyallahu anhu)

32-  Biz inanırıq ki, hər bir təqva və günah sahibinin arxasında namaz qılmaq, həmçinin hər bir təqva və günah sahibinin üzərinə cənazə namazı qılmaq caizdir.

33-  Biz səhabələri xeyirdən başqa bir şeylə yad etmərik.

34-  Biz inanırıq ki, bu  on nəfər; Əbu Bəkr əs-Sıddıq, Ömər ibn əl-Xəttab, Osman ibn əl-Əffan, Əli ibn Əbi Talib, Təlha ibn Ubeydullah, Zubeyr ibn əl-Əvvam, Abdurrahmən ibn Auf, Sə`d ibn Əbi Vəqqas, Əbu Ubeydə ibn əl-Cərrah və Səid ibn Zeyd (Allah hamısından razı olsun)  sağlıqlarında ikən Cənnətlə müjdələnibdir.

35-  Biz səfərdə və iqamət halında məs (xuff) üzərinə məsh etməyi caiz görürük. (Şərtlərə cavab verməyən corab üzərinə məsh caiz deyildir.)

36-  Biz inanırıq ki, övliya peyğəmbər dərəcəsinə yüksələ bilməz.

37-  Biz inanırıq ki, əmr və qadağanlar heç bir zaman qulun üzərindən qalxa bilməz.

38-  Biz inanırıq ki, Allah`dan ümid kəsmək küfrdür.

39-  Qiblə əhlindən heç kəsi kafir adlandırmırıq.

40-  Biz inanırıq ki, kahin və falçının qeybdən dediklərini təsdiq etmək küfrdür.

41-  Biz inanırıq ki, dirilərin ölülər üçün etdikləri savab əməllərin (Qur`an oxumaq, sədəqə vermək və s.) ölülərə xeyri vardır.

42-  Biz inanırıq ki, Allah təala duaları qəbul edir, ehtiyacları ödəyir.

43-  Bİz inanırıq ki, Qiyamətin böyük və kiçik əlamətləri vardır.

44-  Biz inanırıq ki, müctəhid xəta da edə bilər, isabət də edə bilər və xətasına bir savab, isabət etdiyinə isə iki savab qazanır.

45-  Biz inanırıq ki, bəşər oğlundan olan rəsullar, mələklərin rəsullarından üstündür. Mələklərin rəsulları geridə qalan bəşər oğullarından üstündür. Bəşər oğulları da geridə qalan mələklərdən üstündür.

Mülkədar Hacıoğlu/İlahiyyat Məscidi.



03-09-2014 12:00:00