Ana səhifə

Hər şey sudan yaradıldı. Cinlərdə sudan yaradılıb?


YazdırSend to friend

Qur`anda bütün canlıların sudan yaradıldığı açıqca ifadə edilmişdir. Əlaqədar ayələrin tərcüməsi belədir:

"Həyatı olan hər şeyi sudan yaratdıq. Hələ inanmayacaqlar? "(Enbiya, 21/30)

"Allah hər canlını sudan yaratdı. Bəzisi qarını üstündə sürünər, bəzisi iki ayaq üstündə gəzər, bəzisi də dörd ayaq üstündə gəzər. Allah dilədiyini yaradar. Şübhəsiz Allah hər şeyə qadirdir. "(Nur, 24/45)

- "Allah insanı saxsı kimi bişmiş palçıqdan (salsal) yaratdı. Cini isə xalis (min məric) alovdan yaratdı. "(Rahman, 55/14, 15)

- Allah`ın kəlamında əlbəttə bir ziddiyyət ola bilməz. Bunun ən yığcam ifadəsi belədir: "canlı olan hər şeyin sudan yaradıldığını" ifadə edən  ayələrdə vurğulanan xüsus, bir ümumi yanaşmadır, həyatları boyunca ən çox faydalandıqları, ən çox möhtac olduqları ünsürü su olan canlılar üçün istifadə edilmiş bir ifadədir.

-  Cinlərin və mələklərin sudan yaradılmadıqları həqiqəti, bunların, Qur`anın ümumi ifadəsinin xaricində olduqlarını göstərməkdədir. Nur surəsindəki ayədəki canlıların təsviri, dünyada yaşayan və gözlə görünən canlıları ön plana çıxarmaqdadır.



17-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz