Ana səhifə

"Hər şeyi cüt (erkək və dişi) yaratdıq" (Zariyat, 49) ayəsinə görə, mələklərdəmi cüt yaradılmışdır? Halbuki mələklərin və bəzi tək hüceyrəli canlıların cinsiyyəti olmur?


YazdırSend to friend

Cüt olmaq, təkcə cinsiyyət baxımından dişi-erkək mənasında istifadə edilməz. Bunun yanında bir şeyin iki fərqli parçadan meydana gəldiyini də ifadə edər. Məsələn insanlar bir tərəfdən kişi-qadın cütündən meydana gəlir, digər tərəfdən hər kişi və hər qadın ruh və bədən ikilisinə/cütünə sahibdir.

Cüt anlayışı, eyni zamanda kainatın ikili sistemini ifadə etməkdədir.

Kosmik Şorba: Kainat da bu qüsursuz ikili /cüt sistem  çərçivəsində yaradılmışdır. Yaradılışın ilk anlarını təsvir edən "maddə-i aciniyə," "ilk cövhərə", "kosmik şorba" kimi adlarla xatırladığımız kainatın o ilk dövründə varlıqlar, "maddə-antimaddə" şəklində ikili bir sistemə görə tənzimlənərək yaradılmışdır. Eynşteynin məşhur "E=mc2" düsturu da kainatın, maddə-enerji ikilisindən meydana gələn bir xəmirdən yaradıldığını ortaya qoymaqdadır(bax. Niyazi Beki, Rahman Surəsi təfsiri, s. 77).

Atom Sistemi: Kosmologiya mütəxəssislərinin bildirdiyinə görə, "kosmik şorba"dövründən sonra kainatın təməl maddələri olan atomlar yaradılmışdır. Canlılar kimi cütdür. Məsələn: Bir protonun yaradılması üçün, bu qədər enerjini daşıyan iki fotonun bir araya gəlməsi lazımdır. Kütlə enerjisinə sahib iki qamma şüasının toqquşması sonunda bir proton, bir də antiproton olmaq üzrə bir parçacıq cütü yaradılar. Proton müsbət, antiproton isə mənfi elektrik yükünə malikdir. Kütləsi isə protonla eynidir.

Yenə atomun nüvəsi xaricində iki əhəmiyyətli parçasından biri olan elektonlar da anti maddəsi olan pozitronla birlikdə yaradılmışdır. Müsbət elm, kainatın təməl quruluşunun "atom" olduğunu, atomun isə mənfi və müsbət yüklü ünsürlərdən meydana gəldiyini ifadə etməkdədir(a. k. y).

Mələklər nurdan/işıqdan yaradılmışdır. İşıqdakı ikili sistem mələklərdə də var deməkdir. İşığı meydana gətirən parçacıqların yəni fotoların kütləsi olmasa da enerji quruluşu vardır. Fizika elmində foton, elektromaqnetik sahənin kvantı, İşığın təməl "vahidi" və tümel elektromaqnetik şüaların qəlibi olan təməl parçacıqdır. Digər bütün təməl parçacıqlar kimi foton da kvant mexaniği ilə idarə olunar və dalğa parçacıq ikiliyi göstərər. Bu hal fotonun həm dalğa həm də parçacıq xüsusiyyətinə sahib olduğunu göstərər( VİKİPEDYA).

Bu şərhlərdən də aydın olur ki, Nurdan/işıqdan yaradılmış olan mələklər üçün də cüt anlayışı, ikili sistem anlayışı etibarlıdır.

Digər tərəfdən, nurdan yaradılmış olan mələklərin təməssül (cisimlənmək) qabiliyyətləri olduğu üçün bəzi bədənlərə də girə bilirlər. Hz. Cebarailin Dıhyə (səhabələrdən biri) surətində girməsi kimi. Bu misali (nümunə) bədənləri onları bir cüt sistemə daxil edə bilər.

Tək hüceyrəli canlılar bir hüceyrədən meydana gəlmiş canlılardır

Ümumiyyətlə tək hüceyrəlilərdə görülən AMİTOZ  bölünmə vasitəsiylə o növə aid olan fərd sayı artar. Amitoz bölünmə edən hüceyrələrin əvvəl nüvəsi uzanar, nüvənin uzanmasıyla nüvəcik də uzanıb buğumlanaraq ikiyə ayrılar. Bunun ardınca sitoplazma bölünməsi baş verir və bir hüceyrədən iki yeni bala meydana gələcək şəkildə bölünmə reallaşar.

Digər hüceyrələr üçün cinsli bölünmə deyildiyi kimi, tək hüceyrəli bölünməyə də cinssiz bölünmə deyilir. Hz. İsa aleyhissalamı atasız yaradan Allah, tək hüceyrəni də cinssiz yaradır. Ancaq bu bölünmə də bir cür döllənmədir və cüt olma anlayışına daxildir.

Xülasəylə, canlı-cansız hər şey, elektron, neytron və protonlardan meydana gəlir. Bu üç ünsürün də tayları vardır ki bunlar anti elektron, anti neytron, anti protondur. Buna görə hər şey cütdür, ikili sistemə malikdir.

   "Biz hər şeydən də iki cüt yaratdıq ki, bəlkə, siz düşünüb ibrət alasınız!." (Zariyat, 51/49) ayəsinə görə atom, bakteriya, virus, ilbizin də cütü vardırmı?



21-08-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz