Ana səhifə

Həsəd etmək qədərə etiraz etməkdirmi?


YazdırSend to friend

Həsədlə əlaqədar bir ayə:

 

"Yoxsa onlar Allahın Öz lütfündən insanlara verdiyi şeyə görə onlara həsəd aparırlar?" (Nisa Surəsi , 54)

 

Bir insan düşünək: müəyyən bir nemətə çatmaq üçün əlindən gələn səyi göstərmiş, halal dairədə işləmiş, feli və qövli duasını etdikdən sonra Rəbbinin rəhmətini, inayətini gözləməyə başlamışdır. Bu insana edilən ilahi lütf qarşısında möminə düşən vəzifə, o nemətə özü nail olmuş kimi sevinməkdir. Qədərə iman da, İslam qardaşlığı da bunu tələb edir.

Belə etməyib həsəd və düşmənlik yolunu tutanlar üçün ustad Bədiüzzamandan bir təhdid cümləsi: "Qədəri tənqid edən başını hörsə vurar, qırar. Rəhmətə etiraz edən, rəhmətdən məhrum qalar." (Məktubat)

Başdakı ayəti-kərimədə, "Allahın Öz lütfündən insanlara verdiyi" şəklində çox hikmətli bir qeyd var. Bu qeyddən çıxış edərək təfsirçilərimiz, halal olmayan qazanclara həsəd edilə biləcəyini ifadə etmişlər və "Möhtəkirin əlindəki malın getməsini arzu etmək həsəd deyil, səydir, ədalətdir,"-demişlər.

Buna görə bir adam oğurluq edərək zəngin olsa, o malın ondan alınmasını arzu etmək həsəd deyil. Həsəd, "Allahın lütfüylə verdiyi" halal sərvət, mövqe yaxud fəziləti qısqanmaqdır. Bunların, bir mömindən alınmasını arzu etmək isə, qədəri tənqid və rəhmətə etiraz mənasını daşıyır.

Bu vəsiləylə qibtə və həsədin fərqinə toxunmaq istəyirik: Birinin əlindəki bir mala, yaxud bir imkana həvəslənmək, özünün də ona sahib olmasını istəmək qibtədir və caizdir. Həsəd isə o malın, o imkanın özünə verilməsini deyil o şəxsdən getməsini istəməkdir.



26-04-2011 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz