Ana səhifə

HƏZRƏTİ MUHƏMMƏD (s.ə.v)


Bəşəriyyət həqiqi mədəniyyəti Həzrəti Məhəmməd (s.ə.v.) sayəsində tanımış və mənimsəmişdir. Ondan sonra bu istiqamətdə göstərilən hər səy, Onun gətirdiyi əsasları təqlid və təkrardan başqa bir şey deyildir. Beləliklə də, Ona həqiqi mədəniyyətin qurucusu demək daha uyğun olar.

* * *

Tənbələ və tənbəlliyə üz verməyən, işi ibadət sayıb, çalışqanı alqışlayan, yolunda gedənlərə gələcəyi və bütün insanlığa müvazinət ünsürü olma əsaslarını göstərən Həzrəti Məhəmməddir (s.ə.v.).

* * *

Həzrəti Məhəmməd (s.ə.v.) küfrün, vəhşətin əleyhinə bir calallı və bəlağətli qılınc kimi ortaya çıxmaq, hər yanda gur şəkildə həqiqətləri elan etmə və insanlığa həqiqi var olmağın yollarını göstərməkdə tayı-bərabəri olmayan bir Şəxsiyyətdir.

* * *

Yer üzündə cəhalətin, küfrün və vəhşətin sevmədiyi bir insan varsa, o da Həzrəti Məhəmməddir (s.ə.v.). Nə olursa olsun, həqiqəti axtaran və mədəniyyətə susamış olan könüllər gec-tez Onu axtarıb tapacaq və bir daha da Onun izindən ayrılmayacaqdır.

* * *

Din, namus, vətən və milləti qorumaq yolunda mübarizənin bir cihad, cihadın da əlçatmaz bir ibadət olduğunu fövqəladə bir nizam içində insanlığa təbliğ edən Həzrəti Məhəmməddir (s.ə.v.).

* * *

Həqiqi mənada azadlığı insanlığa ilk dəfə elan edən, insanların hüquq və ədalətdə bir-birinə bərabər olduqlarını vicdanlara duyduran, üstünlüyü əxlaq, fəzilət və təqvada axtaran, zalıma və zalım düşüncəyə qarşı həqiqəti hayqırmağı ibadət sayan, Həzrəti Məhəmməddir (s.ə.v.).

Fanilik və ölümün çöhrəsindəki pərdəni aradan qaldıran, qəbri əbədi səadət aləminin gözləmə dəhlizi olaraq göstərən, hər yaş və hər başda xoşbəxtlik axtaran könülləri Xızır bulağına aparıb onlara ölümsüzlük şərbəti içirən Həzrəti Məhəmməddir (s.ə.v.).

* * *



24-07-2013 12:00:00