Ana səhifə

Hadisələr, varlıqları qiymətləndirmək onları səhv qəbul etməyə səbəb ola bilər? Kainatdakı görülən mükəmməl fəaliyyət necə qiymətləndirməlidir?


YazdırSend to friend

 

Ətrafımızda reallaşan hadisələri səthi olaraq qiymətləndirmək onları çox vaxt səhv qəbul etməyə və səhv şərh etməyə səbəb ola bilər. Çöldə, uzaqdan baxıldığında ilğım su zənn edilər. Göy yüzünə baxıldığında günəşin hərəkət etdiyi dünyanın dayandığı müşahidə edilər; halbuki həqiqətdə, hərəkət edən dünya sabit dayanan isə günəşdir. Yenə eyni şəkildə, uzaqdan baxıldığında bir ulduz, şam alovu kimi göründüyü kimi nə qədər həqiqətlər vardır ki uzaqdan baxıldığında layiqiylə aydın ola bilməz.

 

İlahi həqiqətlərə qarşı qeydsiz qalmaq, lazım olan ciddiliyi göstərməmək də bu həqiqətlərin gizlənməsinə səbəb olar. Qəflət olaraq təyin etdiyimiz vəziyyət qarşısında insan, bu aləmi başdan başa qucaqlayan incə nizamı, mükəmməl intizamı, möcüzə ahəngi, göz qamaşdıran gözəlliyi görə bilməz. Məsələn, bu kainatın bir fabrik kimi asan və ahəngli idarə edilməsinə, sistemli bir şəkildə işlədilməsinə baxa bilməz. Bütün canlıların hava sayəsində həyatlarını davam etdirməsini, gecə-gündüz və mövsümlərin bir-biri ardı sıra hikmətlə düzülməsini, yağışın buludlardan vedrəylə deyil də dənə dənə yağmasını, zərərli Günəş işıqlarının atmosferdə süzülməsini görə bilməzlər.

 

Bütün nüvə və toxumlardan növ növ ağacların sənətli bir şəkildə yaradılmasını, sperma və yumurtalardan bir çox canlının hikmətlə yaradılmasını diqqətlə düşünə bilməz. Hər baharda yenidən yaradılan minlərlə yarpaq və çiçəyin şəkil baxımından bir-birinə oxşamaqla birlikdə çox incə nüanslarla bir-birindən ayrılmasını fərq edə bilməz.

 

Heyvanların yaradılış baxımından bir-birindən fərqlərini, müxtəlif hiss və orqanlarını, nizamlı bir şəkildə bəslənməsini, doğulub, böyümə və ölməsini qavraya bilməz.

 

Nəticə olaraq, bu aləmdə əks olunmaları görülən sonsuz bir qüdrətin güc və qüvvət sahibindən, sonsuz bir elmin, elm sahibindən, bütün varlıqların faydalı istiqamətlərinin bir hikmət sahibindən gəldiyini anlaya bilməz.

 

Allahın adlarının əks olunma sahəsi olan bu kainata səthi bir dünyagörüşüylə baxan kimsə onlardakı ilahi hikmətləri sezə bilməz, qavraya bilməz, anlaya bilməz. Allahın varlıq və birliyindən, böyüklük və qüvvətindən qəflət edər. Kainatdakı varlıq və hadisələrin həqiqi səbəblərini nə üçün yaradıldıqlarını kəşf edə bilməz.

 

 

Məmməd Qırxıncı

 



07-11-2009 12:00:00

Düğüme özel