Ana səhifə

Haram Aylar (Əşhuru'l-Hurum) nə deməkdir?


YazdırSend to friend

       Haram aylar, hörmətə layiq aylar (Zilqədə, Zilhiccə, Məhərrəm, Rəcəb). Bu aylarda döyüş etmək qadağan olduğu üçün bu adı almışdır

       Cahiliyyə dövründə Ərəblər arasında daxili,iç müharibələr əskik olmazdı. Yalnız haram aylarda savaşmazdılar. Bu aylarda bazarlar qurular, şeir yarışmaları edilər; yəhudilər, xristianlar və bütpərəstlər dinlərini yayardılar. Əgər bu barış aylarında döyüş olsa, qadağan tapdalandığı üçün "Ficâr savaşı" deyilərdi. Peyğəmbərimiz (sallallahu alehyi və səlləm)`in iyirmi yaşlarında ikən, Qureyşlilərlə Hevazin qəbiləsi arasında edilən Ficâr döyüşlərinə qatıldığı rəvayət edilməkdədir. Peyğəmbərimiz (s.ə.s.) bu döyüşdə kimsənin qanını tökməmiş, tək atılan oxları yığıb əmilərinə vermişdir.

        Haram aylar, Ərəblərin Hz. İbrahim (Aleyhissəlâm )`dan bəri istifadə etdikləri, qəməri aylardandır. Yəni ayın hərəkətinə görə təşkil edilən təqvimin aylarındandır. Hicrət, İslam tarixində bir dönüş nöqtəsi olduğu üçün hicrətin edildiyi ay olan Məhərrəm ayı Hz. Ömər(Allah ondan razı olsun) zamanında təqvim başlanğıcı olaraq qəbul edilmişdir. Beləcə hicrətin edildiyi il birinci il olmaq üzrə hicri qəməri il ortaya çıxmışdır. Məhərrəm ilə başlayıb Zilhiccə ilə sona çatan hicri-qəməri ilin ayları bunlardır: Muharrəm, Safər, Rəbîuləvvəl, Rəbîulâhir, Cəmâziləvvəl, Cəmâzilâhir, Rəcəb, Şâban, Ramazan, Şəvvâl, Zilkâdə, Zilhiccə.

       Qur`an`da haram aylardan Tövbə surəsində bəhs edilər:

 ''Göyləri və yeri yaratdığı gündəki yazısına görə Allah`ın qatında ayların sayı on ikidir. Bunlardan dördü haram aylardır. Həqiqətən doğru din budur. O aylar içində (qoyulmuş qadağanı tapdalayaraq) özünüzə zülm etməyin və Allah`a ortaq qoşanlar necə sizinlə bütünlüklə döyüşürlərsə siz də onlarla bütünlüklə döyüşün və bilin ki Allah (günahlardan) qorunanla bərabərdir. Haram ayı içində döyüşmək qadağan edilmişdi. Bu ayda döyüşmək üçün haram ayını başqa bir aya təxirə salmaq, küfrdə daha irəli getməkdir. İnkar edənlər onunla sapdırılar. O (haram ayını) bir il halal sayarlar, bir il haram sayarlar ki, Allah`ın haram etdiyinin sayını tapdalayıb, Allah`ın haram etdiyini halal etsinlər. Etdikləri işin pisliyi özlərinə bəzəkli göstərildi ,Allah kafirlər toplumuna yol göstərməz '' (ət- Tövbə, 9/36-37) .

        Bu ayədə keçən "nəsî" (geciktirmə)`nin necə olduğuna və Ərəblərin bu sûrətlə haram ayı necə halal saydıqlarına gəlincə; Ay ili (354 gün) ilə günəş ili (365 gün) arasında on bir günlük bir fərq olduğu üçün qəmərî  aylar hər il on bir gün əvvəl gəlirdi. Buna görə Həcc mövsümü bəzən qış ortasında olur, bəzən yazın ən isti zamanlarına rast gələrdi. Bu vəziyyət müşriklərin xoşuna gəlmirdi. Çünki yazın istisində qışın soyuğunda bədəvilər Kəbə ziyarətinə gələ bilmir, ticarət həyatı da axsayırdı. Bundan ötəri hər üç ildə bir dəfə bir məclis toplanar, o ilin aylarına bir ay əlavə olunaraq ay ili on iki aydan on üç aya çıxarılardı. Həcc mövsümü isə davamlı olaraq, dörd mövsümdən işlərinə gələn (məsələn məhsulların yetişdiyi) mövsümə buraxılardı. Bu surətlə Həcc mövsümü dəyişmir lakin aylar yer dəyişdirmiş olurdu. Məhərrəm ayı Saferden başlayaraq sırasıyla on ikinci ay olan Zilhicceyə qədər bütün on bir ayın yerini alardı. Beləcə haram aylar halal ayların yerinə keçmiş olardı. Həcc ayı (Zilhicce) də, hər il on bir ay sonraya buraxıldığı (yəni nəsi' edildiyi) üçün həqiqi Həcc ayı olan Zilhicce`nin doqquzuncu günü ancaq otuz üç ildə bir dəfə əsas öz yerini tapırdı. Necə ki Hicrətin onuncu ili Zilhiccesi əsli yerinə gəlmişdi.

        Allah Rəsuulu (sallallahu alehyi və səlləm) Vida Xütbəsində haram aylar mövzusunda belə buyurmaqdadır:

"Ey insanlar, döyüşə bilmək üçün haram ayların yerlərini dəyişdirmək, şübhəsiz ki küfrdə çox irəli getməkdir. Bu, kafirlərin özüylə dəlalətə düşürüldükləri bir şeydir. Bir il halal olaraq qəbul etdikləri bir ayı o biri il haram olaraq üçün edərlər. Cənâb-ı  Haqq`n halal və haram etdiklərinin sayına uydurmaq üçün bunu edirlər. Onlar Allah`n haram etdiyinə halal, halal etdiyinə də haram deyərlər. Heç şübhə yox ki zaman, Allahu Təâlâ`nın yaratdığı gündəki şəkil və nizamına dönmüşdür. İl on iki aydır; dördü haram aylardır; üçü dalbadal gəlir: Zilkâdə, Zilhiccə, Muharrəm ve Şaban`la Cəmâziləvvəl arasındakı Mudar qəbiləsinin Rəcəb` (Mudar qəbiləsi Rəcəb ayına çox hörmət etdikləri üçün belə deyilmişdir) (ət-Tac, II, 149).

      Bu aylarda döyüş qadağanı nəshedilmiş (qaldırılmış)dır. "Nəfslərinizə zülm etməyin'' ayəsindəki "zülm" günah işləmək olaraq şərh edilmişdir. Bu səbəbdən bu aylarda günah işləmənini cəzası digər aylara görə daha çoxdur.



09-05-2014 12:00:00